Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

İslam'ın İnanç Esasları: Günah və tövbə

Mündəricat
  1. Ön söz
  2. Allahdan başqa ilah yoxdur
  3. Allah hər yeri əhatə etmişdir
  4. Allah insana çox yaxındır
  5. Allah hər şeyi bir qədər ilə yaratmışdır
  6. Allah hər şeyə qadirdir
  7. Allah hər şeyi bilir və görür
  8. Hər varlıq Allaha boyun əymişdir
  9. Allah haqqındakı batil inanclar
  10. Allaha şirk qoşmadan iman
  11. Allahın böyüklüyünü təqdir edə bilmək
  12. Allahın sonsuz böyüklüyü və qüdrəti
  13. Allah sevgisi və Allah qorxusu
  14. Quran yol göstəricidir
  15. Allahın endirdiyi kitablara və peyğəmbərlərinə iman
  16. Mələklərə iman
  17. Dünya həyatının keçiciliyi
  18. İnsan imtahan olunur
  19. Ölüm son deyil
  20. Axirətə iman
  21. Qiyamətə iman
  22. Diriliş
  23. Hesab günü
  24. Cənnət və cəhənnəm
  25. Məqsəd Allahın məmnuniyyətini qazanmaqdır
  26. Günah və tövbə
  27. İbadətlərdə dəqiqlik göstərmək
  28. Din əxlaqı insanın yaradılışına uyğundur
  29. Möminlər birlik və bərabərlik içində olmalıdır
  30. Son söz

İnsanları din əxlaqından uzaqlaşdıran səbəblərdən biri də, işlədikləri günahların gətirdiyi günahkarlıq duyğusu səbəbiylə özlərini nicat tapmaz kəslər olaraq görməyə başlamalarıdır. Şeytan bu yersiz düşüncəni həmişə alovlandırar. Bir günah işləyən insana "sən günahkar və Allaha qarşı üsyankarsan, bunu belə qəbul et" mesajı verir. İnsanın günahı ikiysə, bunu dərhal dördə, səkkizə, onaltıya çıxarmağa çalışar. İnsanın günahı səbəbiylə Allaha qarşı duyduğu xəcalət hissini istifadə edər və bunu o insanı Allahdan tamamilə uzaqlaşdırmaq üçün istifadə edər.

Şeytanın hər hiyləsi kimi bu da zəifdir. Çünki bir insanın günah işləməsi, onun Allahın Qatında lənətləndiyi və artıq doğru yolu tapa bilməyəcəyi mənasını verməz. Nəinki bir günah, ən böyük günahları dəfələrlə işləmiş də olsa, nəticədə hər zaman bütün bunlardan peşman olub Allaha yönəlmə imkanı vardır. Allah, günahlarından dolayı səmimi bir şəkildə tövbə edən, yəni bağışlanma diləyib artıq o günahı işləməməyə əzm edən hər kəsi bağışlayacağına Quranda xəbər vermişdir:

Hər kim haqsızlıq etdikdən sonra tövbə edib əməllərini islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

Maidə surəsi, 39

Allah sonsuz mərhəmət sahibidir. Allah bir ayədə biz qullarına, "Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!" (Bəqərə surəsi, 160) deyə müjdə verir. Tövbə imkanı hər kəs üçün keçərlidir. Məsələn, Allah, Özünə iman etdikdən sonra azaraq, qızıldan bir büt düzəldib ona sitayiş edən bəzi yəhudilərin tövbəsini qəbul etmiş və onları bağışlamışdır: O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzova ibadət etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və nəfsinizi öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir. (Bəqərə surəsi, 54)

Bir insan işlədiyi günahdan ötrü tövbə etdikdən sonra da yenidən qəflətə düşüb eyni günahı işləyə bilər. Bəlkə bu dəfələrlə təkrarlanar. Amma son bir dəfə tövbə edib o günahı bir daha təkrar etmədikdə, tövbəsinin qəbul edilməsini Allahdan ümid edə bilər.

Ancaq hər mövzuda olduğu kimi bu mövzuda da əsil olan səmimiyyətdir və səmimiyyətdən uzaq bir düşüncəni Allah qəbul etməyəcək. Bəzi insanların qapıldığı "mən günah işləməyə davam edim, sonra bir gün tövbə edərəm" şəklindəki düşüncə səmimiyyətsizdir və sonu hüsranla nəticələnə bilər. Allah belə düşünənləri Quranda bu cür xəbərdar edir: Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman:

“Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.

Nisa surəsi, 17-18