İslam'ın İnanç Esasları: Mələklərə iman
Mündəricat
- Ön söz
- Allahdan başqa ilah yoxdur
- Allah hər yeri əhatə etmişdir
- Allah insana çox yaxındır
- Allah hər şeyi bir qədər ilə yaratmışdır
- Allah hər şeyə qadirdir
- Allah hər şeyi bilir və görür
- Hər varlıq Allaha boyun əymişdir
- Allah haqqındakı batil inanclar
- Allaha şirk qoşmadan iman
- Allahın böyüklüyünü təqdir edə bilmək
- Allahın sonsuz böyüklüyü və qüdrəti
- Allah sevgisi və Allah qorxusu
- Quran yol göstəricidir
- Allahın endirdiyi kitablara və peyğəmbərlərinə iman
- Mələklərə iman
- Dünya həyatının keçiciliyi
- İnsan imtahan olunur
- Ölüm son deyil
- Axirətə iman
- Qiyamətə iman
- Diriliş
- Hesab günü
- Cənnət və cəhənnəm
- Məqsəd Allahın məmnuniyyətini qazanmaqdır
- Günah və tövbə
- İbadətlərdə dəqiqlik göstərmək
- Din əxlaqı insanın yaradılışına uyğundur
- Möminlər birlik və bərabərlik içində olmalıdır
- Son söz

Mələklər, Quranda bizə bildirildiyi üzrə, Allahın əmrlərini yerinə yetirən qullarıdır. Allah onlara fərqli vəzifələr vermişdir. Vəhy endirən Cəbrayıl ilə yanaşı, insanın iki yanında, etdiklərini yazan mələklər; axirətdə, cənnətdə insanları qarşılayan mələklər və cəhənnəmin gözətçiləri olan mələklər; insanın canını alan mələklər, möminlərə dəstəkçi olan mələklər; elçilərə, olduqları cəmiyyətə Allahın əzabını xəbər verən mələklər, elçilərə uşaq müjdələyən mələklər vardır. Mələklərin, itaətkar, həmişə Allahı təqdis edən, ucaldan varlıqlar olduqları bir ayədə belə xəbər verilir:
Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar.
Mələklər tarix boyunca insanlara Allahın əmrlərini çatdırmışlar. Bir çox peyğəmbərə və hətta hz. Məryəm kimi peyğəmbər olmayan saleh insanlara da mələklər insan görünüşündə gəlmiş, onlara Allahın əmrlərini və hikmətlərini xəbər vermişlər. Bu mövzudakı məlumatları Allah bizə Quranda bildirmişdir. Buna görə, mələklərə iman, Qurana və dinə imanın bir şərtidir. Bir ayədə, mələklərə imanın bir mömin xüsusiyyəti olduğu belə izah edilİr:
Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!