Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

İslam'ın İnanç Esasları: Hər varlıq Allaha boyun əymişdir

Mündəricat
  1. Ön söz
  2. Allahdan başqa ilah yoxdur
  3. Allah hər yeri əhatə etmişdir
  4. Allah insana çox yaxındır
  5. Allah hər şeyi bir qədər ilə yaratmışdır
  6. Allah hər şeyə qadirdir
  7. Allah hər şeyi bilir və görür
  8. Hər varlıq Allaha boyun əymişdir
  9. Allah haqqındakı batil inanclar
  10. Allaha şirk qoşmadan iman
  11. Allahın böyüklüyünü təqdir edə bilmək
  12. Allahın sonsuz böyüklüyü və qüdrəti
  13. Allah sevgisi və Allah qorxusu
  14. Quran yol göstəricidir
  15. Allahın endirdiyi kitablara və peyğəmbərlərinə iman
  16. Mələklərə iman
  17. Dünya həyatının keçiciliyi
  18. İnsan imtahan olunur
  19. Ölüm son deyil
  20. Axirətə iman
  21. Qiyamətə iman
  22. Diriliş
  23. Hesab günü
  24. Cənnət və cəhənnəm
  25. Məqsəd Allahın məmnuniyyətini qazanmaqdır
  26. Günah və tövbə
  27. İbadətlərdə dəqiqlik göstərmək
  28. Din əxlaqı insanın yaradılışına uyğundur
  29. Möminlər birlik və bərabərlik içində olmalıdır
  30. Son söz

Kainatda olan canlı və cansız hər varlıq, Allahın iradəsinin altındadır. Ancaq O istədiyi təqdirdə hərəkət edə bilərlər və nə istəsə ancaq onu edə bilərlər. Məsələn, öz ehtiyacından artıq bal istehsal edən arıları, balın insana faydalı olacağını bilə bilməzlər; balın faydalı və gözəl olmasını tələb edən kimyəvi tərkibi də bilməzlər. Həmçinin, ehtiyaclarından çox balı nə səbəbə istehsal etdiklərinin fərqində olmadıqları kimi, dizayn və hesab möcüzəsi olan müntəzəm altıbucaqlılardan ibarət pətəkləri qura biləcək ağıl və elmə də sahib ola bilməzlər. Arılara bütün bunları etdirən, bütün varlıqların Ona boyun əydiyi Allahdır. Arıların bunları Allahın vəhyi ilə etdikləri Quranda bizə belə bildirilir:

Rəbbin bal arısına belə vəhy etdi:

“Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.

Nəhl surəsi, 68-69

Arıların vəhylə hərəkət etməsi istisna olan bir vəziyyət deyil. Arılar kimi, insanlar da daxil olmaqla, bütün varlıqların da eyni şəkildə Allahın ilhamı ilə hərəkət etdiklərini anlamağımız üçün Allah bu nümunəni verir və üzərində düşünənlər üçün bunun bir dəlil olduğunu vurğulayır. Bütün varlıqlar Allahın ilhamı ilə hərəkət etdikləri üçün, Ona könüldən boyun əymişlər. Bu həqiqət bir ayədə belə bildirilir:

Göylərdə və yerdə olanlar Onundur; Hamısı Ona könüldən boyun əymişdirlər.

Rum surəsi, 26

Bəzi insanlar, şeytanın Allahdan müstəqil bir güc olduğunu zənn edərlər. (Allahı tənzih edirik). Bəzi batil dinlərdə də şeytana Allahdan ayrı bir güc aid edilir. Halbuki, bütün bunlar böyük bir azğınlıqdır. İstər şeytan, istərsə də onun yolundan gedən inkarçılar, Allahın iradəsinə boyun əymişlər. Allah insanları imtahan etmək üçün şeytanı yaratmış, ona insanları inkara dəvət etmə gücü və səlahiyyəti vermişdir. Quranda Allahın şeytana xitabı belə izah edilir: Allah dedi: “Çıx oradan! Sən artıq rəhmətimdən qovulmuşsan!

Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!”

İblis dedi: “Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”.

Allah dedi: “Sən möhlət verilənlərdənsən – vaxtı məlum olan günə qədər!”

İblis dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam; Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!”

Allah dedi: “Budur haqq! Mən yalnız haqqı deyirəm!

Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!”

Sad surəsi, 77-85

İnsanın hər hərəkətinin və hər halının Allaha bağlı olması kimi, şeytan da tamamilə Allahın idarəsindədir və Onun iradəsinə boyun əymiş vəziyyətdədir. Özbaşına qərar ala bilən və tətbiq edə bilən, müstəqil iradəyə sahib olan bir varlıq deyil. Dünyadakı imtahan mühiti içində, doğrularla yalançıları bir-birindən ayırmaq üçün Allah şeytanı bir vəsilə olaraq yaratmışdır.