Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranın Ərəb Mənşəli Olmayan Sözlərin və Anlayışların Etimologiyası Üzərindən Anlaşılması Zərurətini İrəli Sürən Şərqşünas İddialarına Cavab

Allahın kəlamı Quran, ərəb dili üzərində göndərilmiş vəhyi əhatə edən bir mətndir. Quranı ərəb dilini, Quranın vəhy edildiyi çağdakı şəkli ilə bilən orta zəka səviyyəsində hər insan çox aydın anlaya bilər.

Bu iddia yalnız subyektiv bir iddia olmaqdan çox, bilavasitə Allah kəlamının özünü izah edən ayələri ilə aydındır. Bu mətnin özü bu mənada belə bir iddianı müxtəlif ayələrdə bizə bildirir.
Nəticədə bu iddianı ortaya atan Quran, o çağda yaşayan insanlar tərəfindən də sınanmış olmalıdır. Yəni bu çağ üçün düşünsək, bir mətn var və bu mətn özünün çox aydın və anlaşıqlı olduğu iddiasındadır. Müxatəbinin bu mətni anlamaması halında onsuz da ən başdan həyatla ziddiyyət təşkil edən bir vəziyyət yaranardı. Bu, ağla zidd bir vəziyyətdir.

Allah Quranı qiyamətə qədər qoruyacağını bildirmişdir. Quranın qiyamətə qədər qüvvədə olduğunu və qorunacağını bilən möminlər bunun hüzur və güvənini yaşayırlar. Quran, insanın hər hökmündən, hər əmrindən qəti şəkildə əmin olduğu, vicdanı azad və rahat şəkildə tabe olacağı bir kitabdır. İnsanların belə “əmin” bir yol göstərəninin olması Allah dərgahından verilmiş çox böyük bir nemət və rəhmətdir.
Allah bir asanlıq olaraq, insanların daha asan qavrayıb anlaya bilmələri üçün Quranda ayələri müxtəlif şəkillərdə açıqlamışdır. Allah Quranın bu üslubunu ayələrində belə bildirir:
“And olsun, Biz onlara bir Kitab gətirdik; iman edəcək bir camaata bir hidayət və bir rəhmət olmaq üzrə bir biliyə əsaslanaraq onu müxtəlif şəkillərdə açıqladıq.” (Əraf surəsi, 52)
“Bax, yaxşıca qavrayıb-anlamaları üçün ayələri necə müxtəlif şəkillərdə açıqlayırıq?” (Ənam surəsi, 65)
Allahın bu hökmlərinə baxmayaraq, insanların ümumiyyətlə düşdükləri mühüm səhvlərdən biri, Quranın hər insan tərəfindən anlaşıqlı olmadığını düşünmələridir. Əksər insanlar Quranın oxunması, anlaşılması və yaşana bilməsi üçün uzun illər davam edən bir təhsilə ehtiyac olduğunu zənn edirlər. Bu qənaətə gələn şəxslərin böyük bir hissəsi isə əslində bir dəfə belə Quranı oxumamışdır. Və ya oxumuşdur, amma anlamağı sınamamış, lap əvvəldən ayələri anlamayacağı istiqamətində özünü şərtləndirmişdir.
Halbuki Quran, Allahın ayələrində bildirdiyi kimi apaydındır. Buna görə də səmimi olaraq Quranı oxuyan hər insan onu asanlıqla anlaya bilər. Quranın dilinin son dərəcə anlaşıqlı olması insanlar üçün çox böyük bir nemətdir. Necə ki, Allah insanların Quranı rahatlıqla oxuyub anlamaları üçün asanlaşdırdığını bir ayəsində belə bildirir:
“Biz bunu (Quranı) sənin dilinlə asanlaşdırdıq, təqva sahiblərinə müjdə verməyin və müqavimət göstərən bir qövmü xəbərdar edib-qorxutmağın üçün.” (Məryəm surəsi, 97)
Allah, rəhmətinin və mərhəmətinin bir nəticəsi olaraq, insanların anlayışı üçün dinini bu qədər asanlaşdırmışkən, insana düşən yalnız Allahın bildirdikləri üzərində düşünmək və onları tətbiq etməkdir. Lakin çox insan belə asan bir yol varkən, çətin olanı seçir. Özlərinə yanlış yol göstərənlər axtarır, həyatlarının məqsədini öyrənə biləcəkləri, əbədi qurtuluşlarına vəsilə olacaq Qurandan uzaq yaşayırlar.

Allahın kəlamı Quranın öz iddiasının əksinə, anlaşılmaz etmək mənasında iki əsas məktəbin uzun və səyli işləri vardır. Bunlardan biri təəssüf ki, yerli (!) bir iddia olan, Quranın yalnız rəvayət mədəniyyətinin bilinməsi ilə anlaşıla biləcəyinə inanan ənənəçi məktəbdir. Bunlara görə, Quranı anlamaq o qədər də asan deyil. Hədis, səbəbi-nüzul və s. kimi əlavə biliklərə ehtiyac vardır. Bu mövzu, məqaləmizin mövzusu olmadığı üçün üzərində dayanmıram. İkinci məktəb isə, xüsusilə ateist və xristian/yəhudi şərqşünasların iddiasıdır. Bu görüşə görə, ərəb dili onsuz da arami-süryani əsaslı bir dildir. Yəni ərəb dilinə bu dillərdən keçmiş sözlərin etimologiyasına istinad etmədən bu mətn onsuz da anlaşıla bilməz. Buna görə Quranda keçən demək olar ki, hər söz etimoloji əsasına görə mənalandırılmalıdır.
Səmimiyyətdən məhrum bu cür şərqşünas iddialarının məqsədi, Quranın bilavasitə öz iddiası olan apaydın və anlaşıqlı olmaq xüsusiyyətinin qarşısına sərt bir pərdə çəkməkdən başqa bir şey deyildir.
Yalnız Quran üçün deyil, indiyə qədər yazılmış bütün mətnləri anlama üsulları baxımından da ardıcıl olmayan bir zorakılıqdır bu. Sözlərin mətnin yazıldığı çağdakı mənalarının bilinməsi kifayətdir. Etimoloji mübahisələr o mətni daha yaxşı anlamağa yaramaz, tamamilə anlaşılmaz edər. Çünki hər dilin zamanla dəyişən və məna sürüşmələri yaradan xüsusiyyətləri vardır. Bunu tək bir nümunə ilə açmağa çalışaq. Məsələn, ən çoxu iyirmi il əvvəl ” iğfal etmək ” feli, aldatmaq mənasında işlədilirdi. Halbuki indi demək olar ki, tamamilə zorlamaq mənasında işlədilir.

Məsələn, bu gün, hər hansı bir prokurorun ittiham aktında bu söz keçsə, bunun mənası zorlama cinayətidir. Doğru olan da bugünkü mənasıdır. Amma sözün etimologiyasına görə ittiham aktını oxuyan bir hakim, bunu lap adam aldatma kimi anlaya bilər. Deməli, mühüm olan sözün yazıldığı çağdakı mənasıdır. Bu sadə və tək bir nümunə belə, şərqşünasların bu səmimiyyətdən uzaq arqumentlərini çürüdür.

Şərqşünaslar bir sıra Qurani anlayışları anlamaq üçün arami dilinə, süryani dilinə, Tövrata, İncilə, fars dilinə və ya yunan dilinə müraciət etmək əvəzinə Quranın özünə müraciət etsəydilər, bu sözlərin nə məna verdiyini daha asan və praktik bir üsulla öyrənmiş olardılar. Belə bir üsulu izləmək üçün mütləq Qurana inanmaq lazım deyil. Əgər Quran obyektiv bir gözlə araşdırılsa; dili çox həssas şəkildə işlətdiyi, sözləri diqqətlə seçdiyi, hər hansı bir ayədəki bir sözün mənasını başqa bir ayə ilə açıqladığı rahatlıqla görülə bilər. Elə ki, əgər Quranın sözləri, müxtəlif işlənmələri və kökü nəzərə alınaraq Quran daxilində müqayisəli bir təhlilə cəlb edilsə, bir çox ayə heç başqa bir mənbəyə və ya dilə müraciət etmədən anlaşıla bilər. Quran, həqiqətən də özü özünü açıqlayan və Allahın öyrətdiyi bir kitabdır.

Bu mövzunu daha geniş şəkildə göstərən ALINTI bir nümunəni də paylaşıram:

Fərz edin ki, bir internet saytında bu xəbəri oxudunuz:

“Ərəbistan səhrasından gələn Şeyh Osman ətrafında yeddi aptal ilə Şirin Turkey adlı otelin restoranında səkkiz litr albalı şarabı içdikdən sonra otelin böyük salonundakı nişan mərasimindən çıxan adamın qolundakı ukala qıza və atasına dönərək: “Qızım, çox şanslısan. Sənin nişanlın həm bodur, həm keçəl, həm serbest peşə sahibi, həm də cimri. Onu qısqanmağına ehtiyac qalmayacaq. Allah evlənməyinizi nəsib etsin! Mesut kılsın!” dedi.”

Səmimiyyətdən uzaq bir şərqşünas, türk dilinə ərəb, fars, monqol və hətta ingilis dilindən bir çox söz keçdiyinə diqqətinizi çəkdikdən sonra etimoloji biliyini işlədərək bu təhlilləri və spekulyasiyaları edəcək:

Şeyh: Ərəbcə. Yaşlı, qoca mənasındadır.
Osman: Ərəbcə. İlan balası.
Aptal: Ərəbcə. Bədəllər. Qələndər. Dilənçi
Turkey: İngiliscə. Hindtoyuğu.
Şarap: Ərəbcə. Məşrubat, içki.
Nişan: Ermənicə. Simvol, xüsusilə xaç.
Ukala: Ərəbcə. Ağıllılar
Serbest: Farsca. Baş bağı; bağlı, sənədli.
Cimri: Farsca. Soysuz, alçaq.
Kıl: Monqolca. Quyruq tükü
Yuxarıdakı məlumatları paylaşdıqdan sonra şərqşünas, yuxarıdakı xəbərin “əsl” mənasını bu cəfəng mənaya çevirir:

“Ərəbistan səhrasından gələn yaşlı ilan balası ətrafında yeddi dilənçi ilə Şirin Hindtoyuğu adlı otelin restoranında səkkiz litr albalı suyu içdikdən sonra otelin böyük salonundakı xaç mərasimindən çıxan adamın qolundakı ağıllı qıza və atasına dönərək: “Qızım, çox şanslısan. Sənin xaçlın həm bodur, həm keçəl, həm sənədli peşə sahibi, həm də soysuz və alçaq. Onu qısqanmağına ehtiyac qalmayacaq. Allah evlənməyinizi nəsib etsin! (Atasına baxdı və) Mesut, sən kıl adamsan!” dedi.

Yer üzündə danışılan və ya sosioloji olaraq yox olmuş bütün dillər başqa dillərdən təkamül etmiş və/və ya təsirlənmişlər. Hər dil yaxın coğrafiyada özünə yer tapmış başqa dillərdən əlbəttə ki, bəzi anlayış və sözlər mənasında qarşılıqlı müxtəlif sıxlıqda keçiricilik göstərir. Amma bu dildə yazılmış mətnləri ki, buna Quran da daxildir. Etimoloji mənşəyinə görə məna verməyə çalışmaq, bu İlahi mesajın anlaşılmaması naminə edilmiş çox qeyri-səmimi bir hərəkətdir…