Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranın Bəlağət Sənəti Nümunələrini Ziddiyyət Sanmaq

Bəlağət; müraciət etdiyi şəxslərə görə uyğun və tam yerində səliqəli və həqiqətli gözəl söz söyləmə sənətidir. Quran, hər ağla, hər yaşa, hər mədəniyyətə və coğrafiyaya müraciət etdiyinə görə universal bir Kitabdır. Buna görə bir şəxs Qurana qarşı hansı mövqe tutursa Quran da ona görə müraciət edir.

Quranın bu cəhətini hələ bilməyən və ya bilmək istəməyən bəzi şəxslər Nisa surəsi 157. ayə üçün, Yəhudilər madam ki onun elçi olduğuna inanmırlar Quranda niyə Hz. İsa üçün; ‘Allahın Rəsulu Məryəm oğlu İsa Məsih’ şəklində danışdıqları bildirilir? ” deyərək Quranda ziddiyyət olduğunu iddia edirlər.

Quranda bu vəziyyətə İSTİHZA deyilir. Türk dilində də işlədilən müstehzi (rişxəndçi) anlayışının da gəldiyi kökdən bir sözdür.

وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا ٱلْمَسِيحَ عِيسَى ٱبْنَ مَرْيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمْ وَإِنَّ ٱلَّذِينَ ٱخْتَلَفُوا۟ فِيهِ لَفِى شَكٍّ مِّنْهُ مَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّ وَمَا قَتَلُوهُ يَقِينًۢا

“Biz, Allahın Rəsulu Məryəm oğlu İsa Məsihi öldürdük” demələri üzündən. Halbuki onu öldürmədilər, onu asmadılar da; sadəcə o onlara bənzər göstərildi. Onun barəsində mübahisəyə girənlər, onunla bağlı tam bir şübhə içindədirlər. Onların, ona dair bir bilgiləri yoxdur; sadəcə zənnə uyurlar. Onu qətiyyən öldürmədilər.” (Nisa surəsi 157. ayə)

Ayədən də anlaşılacağı kimi Yəhudilərin müşriklərinin təbii ki Hz. İsanı elçi olaraq görmədikləri çox açıqdır. Elə olsaydı onsuz da mömin olaraq həvarilərə daxil olardılar. Həmçinin onlar bu mövzunu lağa qoyaraq -sizin elə zənn etdiyiniz elçini belə biz öldürdük- deyirlər. Oxşar bəlağət sənəti nümunəsi Quranın bir çox ayəsində də yer alır. Məsələn;

وَقَالُوا۟ يَٰٓأَيُّهَا ٱلَّذِى نُزِّلَ عَلَيْهِ ٱلذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ

Dedilər ki: “Ey özünə vəhy gələn adam! Sən qətiyyən cinlərə tutulmuş birisən!” (Hicr surəsi 6. ayə)

قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِىٓ أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ

(Firon) Dedi ki: «Şübhəsiz sizə göndərilmiş olan Elçiniz, həqiqətən bir dəlidir.» (Şüəra surəsi 27. ayə)