Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

“Quran saf ərəbcədir, lakin nə üçün Quranda bəzi sözlər ərəb mənşəli deyil?” iddiasına cavab

Allahın kəlamı Quranla bağlı edilən xoş niyyətdən məhrum digər bir tənqid də, onun saf ərəb dilində yazıldığının söylənməsinə baxmayaraq, mətnin içində ərəbcə olmayan bəzi sözlərin olmasıdır.
Quran təbii ki, ərəbcə vəhy edilmişdir. Amma bu iddiada olduğu kimi ayələrdə özünün ”saf ərəbcə” olduğu əsla söylənmir. Əslində dünyada istifadə olunan dillərdən heç biri onsuz da saf olmaq iddiasında ola bilməz. Sosioloji baxımdan hər dil digər dillərdən söz və anlayışlar alır və verir. Bu alış-veriş onsuz da dilçiliyin çox aydın şəkildə ortaya çıxardığı bir həqiqətdir.

Quran apaydın ərəbcə bir kitabdır. Yəni ərəb dilini bilən hər kəs Quranda söylənilənləri anlayır. Quranda ərəb dilinə daha əvvəl başqa dillərdən keçmiş sözlər ola bilər, amma bunlar da onsuz da ərəbcədir. Ərəb dilində olan sözlərdir. Burada dilçilik düşünülmədən, yalnız bir iddia irəli sürmək üçün ortaya atılmış bir ittiham var. Bu xüsusiyyət yalnız ərəb dilində deyil, hər dildə var. Hər dilə başqa dillərdən sözlər keçir və bu dildə yerləşir. Eyni şey türk dilində də keçərlidir. Məsələn, “ Kemal final imtahanında köçürdüyü üçün fakültə şurasının qərarı ilə universitetdən uzaqlaşdırıldı”. Bu cümlə türkcə bir cümlədir. Hər oxuyan bu cümləni anlayır, lakin bu cümlədəki sözlərin demək olar ki, hamısı başqa dillərdən türk dilinə keçmiş sözlərdir. Sözlərin başqa dillərdən keçmiş olması bu cümlənin türkcə olmadığı mənasına gəlmir. Əksinə, bu cümlənin içindəki sözlərin demək olar ki, hamısı xarici dillərdən keçmiş sözlər olsa da, hamının anlaya biləcəyi aydın bir türkcədir. Quran da bu şəkildə anlaşılan bir ərəbcə ilə yazılmış bir kitabdır. Ayələrdə də Quranın bu cəhəti açıq şəkildə vurğulanır.

Bundan başqa, Allahın vəhyində Qurandan əvvəlki dövrlərə aid təbii ki, çox məlumat var. Çünki Qurandakı məlumatlar ilk insandan bəri gəlir. Allah ilk insandan etibarən bəşəriyyətə elçilər və kitablar göndərmişdir. İlk elçi Hz. Adəmdən etibarən əmr və qadağalar, ibadət üsul və vaxtları və ya elçilərin qissələri kimi mövzularda keçən ad və anlayışlar təbii ki, ortaq ad və sözlərin bu mətnlərdə olması mənasına gəlir.

Ateizmdə ən çox istifadə olunan arqumentlərdən biri olan, Quranda keçən sözlərin, hadisələrin və ya izahların bir qisminin əvvəlki sivilizasiya və ya toplumların mənbələrində də keçməsinin arxasında duran həqiqət də budur. Ateist dostlar bu vəziyyətdən Quranın qədim sivilizasiyalardakı məlumatlardan yaradıldığını iddia edirlər. Halbuki bu, tamamilə xəyali bir iddiadır.

Qurana görə İslam Hz. Adəmlə başlayır və minlərlə il ərzində göndərilən bir çox Peyğəmbər vasitəsilə hər cür sivilizasiyada Allahın adları və dini terminlər yer almış, Qurandakı qissələr Peyğəmbərlərin öz qövmlərinə danışması ilə həm kitabələrə, həm də tarixi mənbələrə keçmişdir. Bundan daha təbii bir şey ola bilməz. Bu da ateizmə deyil, Qurandakı “dinin Hz. Adəmlə başladığı” həqiqətinə dəlildir.

O (Allah) bundan daha əvvəl də, bunda (Quranda) da sizi “müsəlmanlar” olaraq adlandırdı. [Həcc surəsi 22/78]

ƏLAQƏLİ AYƏLƏR

Nəhl surəsi 103-cü ayə;

وَلَقَدْ نَعْلَمُ أَنَّهُمْ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٌ لِّسَانُ ٱلَّذِى يُلْحِدُونَ إِلَيْهِ أَعْجَمِىٌّ وَهَٰذَا لِسَانٌ عَرَبِىٌّ مُّبِينٌ

“Və and olsun ki, Biz onların: Lakin Onu, ona şübhəsiz bir bəşər öyrədir. dediyini bilirik. Ona isnad etdikləri şəxsin dili əcəmidir. Bu dil isə apaydın ərəbcədir.

Zümər surəsi 28-ci ayə;

قُرْءَانًا عَرَبِيًّا غَيْرَ ذِى عِوَجٍ لَّعَلَّهُمْ يَتَّقُونَ

“Ərəbcə, qüsursuz bir Quran, bəlkə fəzilətli olarlar”

Yusif surəsi 2-ci ayə;

إِنَّآ أَنزَلْنَٰهُ قُرْءَٰنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ

“Biz onu, anlayasınız deyə, ərəbcə bir Quran olaraq endirdik.”

Zuxruf surəsi 3-cü ayə;

إِنَّا جَعَلْنَٰهُ قُرْءَٰنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ

“Biz, ağlınızı işlədəsiniz deyə ərəbcə bir Quran endirdik.”

Şura surəsi 7-ci ayə;

وَكَذَٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ قُرْءَانًا عَرَبِيًّا لِّتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ ٱلْجَمْعِ لَا رَيْبَ فِيهِ فَرِيقٌ فِى ٱلْجَنَّةِ وَفَرِيقٌ فِى ٱلسَّعِيرِ

“Şəhərlərin anasını və onun ətrafında olanları xəbərdar etməyin və əsla şübhə olmayan toplanma günü ilə onları qorxutmağın üçün sənə belə ərəbcə bir Quran vəhy etdik. Bir hissəsi cənnətdə, bir hissəsi də coşqun alovlu cəhənnəmdədir.”

Taha surəsi 113-cü ayə

وَكَذَٰلِكَ أَنزَلْنَٰهُ قُرْءَانًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ ٱلْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا

“Və beləcə Quranı ərəbcə olaraq endirdik və Onda vəd edilənləri açıqladıq. Beləcə təqva sahibi olarlar və ya onlar üçün bir zikr olar.