“Quran İslamdan Əvvəl Yazılmış Şeirlərdən Təsirləndi” İddiasına Cavab
Xüsusilə İslam əleyhinə bir çox bloq saytı və kitabda; ” Quranın, Hz. Məhəmməd tərəfindən yazıldığı və mənbə olaraq da bəzi şairlərin sözlərindən təsirləndiyi / bəzi sözlərin iqtibas edildiyi” iddia edilir.
Bu iddiaların ən məşhuru isə “Qiyamət yaxınlaşdı və ay yarıldı” (54/1) məalındakı ayədə yer alan ifadənin İmrül-Qeysin “Müəlləqat-ı Səb’ə”sindən iqtibas edildiyi iftirasıdır. İslamdan əvvəlki şeirlərin Kəbə divarından asıldığı və bunların xalq tərəfindən oxunduğu şəklindəki bilginin yanlışlığına toxunmadan mövzunu başqa bir cəhətdən izah etmək istəyirəm.
İmrül-Qeysin 81 beytlik Müəlləqatında “Qiyamət yaxınlaşdı və ay yarıldı.” mənasına gələn heç bir ifadə yoxdur. Biz söz mövzusu qəsidəni başdan sona oxuyub araşdırdıq, belə bir ifadəyə rast gələ bilmədik.[1] Belə anlaşılır ki bu iddia, açıq-aşkar bir iftiradır.
Mövcud olmayan bir beyt anlaşıldığı kimi Quran əleyhdarları tərəfindən sonradan istehsal edilmişdir (!)
Əslində hər hansı bir yazılı mətndə bu ərəbcə deyim mövcud olsaydı belə, onsuz da ərəbcə danışan insanlar arasında təkrarən işlədilməsinin bu şəkildə yalan məlumatlandırmağa layiq olmadığı açıq ikən, yalan mənbə istehsal etmək və bu vəziyyəti bilərəkdən yaymaq ən yumşaq ifadə ilə iftiradır.
Qeyd: (Bu həqiqəti öyrəndikdən sonra saytında düzəliş edən dinsizdeist adlı bloq saytının rəhbərinə təşəkkür edirəm. Lakin bir çox İslam əleyhdarı kimi Arif Tekinin də mənbə göstərmədən belə əsassız bir iddianı “Bilinmeyen Yönleriyle Kuran: Kuran’ın Kökeni 2” adlı kitabında hələ də saxlaması, böyük bir ağıl zəifliyidir. )
Mənbə 1: http://www.onlinearabic.net/forum/forum_posts.asp?TID=11141