Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Əvvəl göymü, yoxsa yermi yaradıldı?

Naziat və Füssilət surələrində keçən ifadələrdən yola çıxaraq iki fərqli yerdə yerin və göyün yaradılışı ilə bağlı fərqli bir ardıcıllığın olduğu iddia edilir. Bu fərqliliyin bir ziddiyyət olduğu söylənsə də, həqiqət iddia edildiyi kimi deyil. Əslində yerlərin və göylərin yaradılmasında bir ardıcıllıq yoxdur. İkisi də eyni anda yaradılmışdır. Ənbiya surəsindəki bir ayədə belə bildirilir:

O inkar edənlər görmürlərmi ki, (başlanğıcda) göylərlə yer bir-birinə bitişik ikən, biz onları ayırdıq …. (21 Ənbiya, 30) Bu ayədə göylərlə yer iki söz olaraq yan-yana keçdikdə Kainat-Hər şey mənasındadır. Sonsuz sıxlıq və sıfır həcm sahibi TƏK bir nöqtənin partlaması ilə (BIGBANG) yaradılmanı izah edən bir Quran möcüzəsidir.

Dünyanın və digər planetlərin yaradılması işinin sonrakı mərhələdə edilməsindən söhbət gedir. Digər ayələr də diqqətlə oxunduqda belə bir ardıcıllıq edilmədiyi görüləcək. Əvvəlcə Füssilət surəsindəki ayələrə baxsaq, bunu daha yaxşı görə bilərik.

وَجَعَلَ فِيهَا رَوَٰسِىَ مِن فَوْقِهَا وَبَٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقْوَٰتَهَا فِىٓ أَرْبَعَةِ أَيَّامٍ سَوَآءً لِّلسَّآئِلِينَ ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ

Orada (yerdə) onun üstündə sarsılmaz dağlar var etdi, orada bərəkətlər yaratdı və istəyib-axtaranlar üçün bərabər olmaq üzrə oradakı ruziləri dörd gündə təqdir etdi. Sonra, tüstü halında olan göyə yönəldi; beləliklə, ona və yerə dedi ki: “İstəyərək və ya istəməyərək gəlin.” İkisi də: “İstəyərək (İtaət edərək) gəldik” dedilər. (41 Füssilət surəsi – 10-11)

  1. ayəyə baxsaq, yerin yaradılmasından söz açılır. 11. ayədə isə “sonra tüstü halında göyə yönəldi” ifadəsi var. Yəni burada göyün daha sonradan yaradılmasından söhbət getmir. Göy onsuz da var. Olan, tüstü halındakı göyə yönəlmədir. Və 12. ayədə belə davam edilir:
فَقَضَىٰهُنَّ سَبْعَ سَمَٰوَاتٍ فِى يَوْمَيْنِ وَأَوْحَىٰ فِى كُلِّ سَمَآءٍ أَمْرَهَا وَزَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَٰبِيحَ وَحِفْظًا ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ

Beləliklə, onları iki gün içində yeddi göy olaraq tamamladı və hər bir göyə əmrini vəhy etdi. Biz dünya göyünü də çıraqlarla bəzəyib-donatdıq və bir qoruma (altına aldıq). Budur, bu, üstün və güclü olan, bilən (Allahın) təqdiridir. (41 Füssilət surəsi, 12)

Burada söhbət gedən, tüstü halında mövcud olan göyün, yerin yaradılmasından sonra 7 qat göy olaraq təbəqələndirilməsidir. Yeni bir yaradılışdan söhbət getmir. Yalnız nizamlamadan söhbət gedir.

Atmosferin əmələ gəlməsi ilə bağlı elmi nəzəriyyələrə baxsaq, bu ifadənin onunla üst-üstə düşdüyü, atmosferin ilk başda tüstü halında olması, daha sonradan bütün atmosferin 7 fərqli təbəqə şəklində formalaşdığı elmi nəzəriyyələrdə onsuz da ifadə edilir. Hazırda atmosferimiz də ayədə bildirildiyi kimi 7 ayrı təbəqədən ibarətdir. Naziat surəsindəki ayələrə baxdıqda, yenə oxşar bir vəziyyət olduğunu görürük. Burada göyün yaradılmasından bəhs edilir. Bunlar izah edildikdən sonra isə yer ilə bağlı belə bildirilir: ‘Bundan sonra da yer üzünü nizamladı.’ (79 Naziat surəsi, 30)

Burada da yerin yaradılmasından söz açılmır. Onsuz da yer var. Burada söz açılan, yerin nizamlanmasıdır. Yəni bir yaradılış yoxdur. Naziat və Füssilət surələrindəki ayələrdə izah edilən yer ilə göylər birlikdə yaradılmışdır. Daha sonra da yer və göy nizamlanmışlar. Füssilət surəsinin 11-ci ayəsində yerlərin və göylərin birlikdə hərəkət etməsi “Beləliklə, ona və yerə dedi ki: “İstəyərək və ya istəməyərək gəlin.” İkisi də: “İstəyərək (İtaət edərək) gəldik” dedilər.” şəklində ifadə edilir.

Yenə yerin ilk əmələ gəlməsi ilə bağlı elmi işlərə baxılsa, bütün qitələri birlikdə tək bir quru parçası olduğu, daha sonra quruları əmələ gətirən təbəqələrin hərəkət etdiyi, bu hərəkətlər zamanı qitələrin bir-birindən uzaqlaşaraq yer üzündə yayıldığı, dağların zaman içində formalaşdığı izah edilir:

وَٱلْأَرْضَ فَرَشْنَٰهَا فَنِعْمَ ٱلْمَٰهِدُونَ

Yeri də Biz döşəyib-yaydıq; nə gözəl döşəyici(yik). (51 Zariyat surəsi – 48)

Bu ayədə də bu elmi həqiqət ifadə edilir. Göründüyü kimi, iki qrup ayədə göylərin və yerin yaradılmasının bir-birindən əvvəl ya da sonra yaradıldığı söylənmir. Burada bəhs edilənlər yaradılmış olan göyün və yaradılmış olan yerin nizamlanmasıdır. Bu nizamlanmanın da eynilə elmi araşdırmalar nəticəsində ortaya çıxan həqiqətlərdə də söyləndiyi kimi əmələ gəlmiş olmasıdır. Bu ayələrdə də ziddiyyət olması bir yana, ancaq son əsrdə ortaya çıxan elmi həqiqətlər ifadə edilir.