Qənimətlərlə Bağlı Ayələrdə Ziddiyyət Olduğu İddiasına Cavab
Yenə mövzulara vaqif olmadan və qərəzlə Allahın kəlamı Quranda ziddiyyət axtaran bəzi kəslərin tez-tez nümunə kimi gündəmə gətirdiyi bir mövzuda ‘ qənimətlərlə/ qazanclarla ‘ bağlı ayələrdir.
Bu ziddiyyət iddiasına görə Quranın Ənfal surəsinin 1-ci ayəsində qənimətlər Allahın və rəsulunundur deyilərkən, yenə eyni surənin 41-ci ayəsində qənimətlərin beşdə birinin Allaha və rəsuluna aid olduğu yazılıb…
Bu iki ayəyə görə:
- Bu iki ayədəki saylar arasında ziddiyyət varmı?
- Nə üçün qənimətlərin bir hissəsi də olsa Allaha və peyğəmbərinə pay verilir? Haşa, Allahın qənimətləri alması vəziyyəti necə izah edilir?
CAVAB:
Ənfal surəsinin ilk ayəsində “kulil enfâlu lillâhi ver resûl” ifadəsi var. Ayə cümlə olaraq: Enfal(qənimətləri) soruşanlara cavab olaraq de ki: Onlar Allaha və peyğəmbərədir deyilir. Yəni ətrafdakı insanlar qənimətlərin nə olacağını peyğəmbərdən soruşur. Quran da buna cavab olaraq: “onlar Allaha və peyğəmbərə” deyir.
Burada “qənimətlər Allahındır və peyğəmbərindir” deyilmir. Allahadır deyilir. Bunun mənası da “qənimətlərin hökmü Allaha və rəsuluna aiddir” cümləsi olmalıdır. Allah və peyğəmbər iki ayrı hökm mənbəyi deyil, onsuz da “rəsul” demək elçi deməkdir.
“Allahın və rəsulunun əmri” demək: Allahın əmr edib rəsulunun gətirdiyi əmr deməkdir. Allah ilə rəsulu ortaq bir qərar qəbul etmir. Çünki belə olsaydı, Allah və Məhəmməd deyərdi. Lakin Məhəmmədin buradakı funksiyası “rəsul” olması, yəni Mesaj gətirmə xüsusiyyətidir.
Qısacası “Qənimətləri soruşurlar, onların HÖKMÜ Allaha və rəsulunadır. Yoxsa “qənimətin özü” deyil.
Digər ayələrdə (41-ci ayə) də qənimətin özü nəzərdə tutularaq 1/5-i Allahındır deyilmişdir. Burada Allah, rəsulu bir müəssisə və dövlət hökmündədir. Çünki qənimət üçün “hökm” tamamilə dövlətin(Allah və rəsulu); miqdarın da beşdə biri dövlətindir. Qalanı digərlərinin olur. Bu beşdə bir də peyğəmbərə, yaxınlarına, yetimlərə və möhtaclara paylanacaq. Yəni qərar orqanı olan Rəsul(dövlət kimi) bunları Allah adına(buna görə Allah və rəsul deyilir) qənimətdəki hökmdə tək hakimdir, payda 5-də bir hakimdir. Qalanı digər haqq sahiblərinə verilir.
Bu izahlar müşayiətində söhbət gedən ayələrin məalları belədir.
Ənfal surəsi, 1-ci ayə:
Səndən qənimətlərin hökmünü soruşurlar. De ki: «Qənimətlərin hökmü Allaha və Rəsuluna aiddir. Buna görə siz həqiqətən iman etmisinizsə, Allahdan qorxun, bir-birinizlə aranızı düzəldin, Allaha və Rəsuluna itaət edin!
Ənfal surəsi, 41-ci ayə:
Ayırma günündə, iki ordunun qarşılaşdığı gündə quluma endirdiyimizə və ALLAHA inanırsınızsa, bilin ki, əlinizə keçən hər qənimətin beşdə biri ALLAHIN və Elçisinindir. Bu pay qohumların, yetimlərin, yoxsulların və yolda qalmışların haqqıdır. ALLAH hər şeyə Gücü Çatandır.
Nəticə:
Hər iki ayədə də, söz analizləri aparıldıqda görünür ki, qənimətlər/qazanclar mövzusunda hökm qoymaq səlahiyyəti Allahın və Onun elçisinin əlindədir. Və digər ayədə də gördüyümüz kimi, bu qazancların beşdə biri də yenə cəmiyyətdə ehtiyac sahiblərinin ehtiyaclarına xərclənmək üzrə Allaha və rəsuluna ( dövlət sisteminə) aiddir.
Qısaca, söhbət gedən iki ayə arasında əsla bir ziddiyyət yoxdur və cəmiyyətdə yaranan bu cür qazancların ehtiyac sahiblərinə verilmək məqsədilə beşdə birinin alınması şəklində müasir dünya ilə də çox uyğun bir sistem yaradılmışdır.
Pis niyyətlə ağıllarda yaradılmağa çalışılan hər detal Allahın kəlamını daha yaxşı anlamağımıza yaradığı üçün həmçinin Allaha şükür vəsiləsidir…..