Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Quranda verilən nümunələri başa düşməmək

Mündəricat
  1. Gi̇ri̇ş
  2. Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
  3. Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
  4. Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  5. Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  6. Quranı şərh edə bilməmək
  7. Ərəbcə bilməmək
  8. Allah qatından bir ağıl və anlayışın verilməməsi
  9. Qürur və təkəbbür
  10. Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
  11. Quranın elmi ayələrini qavramamaq
  12. İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
  13. Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
  14. Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
  15. “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
  16. Hekayələrdəki hikmətləri başa düşməmək
  17. Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
  18. Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
  19. Quran ərəblərə endirilmişdir yanılması
  20. Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
  21. Quranda verilən nümunələri başa düşməmək
  22. Qurandakı təkrarları başa düşməmək
  23. Quranın üslubunu başa düşməmək
  24. Altı gündə yaradılış mövzusu
  25. “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
  26. Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
  27. Son söz

Quran, ancaq dərk edən, düşünən, səmimi insanların mənasını qavraya biləcəyi bir kitabdır. Bu xüsusiyyətlərə sahib olmayan, yəni ağlını işlətməyən, düşünməyi bacarmayan, pis niyyətli insanlar Quranı bir növ idrak edə bilməz, sirlərinə, incəliklərinə nail ola bilməzlər. Allahın Quranda öyüd-nəsihət və ibrət götürməsi üçün verdiyi nümunələrdə də eyni vəziyyət hakimdir. Allah bir ayədə inkar edənlərin Quranda verilən nümunələri dərk edə bilmədiklərini, hətta bu cür nümunələrin onlar üçün bir doğru yoldan çıxma vəsiləsi olduğunu bildirər:

Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər:

“Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.

Bəqərə surəsi, 26

İman gətirən bir kəs ayədə bəhs edilən ağcaqanad nümunəsinin, Uca Allahın yaratmasındakı üstünlüyün bir dəlili olaraq verildiyini dərhal başa düşər. Bu bir santimetrlik kiçik həşərat, Allahın qüsursuz və bənzərsiz yaratmasının bir nümunəsidir. Ən inkişaf etmiş texnoloji cihazlardan, kompyuterlərdən belə çox kompleks sistemlərə, mexanizmlərə və strukturlara malikdir. (Ətraflı məlumat üçün baxın. Sivrisinek Mucizesi, Harun Yahya) Yaradıldığından bəri heç dəyişmədən dövrümüzə qədər gəlib çatmışdır. Allah, bu möcüzəvi canlını Quranda Öz yaratmasının üstünlüyünə nümunə olaraq verir. Möminlər də bu nümunədən tək bir ağcaqanadın belə Allahın sonsuz elmini və gücünü hiss etməyə, düşünməyə açılan bir qapı olduğunu başa düşərlər. Ətraflarındakı hər varlığa eyni hikmət gözüylə baxmağı öyrənirlər. İnkar edən ağılsızlar isə ayənin ifadəsiylə, “bu məsəllə Allah nə demək istədi?” deyərək çaşıb qalarlar.