Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək

Mündəricat
  1. Gi̇ri̇ş
  2. Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
  3. Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
  4. Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  5. Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  6. Quranı şərh edə bilməmək
  7. Ərəbcə bilməmək
  8. Allah qatından bir ağıl və anlayışın verilməməsi
  9. Qürur və təkəbbür
  10. Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
  11. Quranın elmi ayələrini qavramamaq
  12. İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
  13. Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
  14. Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
  15. “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
  16. Hekayələrdəki hikmətləri başa düşməmək
  17. Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
  18. Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
  19. Quran ərəblərə endirilmişdir yanılması
  20. Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
  21. Quranda verilən nümunələri başa düşməmək
  22. Qurandakı təkrarları başa düşməmək
  23. Quranın üslubunu başa düşməmək
  24. Altı gündə yaradılış mövzusu
  25. “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
  26. Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
  27. Son söz

Allah Quranın bir çox yerində Öz zatı üçün “Biz” ifadəsindən istifadə edir. Buna nümunə olan bir neçə ayə belədir:

Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrayıl ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?

Bəqərə surəsi, 87

Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır.

Bəqərə surəsi, 130

Ağlını işlətməyən bəzi kəslər, Quranda Allahın Öz zatı üçün istifadə etdiyi “Biz” xitabının çoxluq mənasında istifadə edildiyini zənn edərək, öz aləmlərində bu sözün istifadə edilməsinin Allahdan başqa ilah olmaması ilə ziddiyyət göstərdiyini iddia edirlər. Beləcə, öz aləmlərində çox böyük bir həqiqəti tapdıqlarını zənn edərlər. Halbuki, olduqca səthi və cahil bir yanaşmadan qaynaqlanan bu səhvin şərhi çox sadədir.

Ərəbcədə “biz” əvəzliyi təkcə çoxluq mənasını bildirmək üçün deyil, böyüklük, heybət, əzəmət, ucalıq, üstün məqam və mövqeni qeyd etmək məqsədiylə tək şəxslər üçün də istifadə edilə bilər. Quranda Allah üçün istifadə edilən “Biz” sözü də bu mənada istifadə edilmişdir.

“Biz” sözünün ərəb dilindəki bu istifadəsindəki məntiq, türkcədə və digər bir çox xarici dildə “siz” sözünün, çoxluğu ifadə etmək üçün deyil, qarşıdakı bir adam üçün nəzakət məqsədilə istifadə edilməsinə bənzər bir məntiqdir.

Allahın Quranda bildirdiyi həqiqət, Allahdan başqa heç bir ilahın olmadığı və yalnız Ona qulluq edilməsi lazım olduğudur. Quranın bir çox ayəsində Allahdan başqa ilah olmadığı həqiqəti dəfələrlə qeyd olunur, bu ayələrdən bəziləri belədir:

Həqiqətən, bu, həqiqi bir hekayətdir. Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir.

Al-i İmran surəsi, 62

De: “Mən yalnız xəbərdar edənəm. Tək olan, hər şeyə Qalib gələn Allahdan başqa məbud yoxdur”.

Sad surəsi, 65

Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur…

Məhəmməd surəsi, 19

Buna görə də, Quranın bir çox yerində Allahın zatı üçün istifadə edilən “Biz” sözünün çoxluq mənasında istifadə olunmadığı, ucaltmaq, möhtərəmlik və müqəddəslik ifadə etmək üçün istifadə olunduğu məlumdur.

Həqiqətdə bu sözün istifadə edilməsindəki hikməti başa düşmək üçün ərəb dilindəki bu xüsusi istifadəni bilməyə belə ehtiyac yoxdur. Azacıq ağlını işlətmə və düşünmə qabiliyyəti olan hər kəs bu sözün seçilməsindəki incəliyi asanlıqla görə bilər. Bunu öz aləmlərində bir müəmma, etiraz mövzusu olaraq görənlərin vəziyyəti, Quran ayələri haqqında mübahisə edənlərin ağıl, qavrayış və zəka səviyyələrinin azlığını göstərməsi baxımından əhəmiyyətli bir nümunədir.