Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Quran ərəblərə endirilmişdir yanılması
Mündəricat
- Gi̇ri̇ş
- Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
- Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
- Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Quranı şərh edə bilməmək
- Ərəbcə bilməmək
- Allah qatından bir ağıl və anlayışın verilməməsi
- Qürur və təkəbbür
- Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
- Quranın elmi ayələrini qavramamaq
- İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
- Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
- Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
- “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
- Hekayələrdəki hikmətləri başa düşməmək
- Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
- Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
- Quran ərəblərə endirilmişdir yanılması
- Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
- Quranda verilən nümunələri başa düşməmək
- Qurandakı təkrarları başa düşməmək
- Quranın üslubunu başa düşməmək
- Altı gündə yaradılış mövzusu
- “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
- Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
- Son söz
İnkarçıların, insanları Qurandan ayırmaq və uzaqlaşdırmaq üçün iddia etdikləri sayıqlamalardan biri də Quranın yalnız ərəblərə endirildiyi və Qurana tabe olmaqdan məsul olanın yalnız ərəblər olduğu iddiasıdır. Ancaq Quranı bir dəfə oxumuş kimsə belə bir iddianın nə qədər axmaq və yersiz olduğunu asanlıqla dərk edəcək.
Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in bütün insanlara göndərilmiş müqəddəs bir peyğəmbər olduğu və Quran hökmlərindən qiyamətə qədər bütün insanların məsul olduğu bir çox ayədə bildirilmişdir. Bu ayələrdən bir neçəsi yuxarıdakı iddianın mənasızlığını göstərmək üçün kifayətdir:
Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir.
De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur…
İnkarçılar, cahil insanların başlarını qarışdırmaq və fitnə çıxarmaq üçün uydurduqları bu iddianı aşağıdakı Quran ayəsi ilə əsaslandırmağa cəhd edərlər:
Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, haqqı onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir. O, Qüdrətlidir, Müdrikdir.
Ayə çox aydındır. Elçinin göndərildiyi cəmiyyət hansı dili danışırsa elçi də eyni dili danışır. Bu, tarixən belə olmuşdur. Ancaq belə olduğu təqdirdə, elçilər Allahın vəhyini ətraflarındakı insanlara tam və qüsursuz şəkildə çatdıra bilərlər. Buna görə də elçiyə vəhy edilən kitab da elçinin və qövmünün dilində göndərilir. Bundan daha təbii bir şey ola bilməz. Ancaq inkarçılar hər nə olursa olsun, dinə tabe olmamaq üçün bu cür bəhanələr irəli sürərlər. Onların bu zidd məntiqləri Quranda belə xəbər verilmişdir:
Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər:
“Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb peyğəmbər?!” De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar sanki uzaq bir yerdən çağırılırlar.
Göndərilən bir peyğəmbərin qövmü ilə eyni dili danışması çox təbiidir, ancaq əlbəttə ki, bu vəziyyət başqa qövmlərə mənsub kəslərin Qurandan məsul olmadıqlarını göstərməz. Quranın mənası hər millətin öz dilinə asanlıqla tərcümə edilə bilər, izah edilə və hökmləri aydın ola bilər. Necə ki, elə də olmuşdur. Bu vəziyyət din əxlaqının öyrənilməsinə və tətbiqinə maneə törədən bir vəziyyət deyildir.