Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
Mündəricat
- Gi̇ri̇ş
- Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
- Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
- Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Quranı şərh edə bilməmək
- Ərəbcə bilməmək
- Allah qatından bir ağıl və anlayışın verilməməsi
- Qürur və təkəbbür
- Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
- Quranın elmi ayələrini qavramamaq
- İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
- Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
- Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
- “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
- Hekayələrdəki hikmətləri başa düşməmək
- Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
- Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
- Quran ərəblərə endirilmişdir yanılması
- Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
- Quranda verilən nümunələri başa düşməmək
- Qurandakı təkrarları başa düşməmək
- Quranın üslubunu başa düşməmək
- Altı gündə yaradılış mövzusu
- “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
- Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
- Son söz
İnsanların düşdüyü ən böyük səhvlərdən biri, qulaqdan dolma, ata-babadan eşitmə, Quranda və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsində olmayan, din adına uydurulmuş bəzi uydurma sözlər, bidətlər və xurafatlarla Quranı şərh etməyə çalışmaqdır. Bu cür insanlar həqiqətdə Qurana deyil, batil inanclara tabe olarlar, Quranı da bu batil inanclarına, öz ağıllarına görə uydurmağa çalışırlar. Bu kəslərin səhv məntiqləri Quranda belə təsvir edilmişdir:
“Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar:
“Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?”
Cəmiyyətin bəzi seqmentlərində rast gəlinən bu səhv şərh etmə, Quranda bildirilən əxlaqdan tamamilə fərqli və zidd bir əxlaq meydana gətirər. Bəzən İslam adına irəli sürülən bu modelin Peyğəmbərimiz (s.ə.v)-in tətbiq etdiyi, Quranda bildirilən din, əxlaq anlayışı və həyat tərzi ilə heç bir əlaqəsi yoxdur.
Bu xarakterdəki insanların şərhlərində Quranla heç bir şəkildə uyğun gəlməyən, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsində olmayan, Qurana tamamilə zidd fikirlər, şərhlər, hökmlər və tətbiqlər guya Qurandan bir mənbə kimi göstərilməyə çalışılar. Ancaq bu əsassız iddialara heç bir məntiqli şərh gətirilə bilməz. Tətbiq edilməyə çalışılan bəzi zorakı izahların da nə qədər məntiqsiz və gülünc olduğunu ağıl və şüur sahibi olan hər kəs asanlıqla görər. Nadanlıqla edilmiş şərhlərlə insanları azdırmağa çalışan, Uca Rəbbimiz Allahın ayələrini qavramaq qabiliyyətindən uzaq insanların vəziyyəti Quranda belə xəbər verilmişdir:
İnsanların eləsi vardır ki, nadanlıqla Allahın yolundan döndərmək və onu bir əyləncə mövzusu etmək üçün sözün “boş və məqsədsiz olanını” qəbul edirlər. Məhz onlar üçün alçaldıcı bir əzab vardır. Ayələrimiz ona oxunduğu zaman sanki eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə arxasını çevirir. Artıq sən ona şiddətli bir əzab ilə müjdə ver.