Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Allah qatından bir ağıl və anlayışın verilməməsi
Mündəricat
- Gi̇ri̇ş
- Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
- Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
- Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Quranı şərh edə bilməmək
- Ərəbcə bilməmək
- Allah qatından bir ağıl və anlayışın verilməməsi
- Qürur və təkəbbür
- Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
- Quranın elmi ayələrini qavramamaq
- İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
- Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
- Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
- “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
- Hekayələrdəki hikmətləri başa düşməmək
- Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
- Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
- Quran ərəblərə endirilmişdir yanılması
- Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
- Quranda verilən nümunələri başa düşməmək
- Qurandakı təkrarları başa düşməmək
- Quranın üslubunu başa düşməmək
- Altı gündə yaradılış mövzusu
- “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
- Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
- Son söz

Quranın başa düşülməsi üçün Allah Qatından xüsusi bir ağıl, anlayış və qavrayış verilməli olduğu, Allahın Quran ayələrində bildirdiyi bir həqiqətdir. Quranın hamısını bilmək, doğru şərh etmək və ərəbcə bilmək Quranı başa düşmək üçün lazım olan xüsusiyyətlərdir. Lakin bütün bu xüsusiyyətlərə sahib olmaqla bərabər Uca Allahın başa düşmək qabiliyyəti verməməsi, adamın Qurandan heç bir nəsibi olmamasına səbəb olar. Buna görə də yalnız texniki bəzi xüsusiyyətlərə sahib olmaq Quranı lazım olduğu kimi başa düşüb şərh etmək üçün kafi deyildir. Tarix, görünüşdə bir çox elmi vəsfə sahib olduqları halda Quranı azğın bir şəkildə şərh edib dəlalətə düşənlərin nümunələriylə doludur. Bir çox azğın kütlənin və məzhəbin qurucuları bu cür alim kimi görünən lakin Allah Qatından bir ağıl və anlayış verilməmiş kəslərdir. Bunlar həm özlərinin, həm də özlərinə tabe olan cahil və ağılsız kütlələrin İslamdan uzaqlaşmalarına səbəb olmuşlar.
Necə ki, Peyğəmbərimiz (s.ə.v)-in dövründə, Quranı başa düşə bilməyib inkar edən Məkkə müşriklərinin vəziyyəti, Quranı başa düşmək üçün yalnız ərəbcə bilmənin kafi olmadığının da konkret bir göstəricisidir.
Allah Qatından bir anlayış verilməsinin ən əhəmiyyətli şərtlərindən biri Allah qorxusu və səmimiyyətdir. Şəhvət və nəfslərinə tabe olmaq isə bu anlayışın qazanılmasına mane olar. Buna görə də, Qurana mənfi bir ruh halı ilə, Allahın bəyənmədiyi bir niyyət və dünyagörüşü ilə yaxınlaşılması Quranı səhv başa düşməyə və şərh etməyə səbəb olar. Şəhvət və nəfsə tabe olmaq adamın ağlının itməsinə səbəb olacağı üçün, belə bir adamın Quranın sirlərini, incəliklərini, dərinliklərini qavraması təsəvvür edilə bilməz. Şəhvət və nəfsinə tabe olan adam ağlını işlətmək qabiliyyətinə sahib olmadığı üçün ayələri kobud və səthi bir dünyagörüşü ilə şərh edər, Qurandakı ilahi hikmətləri görə bilməz.
Həmçinin, nəfsinin istəklərinə tabe olan adam Quranı da öz nəfsinin istəklərinə və maraqlarına uyğun şəkildə şərh edəcəyindən, ayələrdə Allahın bildirdiyi mənaları görə bilməsi mümkün olmaz. Nəfsinin istəklərinə tabe olan adamın ağlından istifadə edə bilmədiyi ayələrdə belə bildirilir:
Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar.
Bu cür kəslər Quranı başa düşə bilmədikləri kimi, normal ağla sahib insanların asanlıqla dərk edə biləcəkləri mövzuları belə başa düşməkdə çətinlik çəkərlər. Ayələrlə ayələr, ayələrlə hadisələr arasındakı əlaqələri yarada bilməzlər. Nəticədə də, öz ağılsızlıqları üzündən ayələri öz aləmlərində ziddiyyətli zənn edərlər. Ağılları o dərəcə itmişdir ki, bu cəhətdən heyvanlardan belə aşağı mövqedə dayanırlar.
Düşünməmək Quranı doğru başa düşmək və şərh etmək üçün çox yaxşı düşünmək lazım olduğu Quranda bildirilmişdir. Sərhədsiz bir elm xəzinəsi olan Quranı səthi bir gözlə, düşünmədən hər hansı bir kitab kimi oxumaq Qurandan lazım olduğu kimi istifadə edilməsinə mane olacaqdır. Uca Allah Quranda insanları davamlı olaraq ağıllarını istifadə etməyə, düşünməyə dəvət edir. Düşünmək, ağlından istifadə etmək, Quranın mənalarını, incəliklərini, sirlərini və hikmətlərini görməyə səy göstərmək Quranı haqqıyla başa düşə bilmək üçün lazımlıdır. Allah Quranda, insana öz nəfsini, yaradılış məqsədini, dünyanın əsl mahiyyətini, insanın ətrafında baş verən hadisələrin hikmətini və bunun kimi insanın özü və ətrafı ilə əlaqədar bir çox mövzunu izah edir. Bu səbəbdən də, insanın öz nəfsi, ətrafındakıları və yaşadığı hadisələri Quran ayələrinə əsasən qiymətləndirərək bu hadisələrdəki hikmətləri görərək və bunlar haqqında çox dərin düşünərək Quranı başa düşməyə çalışması lazımdır. Ayələrdə Quranın düşünənlər üçün izah edildiyi bildirilir:
Rəbbinin doğru yolu budur. Artıq Biz ayələri düşünən bir qövmə izah etdik.
Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik.
Ayələr düşünən insanlar üçün izah edildiyinə görə, düşünməyən kəslər ayələrdəki mənanı qavraya bilməzlər, bu səbəbdən düşünməyən kəslər Quranı başa düşə bilməzlər.
Həqiqətdə, insan öz daxilində və xaricində yaşadığı hər hadisədən bir çox ibrət almalıdır. Allah Quranı, insanın bunları necə şərh etməsi və izah etdikdən sonra necə davranması lazım olduğunu göstərən bir rəhbər olaraq endirmişdir. Yəni Quran insanın yaşadığı hər anı izah edən və nizama salan bir yol göstəricidir. İnsanın hər anını əhatə edən və sonsuz elm və hikmət sahibi Allahın göndərdiyi bu mübarək Kitabı lazım olduğu kimi başa düşmək də əlbəttə ki, Quranı Allahın şəninə yaraşan bir şəkildə düşünərək və ağlını işlədərək oxumaqla olar. Necə ki, “Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik” (Sad surəsi, 29) ayəsi ilə də Quranın ciddi bir şəkildə üstündə düşünülməsi və öyüd alınması lazım olan bir Kitab olduğu xəbər verilir. Quranı lazım olduğu kimi düşünmənin əhəmiyyəti bir başqa ayədə də belə vurğulanır:
Məgər kafirlər bu Söz haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi?
Quranı aləmlərin Rəbbi olan Allah endirmişdir. Buna görə də sərhədsiz və üstün bir elmi özündə ehtiva edir. Qurandakı elm, Allahın sifətlərindən yaradılışın hikmətlərinə, insan ruhunun incəliklərini dünyanın, kainatın və axirətin həqiqətlərinə və sirlərinə qədər saysız mövzunu əhatə edir. Bu səbəbdən, olduqca sadə və əsaslı bir izahat daxilində yer alan bu məlumatları qavramaq da ancaq dərin bir düşüncə, açıq bir şüur, iti bir diqqət, səmimi bir ürək və təmiz bir vicdan ilə olar.