Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: İnsanlara xəbərdarlıq etmək

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

Cahiliyyə toplumunun əsas həyat fəlsəfəsi insanın yalnız özü qarşısında məsuliyyət daşıması düşüncəsinə əsaslanır. Həmin düşüncəyə görə, insanların əsas vəzifəsi ən yaxşı şəraitdə yaşamaqdan, ən yaxşı şəraiti yaratmaqdan ibarətdir, lakin onlar digər insanların maddi və mənəvi həyatları ilə bağlı heç bir məsuliyyət daşımırlar. Buna görə də bir çox insanlar vəzifələrinin dinlərinə yalnız özbaşına əməl etməkdən ibarət olduğunu düşünür və başqa insanlara dini təbliğ etmək vəzifəsi daşımadıqlarını güman edirlər. Halbuki Qurana baxanda, bunun tam əksi olan bir anlayışla qarşılaşırıq. Müsəlmanın ən böyük vəzifələrindən biri İslam əxlaqını ətrafında olan insanlara izah və təbliğ etmək və onları da Allaha iman gətirməyə təşviq etməkdir. Quranda müsəlmanların insanlara xəbərdarlıq etməsi ilə bağlı bir çox qəti və açıq hökmlər var. Bunlardan biri də «Müddəssir» surəsinin 1ci və 2-ci ayələrində bildirilir:

«Ey örtünüb bürünmüş! Qalx qorxut!»

«Müddəssir» surəsi, 1-2

Müsəlmanlar özləri dinlərinə əməl etdikləri kimi ətraflarında olan insanları da buna təşviq etməyə məsuldurlar. Hətta Quranda müsəlmanların bütün həyatlarını təbliğlə, yəni dinlərini yaymaqla keçirmələrinin lazım olduğu bildirilir. Müsəlmanlar işlərini, məskunlaşdıqları əraziləri, əyləncələrini, həyat tərzlərini bu məsuliyyətlərinə görə tənzimləyirlər. Müsəlman üçün Allahın varlığının bütün insanlar tərəfindən bilinməsi, dərk edilməsi, bütün insanların cəhənnəmin necə yer olmasından və hesaba çəkilmələrindən xəbərdar olması onların ticarətindən, əyləncəsindən və ya rahatlıqlarından daha əhəmiyyətlidir. Cəhənnəmdəki əzabın şiddətini və Allahın qüdrətini yaxşı bilən müsəlmanlar insanların dini əxlaqa əməl etmədikləri təqdirdə, onları gözləyən aqibətin necə olacağını öyrənmələri üçün əllərindən gələni edirlər. Lazım olarsa, işlərindən, evlərindən və ya mülklərindən imtina edərək insanları xəbərdar edir və Allahın bu əmrlərini yerinə yetirməyə davam edirlər. Allahın möminlərə olan bu əmri başqa bir ayədə belə bildirilir:

«Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut!»

«Məryəm» surəsi, 39