Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: İbadətdə qətiyyətli olmaq

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

«O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə qətiyyətli ol! Heç Ona oxşarını tanıyırsanmı?!»

«Məryəm» surəsi, 65

«Qətiyyətlilik» bir məsələdə mətinlik göstərmək, nəticəyə çatmaqda heç bir maneə tanımamaq və əzmlə çalışaraq lazım olanları nəyin bahasına olursa yerinə yetirmək mənasına gəlir. Yuxarıdakı ayədə qeyd olunan qətiyyət sözü də bu mənada işlədilib. Allah müsəlmanlardan yalnız ibadət etmələrini deyil, eyni zamanda ibadətdə qətiyyətli olmalarını tələb edir. Lakin insanlar ibadətdə qətiyyətli olmağı çox məhdud çərçivədə dəyərləndirirlər. Çünki onlar ibadət sözünün yalnız namaz, oruc, həcc, zəkat kimi insana fərz olan hökmlər mənasına gəldiyini zənn edirlər. Halbuki ibadət xidmət mənasına gəlir. Yəni insanların qul kimi Allah üçün etdiyi hərəkətləri, danışıqları, hal və davranışları bir ibadətdir. Namaz insan üçün mühüm və fərz ibadət olduğu kimi əsəblərə hakim olmaq, gözəl danışmaq, insanlara xəbərdarlıq edib onları pis işlərdən çəkindirmək, zənnə qapılmamaq və ya mübahisə etməmək də bir ibadətdir. Bu səbəbdən də Allahın «ibadətdə qətiyyətli ol» əmri həm feli ibadətlərə, həm də əxlaqa aiddir. Lakin ayələrdə müsəlmanlara dinlərində qətiyyətli olmaq əmri verilərkən diqqət yetirilməli olan başqa bir məqam da var. Bu da müsəlmanların qətiyyətdə imtahana çəkiləcəklərinə dair verilən izahlardır. Ayələrdə keçmişdə yaşayan müsəlmanların və peyğəmbərlərin həyatından hadisələr təqdim edilərkən onların imanının və qətiyyətinin imtahana çəkilmələrinə aid nümunələr verilir. Çünki bu nümunələr müsəlmanların Allaha olan bağlılıq və sədaqətini isbat edəcəkləri dəyərli fürsətlərdir. Allah müsəlmanların dinlərinə olan bağlılığının imtahana çəkilməsinə dair nümunə olaraq ən çox inkarçıların sözlü və ya əməli surətdə hücum faktını verir. Yaxud da müsəlmanlara iftira atıldığı, insanların toplu şəkildə üz çevirdiyi, xəstəlik baş verdiyi, aclıq, susuzluq, yorğunluq olduğu, çətin və təhlükəli halla qarşılaşıldığı, xüsusən də insan həyatını risk altına alan anlar nümunə kimi verilir. Belə hallar müsəlmanların öz dinlərinə riayət etmək və onu təbliğ etməkdə əzmkar olacaqları hallardır. Bundan əlavə, Allahın böyük bolluq, sağlamlıq, sakitlik, zənginlik və ya qüvvə verdiyi hallar da var ki, bu hallarda da insanın ruhdan düşməyəcəyi və din əxlaqına əməl etmək məsələsində qətiyyət nümayiş etdirəcəyi çox dəyərli hallardır. Yəni müsəlmanlar həm çətinliklə, həm də asanlıqla imtahana çəkilirlər. Heç bir hal müsəlmanların davranışlarında mənfi dəyişikliklərə yol açmaz.