Qulaqardına vurulan Quran hökmləri: Allahın rəhmindən ümidi üzməmək
Mündəricat
- Giriş
- Allahı xatırlamaqda
- Elçiyə qəlbən hörmət bəsləmək
- Elçinin önünə keçməmək
- Elçinin yanında səsi qaldırmaq
- Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
- Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
- Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
- Üzrsüz əyləşməmək
- Etməyəcəyi şeyi deməmək
- İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
- Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
- Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
- Qəzəbi boğmaq
- Bir işi bitirdikdən sonra başqa işə başlamaq
- Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
- Fasiqin xəbərinə əsasən hərəkət etməmək
- Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
- Məzəmmət edən adamın tənəsindən qorxmamaq
- Nəfsi təmizə çıxarmamaq
- Sevilən şeyləri Allah yolunda sərf etmək
- Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
- İsraf etməmək
- Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
- Boş danışmamaq
- Boş və lüzumsuz şeylərdən üz çevirmək
- Namazda huşuda olmaq
- Quran oxunanda susaraq onu dinləmək
- Quran oxuyarkən şeytandan Allaha sığınmaq
- Xəsislik və həsəd hisslərindən uzaq olmaq
- Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
- Evə daxil olanda salam vermək
- Özgə evlərə icazəsiz daxil olmamaq
- Şükür etmək
- Allahdan bağışlanma diləmək
- Əmanətə və əhdlərə xəyanət etməmək
- Əmanəti öz sahibinə qaytarmaq
- İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
- Başqalarına nəsihət
- Verilən borcu yazmaq
- Allah və din əleyhinə danışılan yeri tərk etmək
- Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
- Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
- Müsəlmanları müjdələmək
- Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
- Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
- Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
- İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
- Bir şeyi unudan zaman Allahı zikr etmək
- Allahın rəhmindən ümidi üzməmək
- Yalan danışmamaq
- İbadətdə qətiyyətli olmaq
- İnsanlara xəbərdarlıq etmək

«Məndən onlara de: «Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!»
Ayədə bildirildiyi kimi, insanlar bəzən bilərəkdən və ya bilməyərəkdən səhvlər edirlər. Bu mövzu ilə bağlı ayənin xitabından da məlum olduğu kimi, burada Allahın rəhmətini uman insanlara üz tutulur. Yəni ayədə bildirilən öz əleyhlərinə olmaqla həddi aşan insanlar Allaha iman gətirən insanlardır. Buna görə də belə bir hal demək olar ki, müsəlmanlara da aiddir. Allah bir çox ayələrində hətta təqva sahibi olan müsəlmanların da səhv edə biləcəklərini vurğulamışdır. Belə açıqlamalar insanın qəlbinə fərəh verir. Əks halda bilərək və ya bilməyərək səhv edən müsəlman böyük bir sıxıntı və ya vicdan əzabı çəkə bilər. Lakin müsəlmanların Allaha qarşı hər hansı bir xətaya və ya nöqsana yol verməməkdə diqqətli olduqlarını bilən Rəbbimiz Quranda əməlləri və əxlaqları mədh edilərək bəhs edilən peyğəmbərlərdən də nümunələr verərək, istisnasız olaraq, hər bir insanın böyük və kiçik səhv edə biləcəyini diqqətə çatdırmışdır. Beləliklə, ayələrdə bu cür şövqverici və qəlbi fərəhləndirən ifadələr müsəlmanların hər hansı bir səhvdən sonra ümidsizliyə düşməsinin qarşısını alır. Hətta Allah insanların səhvlərinin o qədər müxtəlif olduğunu bildirmişdir ki, insanların səhv etdikdən sonra peşmanlıq duyub tövbə etdikləri zaman, istisnasız olaraq, hər bir səhvin bağışlanacağını buyurmuşdur. Lakin Qurandakı qəlbi fərəhlədən, insanlara ümid verən müxtəlif ifadələrə baxmayaraq, qüsurlu olduğunu əsla qəbul etməyən bir çox insanlar da vardır. Ayələrdəki açıqlamalara rəğmən səhv etdikdən sonra ümidsizliyə qapılmaq, üzüntü və sıxıntıya düşmək xətasızlıq iddiasında olan insanlara xas olan bir davranışdır. Səhvini təkəbbürü ucbatından və lovğalığına görə heç bir vəchlə qəbul etmək istəməyən bir insan etdiklərinə görə böyük üzüntüyə qapılır. Belə lovğa adamlar asanlıqla səhv edən, yanlış qərarlar qəbul edə bilən, yanlış davrana bilən və ya yanlış danışa bilən varlıqlar olduqlarını qəbul etməkdə çətinlik çəkirlər. Onlar qüsursuzluğun və xətasız olmağın yalnız Allaha xas bir vəsf olduğunu düşünə bilmirlər. Özləri də qüsursuz olmaq istəyirlər. Lakin bunu heç cür bacara bilməmələri və istəmədən də bir çox səhvlərə yol vermələri onları ümidsizliyə sürükləyir. Müsəlmanlar isə Allahın qarşısında qüsurlarını və acizliklərini qəbul edərək rahat həyat tərzi keçirir və heç bir zaman səhvsizlik iddiasında olmurlar. Bunu da unutmamaq lazımdır ki, insanların hətta ən imanlı olanlarının da qüsurlu və asanlıqla səhv edəcək şəkildə yaradılmaları Allahın qüsursuzluq vəsfini dərk edə bilmək üçündür. Çünki insan qüsursuzluğu yalnız bir qüsur və əskiklik görərək dərk edə bilər. Bu səbəbdən də insanın öz acizliyini görməsi onun Allahın mükəmməlliyini daha yaxşı anlamasına səbəb olacaqdır.