Qulaqardına vurulan Quran hökmləri: Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
Mündəricat
- Giriş
- Allahı xatırlamaqda
- Elçiyə qəlbən hörmət bəsləmək
- Elçinin önünə keçməmək
- Elçinin yanında səsi qaldırmaq
- Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
- Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
- Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
- Üzrsüz əyləşməmək
- Etməyəcəyi şeyi deməmək
- İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
- Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
- Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
- Qəzəbi boğmaq
- Bir işi bitirdikdən sonra başqa işə başlamaq
- Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
- Fasiqin xəbərinə əsasən hərəkət etməmək
- Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
- Məzəmmət edən adamın tənəsindən qorxmamaq
- Nəfsi təmizə çıxarmamaq
- Sevilən şeyləri Allah yolunda sərf etmək
- Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
- İsraf etməmək
- Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
- Boş danışmamaq
- Boş və lüzumsuz şeylərdən üz çevirmək
- Namazda huşuda olmaq
- Quran oxunanda susaraq onu dinləmək
- Quran oxuyarkən şeytandan Allaha sığınmaq
- Xəsislik və həsəd hisslərindən uzaq olmaq
- Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
- Evə daxil olanda salam vermək
- Özgə evlərə icazəsiz daxil olmamaq
- Şükür etmək
- Allahdan bağışlanma diləmək
- Əmanətə və əhdlərə xəyanət etməmək
- Əmanəti öz sahibinə qaytarmaq
- İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
- Başqalarına nəsihət
- Verilən borcu yazmaq
- Allah və din əleyhinə danışılan yeri tərk etmək
- Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
- Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
- Müsəlmanları müjdələmək
- Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
- Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
- Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
- İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
- Bir şeyi unudan zaman Allahı zikr etmək
- Allahın rəhmindən ümidi üzməmək
- Yalan danışmamaq
- İbadətdə qətiyyətli olmaq
- İnsanlara xəbərdarlıq etmək

Allah insanları zaman və məkana bağlı şəkildə yaratmışdır. Lakin zamanı və məkanı yaradan Allah isə onların fövqündədir və onlardan asılı deyil, həmçinin onların hər ikisini dörd bir tərəfdən əhatə edir. İnsan öz yaradılışı baxımından zaman və məkan daxilində yaşamaq məcburiyyətindədir. O, heç bir zaman və heç bir formada bu vəziyyətini dəyişdirə bilməz. Lakin Allah zamanı və məkanı həm daxildən, həm də xaricdən görür və Öz nəzarəti altında saxlayır. Bunu belə izah etmək olar: Allah insanın yaşadığı həyatın əvvəlini, axırını, ortasını və sonunu eyni anda görür və bilir. Allah üçün kainatın ilk başlanğıc anı ilə qiyamət saatı arasında heç bir zaman fərqi yoxdur. İnsan üçün isə bu arada çox uzun bir zaman fərqi var. Lakin bizim otuz santimetrlik bir cədvələ baxdığımız zaman onun əvvəli ilə sonunu gördüyümüz kimi, Allah da kainatın əvvəlini və sonunu eyni anda bilmək və görmək gücünə malikdir. Bu səbəbdən insanların keçmişi, indiki zamanı və gələcəyi Allah dərgahında əvvəlcədən müəyyənləşdirilmiş bir yazıdır. Allah bizə bunu Quranda alın yazısı kimi bildirmişdir. İnsan heç bir halda həmin alın yazısından kənara çıxa bilməz. Qısası, insanın gələcəyi yalnız Allahın müəyyən etdiyi şəkildə olur. Buna görə də Allah insanlara qeyb haqqında bir təxmin və ya iddia irəli sürərkən qəti danışmamağı əmr etmişdir. Çünki insan nəyi iddia edirsə-etsin, nəticədə yenə də Allahın dilədiyindən kənar heç bir şey baş verməyəcəkdir. Bu səbəbdən müsəlmanlar qeyblə bağlı yalnız Allahın dilədiklərinin baş verəcəyinə iman gətirdikləri üçün hətta bir dəqiqə sonra nə olacağına dair əsla qəti şəkildə danışmaz və öz sözlərini mütləq Allahın istəməsi mənasına gələn «İnşallah» deyərək bitirirlər: «Heç bir şey barəsində: «Mən onu sabah edəcəyəm!» - demə! Ancaq: «İnşallah (əgər Allah istəsə) deyəcəyəm!» - de...» («Kəhf» surəsi, 23-24).