Qulaqardına vurulan Quran hökmləri: Müsəlmanları müjdələmək
Mündəricat
- Giriş
- Allahı xatırlamaqda
- Elçiyə qəlbən hörmət bəsləmək
- Elçinin önünə keçməmək
- Elçinin yanında səsi qaldırmaq
- Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
- Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
- Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
- Üzrsüz əyləşməmək
- Etməyəcəyi şeyi deməmək
- İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
- Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
- Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
- Qəzəbi boğmaq
- Bir işi bitirdikdən sonra başqa işə başlamaq
- Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
- Fasiqin xəbərinə əsasən hərəkət etməmək
- Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
- Məzəmmət edən adamın tənəsindən qorxmamaq
- Nəfsi təmizə çıxarmamaq
- Sevilən şeyləri Allah yolunda sərf etmək
- Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
- İsraf etməmək
- Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
- Boş danışmamaq
- Boş və lüzumsuz şeylərdən üz çevirmək
- Namazda huşuda olmaq
- Quran oxunanda susaraq onu dinləmək
- Quran oxuyarkən şeytandan Allaha sığınmaq
- Xəsislik və həsəd hisslərindən uzaq olmaq
- Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
- Evə daxil olanda salam vermək
- Özgə evlərə icazəsiz daxil olmamaq
- Şükür etmək
- Allahdan bağışlanma diləmək
- Əmanətə və əhdlərə xəyanət etməmək
- Əmanəti öz sahibinə qaytarmaq
- İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
- Başqalarına nəsihət
- Verilən borcu yazmaq
- Allah və din əleyhinə danışılan yeri tərk etmək
- Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
- Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
- Müsəlmanları müjdələmək
- Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
- Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
- Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
- İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
- Bir şeyi unudan zaman Allahı zikr etmək
- Allahın rəhmindən ümidi üzməmək
- Yalan danışmamaq
- İbadətdə qətiyyətli olmaq
- İnsanlara xəbərdarlıq etmək

«Doğrudan da, Biz səni haqla müjdə verən və qorxudan bir peyğəmbər kimi göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan bir elçi gəlib getməsin!» («Fatir» surəsi, 24). Müsəlmanların xəbərdaredici xüsusiyyətləri ilə yanaşı, müjdəverici xüsusiyyətləri də vardır. Çünki Quran insanlara həm xəbərdarlıq, həm də müjdə kimi nazil edilmişdir. Quranda müsbət xarakterli insanlar üçün bir çox müjdələr var. Şübhəsiz ki, bunların ən əhəmiyyətlilərindən biri gözəl əxlaqlı insanlar üçün hazırlanan cənnətdir. Allah insanların səbirli, səmimi, ədalətli, gözəl sözlü, təvazökar, gözəl xarakterli olacaqları təqdirdə axirətdə, bir çox mükafatlarla qarşılıq görəcəklərini bildirmişdir. Cənnət bu dünya ilə müqayisə edilməyəcək qədər böyük gözəlliyə, zənginliyə, əzəmətə və möhtəşəmliyə malikdir. İnsanlar, evlər, məkanlar bu günə qədər bənzərinə rast gəlmədiyimiz şəkildə və ən gözəl halda yaradılacaq. Burada mənəvi cəhətdən insanların həyatda gördüklərindən qat-qat çox xoşbəxtlik, sevinc və fərəh hissi yaşanacaq. Allah cənnət haqqında Quranda bir çox məlumatlar verir. Allahın cənnəti müsəlmanlar üçün bu cür tərif etməsi və incələməsi müsəlmanlar üçün böyük bir şövq və həyəcan mənbəyidir. Müsəlmanlar cənnət barədə düşündükcə, onların axirət üçün çalışmaq və xidmət etmək istəkləri daha da artır. Allahın heç bir əməli mükafatsız və əvəzsiz qoymadığını, hətta ən kiçik yaxşılığın da mükafatını verdiyini bir daha düşünür və Allaha daha böyük qətiyyətlə bağlanırlar. Allah müsəlmanlara həm də bu dünyada mükafat verir. Bu müjdələr də Quranda bildirilmişdir. Allahın verdiyi qəlb rahatlığı, iman gətirməyənlər üzərindəki mütləq qalibiyyət, mülkə varis etməsi, gözəl bir həyatla yaşatması kimi bir çox vədlər bu müjdələrə aiddir. Bu müjdələrin müsəlmanlara təşviq və sevinc səbəbi olması üçün Allah onları ayələrdə bildirmişdir. Buna görə də müsəlmanların Quranda bildirilən bu mövzularda bir-birinə müjdə vermələri mühüm ibadətdir. Müsəlmanlara Allahın necə kömək etdiyi, Allahın onları necə qoruduğu və necə zəfərlər verdiyi ilə bağlı müjdələr inanların güclənməsinə səbəb olduğu halda, münafiqlərin və kafirlərin isə ruhdan düşməsinə səbəb olacaq. Buna görə də Allah peyğəmbərlərini «xəbərdaredici» olmaqla yanaşı, həm də «müjdəvericilər» kimi təqdim etmişdir.