Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

Ədalət, insanlar arasındakı anlaşılmazlıqları həll edərkən haqq sahibinə heç bir tərəf tutmadan haqqını vermək mənasını verir. Amma Quran əxlaqına əməl etməyən insanlar əsasən tam və qəti ədalət anlayışı ilə hərəkət etməzlər. Bir çox xarici amillər onların ədalətli qərar qəbul etmələrinə təsir göstərə bilər. Məsələn, belə bir adam özünə daha yaxın hesab etdiyi insanın lehinə qərar qəbul edə bilər. Həmçinin mənfəətinə uyğun gördüyü, özünə faydalı olan şəkildə hökm verə bilər. Yəni hər növ şəxsi mənfəət naminə verilən qərar ədalətli olmaya bilər. Lakin insanların ədalətsizlikləri daha çox kin bəslədikləri insanlara qarşı olan davranışlarında ortaya çıxır. Nəfsinin diqtə etdiyi kin hissinə qapılan insan qarşısındakı şəxslə bağlı ədalətli qərar qəbul etməkdə çətinlik çəkə bilər. Kin bəslədiyi şəxsin haqlı olmasına baxmayaraq, onunla bağlı ədalətli qərar qəbul etməyə bilər. Eləcə də kin bəslədiyi insanın və ya topluluğun haqqına təcavüz edə bilər. Bu səbəbdən də Allah kin hissinin ədalətə mane olmasına xüsusilə diqqət yetirmiş və müsəlmanları bununla bağlı xəbərdar etmişdir:

«Ey iman gətirənlər! Allah qarşısında sabit-qədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!»

«Maidə» surəsi, 8

Ayənin əmrinə əsasən müsəlmanlar yaxınlıq, mənfəət, qohumluq əlaqəsi və ya kin kimi səbəblərə görə, qarşılarındakı insan və ya topluluqla olan münasibətdə heç vaxt ədalətsizlik etməzlər. Qarşılarındakı insanların fərqli, hətta müsəlmanların inancına zidd inanca, düşüncəyə və fəlsəfəyə malik olmaları onların həmin topluluq haqqında doğru qərar qəbul etmələrinə mane ola bilməz. Onlar heç vaxt hisslərinə qapılaraq hərəkət etməz və ağıllı mövqedən uzaqlaşmazlar. Verəcəkləri hökm əleyhlərinə də olsa, haqqı gizləməz və doğrudan kənara çıxmazlar.