Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

Həmd və təsbih etmək möminin həyatının bir hissəsidir. Həmd (şükür) hər növ mədh, ucaltma və iltifata yalnız Allahın layiq olduğunu, təsbih isə Allahın ağıla gələn hər cür qüsur və səhvdən uzaq olduğunu həm dildə, həm də qəlbən təsdiq etməkdir. Həmd və təsbihin yalnız möminlərin deyil, bütün kainatın bir ibadəti olduğu ayələrdə belə xəbər verilir:

«Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız, Allah həqiqətən, həlimdir, bağışlayandır!»

«İsra» surəsi, 44

«Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də Allahın qorxusundan Onu öyüb mədh edirlər...»

«Rəd» surəsi, 13

Namaz qılmaq kimi müəyyən olunmuş vaxtlarda Allahı təsbih etmək və Ona həmd etmək də Quranda bildirilən fərzlərdəndir. Mömin Allahın fərz qıldığı məsələlər arasında öz anlayışına görə əhəmiyyətlilik sıralamasını apara bilməz. Yəni namaz qılmağı təsbih etməkdən və ya oruc tutmağı zəkat verməkdən daha mühüm və ya əhəmiyyətsiz hesab edə bilməz, Allahın əmrlərini birə-bir incəliyinə qədər yerinə yetirər. Allah insanı yalnız Ona ibadət etmək üçün yaratmışdır. Allahı Quranda göstərilən beş vaxtda, Allahın istədiyi şəkildə təsbih etmək möminin gündəlik həyatında ən mühüm vəzifələrindən biridir. Sübh namazı və ikindi vaxtlarında təsbihlə yanaşı, həm də həmd edilməsi ayələrdə xüsusi olaraq bildirilmişdir.

Möminlərə qarşı təvazökar, inkar edənlərə qarşı sərt və amansız olmaq Sadə və təvazökar olmaq Quranda Allahın təriflədiyi bir davranışdır. Təvazökar mömin başqa möminlərə əminlik və şövq verir. Həqiqi mənada təvazökarlıq insanın sahib olduğu bütün xüsusiyyətlərə görə Allaha borclu olduğunu bilməsi, Allahdan başqa heç bir qüvvənin olmadığını qəbul etməsi ilə mümkündür. Bu düşüncəyə malik olan insan nə qədər gözəl, bacarıqlı, zəngin, ağıllı və ya qüvvətli olursa-olsun, bütün bunları Allahın verdiyi müvəqqəti xüsusiyyətlər olduğunu, bunların imtahan vasitəsi və saleh əməl üçün bir fürsət olduğunu bilir. Sahib olduğu heç bir xüsusiyyət onun təkəbbürünə, lovğalanmasına səbəb ola bilməz. Onun bu yüksək əxlaqı Allahın ruhunu daşıyan, Onun yer üzündəki xəlifəsi olan möminlərə qarşı hörmət və təvazökarlıq formasında əks olunur. Bu əxlaqa malik olan möminlər ayələrdə mədh edilmiş və müjdələnmişdir:

«...Sən də təvazökar olanlara müjdə ver!»

«Həcc» surəsi, 34

«Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, bilsin ki, Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah genişdir, biləndir!»

«Maidə» surəsi, 54

Yuxarıdakı ayələrdən də aydın olduğu kimi, mülayim və təvazökar rəftar görəcək insanlar yalnız möminlərdir. Cahil insanlara qarşı davranış isə bunun tam əksi olacaq. Çünki iman gətirməyənlər Allaha üsyan etmiş, Allaha, Onun elçisinə və möminlərə qarşı müharibə elan etmişlər. Möminlərin Quranda yer üzündəki varlıqların ən aşağısı kimi göstərilən və Allaha üsyan edən bu insanlarla necə davranacaqları belə izah edilmişdir:

«Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı səy göstər! Onlarla sərt davran! Onların məskəni cəhənnəmdir. Ora nə pis yerdir!»

«Tövbə» surəsi, 73

«Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb möminlərin ürəklərini fərəhləndirsin. Və onların qəlblərindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir!»

«Tövbə» surəsi, 14-15

Möminlərin bu xüsusiyyəti başqa bir ayədə belə ifadə edilmişdir:

«Muhəmməd Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər...»

«Fəth» surəsi, 29

Allah Quranda müsəlmanlara yaxın və dost olaraq Allaha iman gətirənləri göstərmişdir. Həmçinin Allah müsəlmanların kafirlərə və münafiqlərə qarşı fikir mübarizəsi aparmalarını əmr etmişdir. Bu səbəbdən müsəlmanın münafiqə qarşı davranışı həmişə Quranda bildirilən şəkildə olur. İman gətirən insan öz davranışlarında yalnız Quranı rəhbər tutur.

Bir müsəlmanın digər müsəlmanlara hörmət və sevgi göstərməsi, həmçinin münafiq və dinsizlərə qarşı sərt və amansız davranması da bir ibadətdir. Qəlbində Allahın dininə kin bəsləyən və əlindəki imkanlardan gizli və açıq şəkildə müsəlmanların əleyhinə istifadə edən münafiqə sevgi və isti münasibət göstərmək həmin insanın dinə və Allaha qarşı olan kinli davranışına müəyyən mənada dəstək vermək və onu təsdiq etmək deməkdir. Lakin qeyd etmək lazımdır ki, buradakı «sərt» və «amansız» sözlərindən yanlış məna çıxarılmamalıdır. Çünki burada nəzərdə tutulan sərtlik fiziki qüvvə ilə olan sərtlik deyil. Buradakı amansızlığın mənası müsəlmanların öz dinlərinə bağlı və qətiyyətli olmaları səbəbi ilə münafiqlərin həvəsdən düşməsi və dinə qarşı mübarizə aparmaqdan geri çəkilmələridir. Sərtlik isə münafiqlər və iman gətirməyənlərin müsəlmanlara qarşı açıq və ya gizli fəaliyyətini aşkar edərək mane olmaq, onların Allaha və dinə qarşı olan davranışları müqabilində ortaya açıq və cəsarətli bir davranış tərzi qoymaq, onlarla yaxın dost olmamaq mənasındadır. Münafiqlərin ən çox qorxduqları insanlar təqva sahibi olan müsəlmanlardır. Allah Öz ayələrində münafiqlərin möminlərdən Allahdan qorxan kimi, hətta daha çox qorxduqlarını bildirir. Bu səbəbdən Allaha və müsəlmanlara düşmən olanların qəlbində qorxu yaradacaq bir imana sahib olmaq müsəlman üçün böyük bir ibadətdir. Müsəlman olmayan, lakin din mövzusunda möminlərə qarşı mübarizə aparmayan insanlarla yaxşı yola getmək və ya dini əxlaqı yenicə mənimsəyən insanlarla gözəl rəftar etmək, gözəl danışmaq Quranda buyurulan hökmdür.

Dini əxlaqa uyğun yaşamaqda zəiflik göstərməmək və ləng davranmamaq Bir möminin imanının gücü, səmimiyyəti və qətiyyəti onun Allah yolunda mübarizəsindən, İslama olan sevgisindən aydın olur. Onun bu mübarizədə göstərdiyi hərəkət və davranışları dini əxlaq mövzusunda zəif və ya şövqlü olmasını müəyyən edir. Dində zəiflik göstərmək möminlər arasında imani cəhətdən tam olaraq yetişməmiş insanlara xas olan xüsusiyyətdir. Bu insanda zəiflik çətin anlarda geri çəkilmək, risk etməmək, nəfsinə bir zərər gəlməsindən çəkinmək, nəfsinin rahatlığını və mənfəətlərini dinin mənfəətlərindən üstün tutmaq şəklində ortaya çıxır. Çətinlik olmayan vaxtlarda isə özünü iman gətirməyənlərin və fitnənin varlığından narahat olmamaq, onlara tələ qurmaq və narahat etmək yönündə düşünüb tədbir görməmək, məsuliyyət daşımaqdan və nəfsini çətinliyə salmaqdan uzaq olmaq, hadisələr qarşısında passiv olmaq və onlara təsir göstərməmək, ağır hərəkət etmək kimi göstərir. Bu azğın anlayışlar həmin insanların məntiqi mühakimələrinə və hadisələri qiymətləndirmələrinə əsaslı dərəcədə təsir göstərir. Belə ki, onların şüuru Allah yolunda üzləşdikləri çətinlik və ya təhlükədən qaçmağı özləri üçün bir qazanc, hətta Allahın bir neməti olaraq görəcək qədər qapanır:

«Aranızda elələri də vardır ki, ağır tərpənər və əgər sizə bir müsibət üz versə:

«Allah mənə lütf etdi ki, onlarla birlikdə olmadım», - deyər»

«Nisa» surəsi, 72

Belələri həyatda lazımi işləri yerinə yetirən insanların onsuz da mövcud olduğunu əsas tutaraq, vicdanları rahatlatmağa çalışırlar. Lakin çətinlik və sıxıntı anları sovuşaraq, onların heç bir payının olmadığı zəfər anı gəldiyi zaman peşman olduqlarını bildirirlər, möminlərin sahib olduğu şərəfli məqamlardan nə qədər uzaq olduqlarını dərk edirlər:

«Əgər Allah tərəfindən sizə bir nemət yetişərsə, o zaman guya aranızda heç bir dostluq yoxmuş kimi: «Kaş ki, mən də onlarla birlikdə olub böyük bir qənimət əldə edəydim!» söylərlər»

«Nisa» surəsi, 73

Beləliklə, axirətləri üçün qazanacaqları çox böyük əcr fürsətlərini, yüksək məqamları da əldən vermiş olurlar.

Allah səmimi möminlərə onların arasında yaşayan bu zəif və ləng insanların mənfi təsirinə düşülməməsi, onların şövqlərinin, həvəs və əzminin qırılmaması üçün xəbərdarlıq edir və buna bənzər hərəkətlərdən çəkindirir:

" Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər."

«Rum» surəsi, 60

Əlbəttə, daimi zəiflik həqiqi iman sahibi olan bir insana aid edilə bilməz. Lakin mömin müvəqqəti zəifliklərdən, laqeydliklərdən, məsuliyyətsizlikdən, vaxtaşırı nəfsinə tabe olmaq kimi mənfi hərəkətlərdən uzaq olmalıdır. Möminləri müxtəlif mövzularda göstərilmiş zəifliklərdən çəkindirən ayələrin bəziləri bunlardır:

«Düşməniniz olan qövmü təqib etməkdə zəiflik göstərməyin! Əgər siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah biləndir, hikmət sahibidir!»

«Nisa» surəsi, 104

«Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!»

«Ali-İmran» surəsi, 139

Quranda tərif edilən ideal mömin isə bütün həyatı boyu istər sıxıntılı və çətin anlarında, istərsə də sıxıntısız və rifah dolu anlarında dinin mənafelərindən heç bir şəkildə geri çəkilməyən, bütün vəziyyətlərdə Allahın rizasını nəfsinin arzularına dəyişməyən bir insandır. O, öz şövq və həyəcanını, qətiyyətini heç bir halda itirməz, zəiflik göstərməz və boyun əyməz. Bu mömin insan modeli Quranda qədim millətlərdən nümunə gətirilərək belə tərif edilir:

" Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir. "

«Ali-İmran» surəsi, 146

Başqa bir ayədə isə axirət üçün ciddi-cəhdlə çalışmağın dəyərindən bəhs edilir:

«Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar»

«İsra» surəsi, 19