Qulaqardına vurulan Quran hökmləri: Başqalarına nəsihət
Mündəricat
- Giriş
- Allahı xatırlamaqda
- Elçiyə qəlbən hörmət bəsləmək
- Elçinin önünə keçməmək
- Elçinin yanında səsi qaldırmaq
- Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
- Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
- Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
- Üzrsüz əyləşməmək
- Etməyəcəyi şeyi deməmək
- İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
- Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
- Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
- Qəzəbi boğmaq
- Bir işi bitirdikdən sonra başqa işə başlamaq
- Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
- Fasiqin xəbərinə əsasən hərəkət etməmək
- Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
- Məzəmmət edən adamın tənəsindən qorxmamaq
- Nəfsi təmizə çıxarmamaq
- Sevilən şeyləri Allah yolunda sərf etmək
- Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
- İsraf etməmək
- Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
- Boş danışmamaq
- Boş və lüzumsuz şeylərdən üz çevirmək
- Namazda huşuda olmaq
- Quran oxunanda susaraq onu dinləmək
- Quran oxuyarkən şeytandan Allaha sığınmaq
- Xəsislik və həsəd hisslərindən uzaq olmaq
- Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
- Evə daxil olanda salam vermək
- Özgə evlərə icazəsiz daxil olmamaq
- Şükür etmək
- Allahdan bağışlanma diləmək
- Əmanətə və əhdlərə xəyanət etməmək
- Əmanəti öz sahibinə qaytarmaq
- İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
- Başqalarına nəsihət
- Verilən borcu yazmaq
- Allah və din əleyhinə danışılan yeri tərk etmək
- Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
- Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
- Müsəlmanları müjdələmək
- Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
- Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
- Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
- İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
- Bir şeyi unudan zaman Allahı zikr etmək
- Allahın rəhmindən ümidi üzməmək
- Yalan danışmamaq
- İbadətdə qətiyyətli olmaq
- İnsanlara xəbərdarlıq etmək

verib özünü unutmamaq «Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər başa düşmürsünüz?» («Bəqərə» surəsi, 44). Quranı yaxşı bilən zəkalı və təcrübəli bir insan başqalarının dinlə bağlı səhv və nöqsanlarını ən kiçik incəliyinə qədər düzəldə, bu məsələdə onlara nəsihət verə, xəbərdarlıq edə bilər. Bu, müsbət bir haldır, lakin bu, insana həmin səhv və günahları özünün də etməsinə haqq qazandıra bilməz. Əksinə, insan başqalarına verdiyi nəsihətdən özü də ibrət almalı və həmin səhvləri etməməyə diqqət yetirməlidir. Yoxsa başqalarına verdiyi nəsihət əcr deyil, axirətdə onun əleyhinə bir dəlil kimi çıxar. Başqasının səhvini üzə çıxara bilən bir insanın eyni səhvi öz nəfsində üzə çıxara bilməməsi kimi bir hal mümkün deyil. Əlbəttə, o, öz səhvlərini və günahlarını da bilir. Bu isə onun qeyri-səmimi olduğunu göstərir. Məsələn, yalançı birinin insanları doğruluğa, riyakar birisinin insanları səmimiyyətə, namaz qılmayan birisinin isə insanları namaz qılmağa çağırması çox böyük qeyri-səmimilik və ikiüzlülükdür. Yuxarıdakı ayənin sonunda belə insanların « məgər başa düşmürsünüz?» sözləri ilə xəbərdar edilmələri də, dediklərinin ən əvvəl özlərinin yerinə yetirmələrinin lazım olduğunu bildirir. Belə ikiüzlü hərəkətlərin əsasını insanlar üzərində mənəvi üstünlük əldə etmək, hörmət edilən, çəkinilən, sözü dinlənilən, sözükeçən bir insan olmaq kimi Qurandan kənar azğın düşüncələr təşkil edir. Əlbəttə, belə davranan insanın əsas məqsədi Allahın hökmlərinin, dinin maraqlarının qorunması, batilin yox olması, möminlərin səhv və günahlarının düzəlməsi deyil. Onun bu xəbərdarlıqları həmin səhvlərin işlənməsi məsələsindəki həssasiyyətindən və Allah qorxusundan irəli gəlsəydi, şübhəsiz ki, eyni səhvləri etməkdən ən çox özü çəkinərdi. Belə insanlar möminlərin səhv və günahlarını özlərinin məqam, vəzifə və etibar qazanmaları üçün böyük bir fürsət sayırlar. Halbuki dini mövzulardan, Quranda bildirilən hökmlərdən bu cür nəfsi hörmət və etibar qazanmaq üçün istifadə etmək həmin insanı axirətdə böyük bir fəlakətə apara bilər. Özündə olan bir səhvi başqa mömin qardaşında da gördüyü zaman mömin insanın edəcəyi ən doğru və səmimi hərəkət ona ən əvvəl eyni səhvin özündə də olduğunu demək, bununla bağlı daim bir-birinə xəbərdarlıq edərək, ortaq səhvlərini düzəltməkdə bir-birini dəstəkləmək və təşviq etməkdir.