Hər bir insanın müxtəlif bacarıq və qabiliyyətlərə fərqli cəhətlərə malikdir. Bundan əlavə, hər bir insanın iman dərəcəsi, Allah qorxusu və təqvası da fərqli olduğu üçün, bunlara bağlı olaraq məsuliyyət hissi, ədalət anlayışı, hadisələrə qiymət vermək qabiliyyəti də fərqlidir. Bu səbəbdən hər bir insanın daşıyacağı məsuliyyətin növü və böyüklüyü də fərqli ola bilər. Bir işi haqqı ilə doğru və ya qüsurlu şəkildə yerinə yetirə biləcək bir insan həmin işin «əhli» hesab edilir. Əmanətin öz sahibinə qaytarılması isə Quranda bildirilən bir əmrdir:
«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidəndir, görəndir!»
Əmanətin öz sahibinə qaytarılması İslamın əsasında dayanan ədalət anlayışının mühüm bir hissəsidir. Əmanətin öz sahibinə verildiyi, hökmlərin ədalətlə verildiyi İslami bir cəmiyyətdə heç bir insan haqsızlığa və zülmə məruz qalmaz. Sistemin bütün sahələri qüsursuz şəkildə fəaliyyət göstərər, maksimum fayda əldə edilər. Halbuki cahil cəmiyyətlərdə vəzifə bölgüsü əsasən həyat yoldaşı, dostluq, qohumluq münasibətlərinə və xətir-hörmətə, qarşılıqlı mənfəətlərə görə tənzimlənir. Bunun nəticəsi olaraq, yüksək vəzifələrə və məqamlara həmin işi bilməyən cahil, ağılsız, qabiliyyətsiz və bacarıqsız insanlar gətirilir. Belə cəmiyyətlərdə ədalətə və dürüstlüyə riayət edilib-edilməməsi əndişəsindən hətta söhbət gedə bilməz. Nəticədə də heç bir işdən lazımi fayda əldə edilə bilməz. Kiçik mənafe qruplarının maraqları cəmiyyətin maraqlarından üstün tutulur və böyük sosial böhranlar baş verir. Quranın əxlaq sistemini mənimsəyən bir cəmiyyətdə isə belə problemlər olmaz. Buna baxmayaraq mömin insan hər bir sahədə ədalətli olmalı, cahiliyyənin meyar olaraq qəbul etdiyi dəyərləri hər hərəkətində, qəbul etdiyi hər qərarında və verdiyi hər hökmündə Qurana tabe olmağa diqqət göstərməlidir. Xüsusən də Allah yolunda fikri mübarizənin aparılması üçün ona tapşırılan vəzifəni uğurla yerinə yetirməyin dinin mənfəətləri baxımından olduqca strateji əhəmiyyəti vardır. Buna görə də hər hansı bir vəzifənin düzgün paylanmaması, bacarmayanlara mühüm işlərin verilməsi ayənin hökmü ilə ziddiyyət təşkil edən bir hərəkətdir. Bu isə İslama və müsəlmanlara zərər gətirir.