Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: Şükür etmək

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

Şükür etmək verilən hər bir nemətə görə dil və qəlblə Allaha olan minnət və təşəkkürünü ifadə etmək, həmin nemətləri Quranda göstərilən şəkildə istifadə edərək haqqını vermək deməkdir. Qəlb və dil ilə yanaşı, şükrün əməldə olması da çox mühümdür. Bu da verilən neməti Allah yolunda, Allah rizasının daha çox gözlənildiyi yöndə dəyərləndirməklə mümkün olur. İnsan malmülk, var-dövlət, zənginlik, mövqe, məqam, vəzifə, etibar, zəka, sağlamlıq, qüvvə kimi nemətlərdən Allah yolunda və Allahın əmr etdiyi şəkildə istifadə etməsə, o, verilən nemətin şükrünü haqqıyla yerinə yetirməmiş olur. Buna görə də şükür etmək Quranın bir çox ayəsində təkrarlanan və möminlərin çox diqqətlə qorumalı olduqları bir ibadətdir. Həmin ayələrdən bəziləri belədir:

«Xeyr, yalnız Allaha ibadət et və şükür edənlərdən ol!»

«Zumər» surəsi, 66

«Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin!»

«Nəhl» surəsi, 114

Mömin şükür etməklə Allahın sevgisini və razılığını qazanır, Ona daha çox yaxınlaşır. Səbəblərə, vasitələrə ilişib qalmır, sahib olduğu hər şeyin yalnız Allahdan gəldiyini bilir və Ona şərik qoşmaqdan uzaqlaşır. Bu şəkildə verilən nemətin maddi zövqündən dəfələrlə artıq olan mənəvi zövqü alır. Verilən bu nemətlər vəsiləsi ilə Allahı vəsf edib ucaldır. Bu dünyada verilən bütün nemətlər şükrü və ya nankorluğu ortaya çıxarmaq üçün yaradılmış bir imtahan vasitəsidir. Bu mühüm həqiqət Süleymanın dilindən Quranda belə bildirilir:

«Kitabdan bir qədər xəbəri olan birisi dedi: «Mən onu sənə bir göz qırpımında gətirərəm!» Süleyman onu yanında hazır durmuş görüncə dedi: «Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, yalnız özü üçün şükür edər; kim nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, O, kərəm sahibidir!»«

«Nəml» surəsi, 40

Süleymanın Quranda keçən ifadələrindən bizə o da məlum olur ki, şükür etmək Allahın çox böyük bir nemətidir və insan yalnız Allahın lütfü və diləməsilə şükür edə bilər. Süleymanın şükür etməklə bağlı özündə çox böyük bir batini, sirri ehtiva edən duası ayədə belə bildirilir:

«(Süleyman) bu sözündən gülümsəyib dedi: «Ey Rəbbim! Mənə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver! Və məni Öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et!»«

«Nəml» surəsi, 19

İman və bütün saleh əməllər üçün olduğu kimi şükür etməyin də Allahın ilhamı ilə olduğu ayədə açıq bildirilmişdir. Vicdanı olan bir insan ətrafına baxdığı zaman hər tərəfdən Allahın nemətləri ilə əhatə edildiyini, bu nemətlərə hər hansı bir qüvvənin köməyi ilə deyil, yalnız Allahın diləməsi ilə qovuşa biləcəyini dərk edir. İnsanın özünə aid hesab etdiyi bədəni, ağlı və zəkası, hissləri, sağlamlığı və qüvvəti də həmin nemətlərin yalnız bir hissəsidir. Bu səbəbdən şükür etmək yalnız müəyyən zamanlarda böyük bir qazanc və ya fayda əldə edildikdə, gözəl yemək yeyildikdə və ya təhlükə və fəlakətdən sağ-salamat xilas olduqda dilucu «Əlhəmdülillah, Allaha çox şükür» demək deyil. Şükür hər zaman bütün qəlblə yaşanacaq ruh halıdır. Çünki Allahın nemətlərini saymaqla, ayənin ifadəsi ilə desək, hətta ümumiləşdirmə aparmaqla belə bitirmək mümkün deyil:

«Əgər Allahın nemətlərini sayacaq olsanız, onu ümumiləşdirmə apararaq da sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!»

«Nəhl» surəsi, 18

Allahın nemətlərinə şükür etməmək və ya az şükür etmək nankorluqdur. Bu isə şeytanın insanlara qarşı qurduğu çox böyük bir tələ və hiylədir. Şeytan həmişə insanları şükür etməkdən uzaqlaşdırmaq istəyir. Ayələrdə bu azdırma şeytanın dilindən belə bildirilir:

«Dedi: «Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra Onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!»«

«Əraf» surəsi, 16-17

Məlum olduğu kimi, şeytanın yalnız bir məqsədi var: insanların şükür etmələrinə mane olmaq. Şeytan bu məsələdə əksər insanları öz təsiri altına almışdır:

«...Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz!»

«Yunus» surəsi, 60

Şeytanın insanlara xüsusən də şükür etməklə bağlı yaxınlaşacağını ifadə etməsi həmin ibadətin çox vacib və mühüm olduğunu göstərir. Şübhəsiz ki, bu qədər mühüm bir ibadətdən imtina edərək nankorluq etməyin Allah dərgahındakı əvəzi də buna uyğun olacaq:

«Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: «Əgər şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, unutmayın ki, Mənim əzabım, həqiqətən, şiddətlidir!»«

«İbrahim» surəsi, 7