Qulaqardına vurulan Quran hökmləri: Quran oxunanda susaraq onu dinləmək
Mündəricat
- Giriş
- Allahı xatırlamaqda
- Elçiyə qəlbən hörmət bəsləmək
- Elçinin önünə keçməmək
- Elçinin yanında səsi qaldırmaq
- Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
- Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
- Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
- Üzrsüz əyləşməmək
- Etməyəcəyi şeyi deməmək
- İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
- Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
- Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
- Qəzəbi boğmaq
- Bir işi bitirdikdən sonra başqa işə başlamaq
- Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
- Fasiqin xəbərinə əsasən hərəkət etməmək
- Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
- Məzəmmət edən adamın tənəsindən qorxmamaq
- Nəfsi təmizə çıxarmamaq
- Sevilən şeyləri Allah yolunda sərf etmək
- Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
- İsraf etməmək
- Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
- Boş danışmamaq
- Boş və lüzumsuz şeylərdən üz çevirmək
- Namazda huşuda olmaq
- Quran oxunanda susaraq onu dinləmək
- Quran oxuyarkən şeytandan Allaha sığınmaq
- Xəsislik və həsəd hisslərindən uzaq olmaq
- Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
- Evə daxil olanda salam vermək
- Özgə evlərə icazəsiz daxil olmamaq
- Şükür etmək
- Allahdan bağışlanma diləmək
- Əmanətə və əhdlərə xəyanət etməmək
- Əmanəti öz sahibinə qaytarmaq
- İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
- Başqalarına nəsihət
- Verilən borcu yazmaq
- Allah və din əleyhinə danışılan yeri tərk etmək
- Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
- Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
- Müsəlmanları müjdələmək
- Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
- Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
- Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
- İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
- Bir şeyi unudan zaman Allahı zikr etmək
- Allahın rəhmindən ümidi üzməmək
- Yalan danışmamaq
- İbadətdə qətiyyətli olmaq
- İnsanlara xəbərdarlıq etmək

«Quran oxunan zaman onu dinləyin və susun ki, sizə rəhm olunsun!»
Ayədə qəti şəkildə ifadə edildiyi kimi, Quran oxunarkən susaraq onu dinləmək yalnız gözəl bir davranış forması deyil, eyni zamanda Allahın fərz qıldığı əməldir. Ayənin ardında da ifadə edildiyi kimi, bu əmrə göstərilən diqqət möminlərə rəhm olunmasına səbəb ola bilər. Quran Allahın sözüdür. Buna görə də Allaha göstərilməli olan haşyət, yəni qorxu dolu hörmət Allahın sözünə qarşı da göstərilməlidir. Bu hörmətin ilk mərhələsi isə Allahın sözünü eşitdiyi zaman susub, o sözə qulaq asmaqdır. Quran istər ərəb, istərsə də türk dilində və ya başqa dillərdə oxunduğu zaman ona həmin hörmətin göstərilməsi əsas şərtdir. Hər insanın fərqli işlərlə məşğul olduğu və heç kimin dinləmədiyi bir şəraitdə xəbər vermədən Allahın ayələrini oxumaq, insanların istəmədən bu ayənin hökmünə tabe olmalarına səbəb ola bilər. Buna görə də lazım olan şəraiti yaratmadan, Allah kəlamını oxumaq məqbul davranış deyil. Hər insan bir işlə məşğul olduğu və heç kimin dinləmədiyi halda, Quranın kaset və ya radiodan oxudulması bəzi cahil dairələrin nəzərində mühüm bir ibadət və təqva əlaməti sayılır. Halbuki Quran hörmətlə, hər bir kəlməsi qəlbən diqqətlə dinləniləcək, yadda saxlanılacaq, üzərində düşünülüb nəsihət alınacaq və yerinə yetiriləcək «üstün və şərəfli» sözdür.