Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: Boş danışmamaq

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

Boş danışıq Allahın xatırlanmadığı, Allah rizasının nəzərə alınmadığı, insanın axirəti üçün heç bir faydası olmayan danışıqlardır. Cahil insan vaxtının böyük bir hissəsini heç bir faydası olmayan və ruha da əziyyət verən boş danışıqlara sərf edir. Bir yerə toplandıqda boş danışıqlarla insanların vaxtını almaq şeytanın ən böyük hiylələrindən biridir. Bu yolla şeytan insanları Allahı xatırlamaqdan uzaqlaşdırmaq, onların Allahın varlığının dəlilləri olan saysız-hesabsız ayə və möcüzələri görmələrinə, yaradılışlarının məqsədini düşünmələrinə mane olmaq və axirət üçün istifadə edəcəkləri qiymətli vaxtlarını boş yerə sərf etdirmək istəyir. Şeytan insanların sosial təbəqələrinə, mədəniyyət və zəka səviyyələrinə əsaslanaraq, onların nəfs və həvəslərinə ən çox uyğun olan mövzuları təlqin edir və daim boş danışıqlara sövq edir. Məsələn, olduqca aşağı mədəni səviyyəyə malik olan insanlar arasında daha çox onların öz sözləri ilə desək, «yarış sevgisi», «cavanlıq sevgisi», «uşaq, yemək ve ev sevgisi» adlandırılan mövzuları önə çəkir. İş dünyasını əhatə edən hər növ ticari və iqtisadi, birja, sələm, faiz kimi digər mövzular insanların bütün gündəlik həyatlarında onların vaxtını alan məsələlərdir. Özünü ziyalı, intellektual, mədəni göstərmək istəyən bir qrup insan da öz aralarında müxtəlif siyasi, sosial mövzularda, bu günə qədər heç bir konkret faydası olmayan müzakirə və danışıqlarda vaxtlarını boş yerə sərf edir, bununla da çox mühüm məsələləri həll etdiklərini zənn edirlər. Çox vaxt televiziyadakı dəyirmi masalarda heç bir nəticə əldə edə bilməyəcəklərini və bunların mənasız olduğunu bildikləri halda, saatlarla yalnız özlərini nümayiş etdirmək, özlərini cəmiyyətə və ətrafındakılara düşünən, problemləri həll edən insanlar kimi göstərmək məqsədilə müzakirələr aparırlar. Yüksəlməyə, irəli keçməyə çalışaraq müxtəlif məqsədlərinə çatmağa can atırlar. Din mövzusu ilə bağlı müzakirələri zamanı bəziləri həmin boş və məqsədsiz danışıq mühitini dinə qarşı təzyiq etmək, kin və nifrətlərini bildirmək üçün fürsət sayırlar. Allah Öz ayələrində bu davranışlardan belə bəhs edir:

«İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir»

«Loğman» surəsi, 6

Boş danışıq inkarçıları fərqləndirən xüsusiyyət olduğu kimi, boş danışıqlara məhəl qoymamaq, bundan narahat olmamaq da möminlərə xas olan xüsusiyyətdir:

«O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları zaman onlardan üz çevirib vüqarla keçər»

«Furqan» surəsi, 72

«Onlar boş bir söz eşitdikləri zaman ondan üz çevirib:

«Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!» - deyirlər»

«Qəsəs» surəsi, 55

Şeytan hər bir azğın mövzuda olduğu kimi, Qurandan kənar cahil vərdişləri də məqbul örtüklər altında möminlərin həyatına daxil etməyə çalışacaq, möminlərin boş olduqları vaxtın gəlməsini gözləyəcək. Buna görə də mömin hər zaman ayıq-sayıq olmalı, belə vəziyyətlə qarşılaşdığı zaman aldanmamalı dərhal Allahın xatırlandığı şəraiti təmin etməlidir. Mömin inkarçıların cəhalət, ağılsızlıq, boş danışıq kimi kiçik və bəsit olmağın göstəricisi olan vərdişlərini və əxlaq xüsusiyyətlərini heç bir zaman özünə yaraşdırmamalıdır. Cənnətdə möminin ruhunu sıxıb narahat edən hər bir əziyyət kimi boş danışığın da olmaması çox böyük bir nemətdir:

«Rəhmanın Öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir. Onlar orada boş (lağlağı) söhbətlər deyil, ancaq:

«Salam!» eşidərlər. Ruziləri də səhər-axşam oradadır»

«Məryəm» surəsi, 61-62