Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: Nəfsi təmizə çıxarmamaq

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

Səhvsiz olmaq ilahi bir xüsusiyyətdir və yalnız Allaha məxsusdur. Quranda hətta ən yüksək imana və əxlaqa sahib olan peyğəmbərlərin müxtəlif səhvlərindən bəhs edilir. Möminlərin də belə səhvlərdən və günahlardan çəkinməsi məsləhət görülür. Quranın bir çox yerində peyğəmbərlərə və bütün möminlərə Allahdan bağışlanma diləmələri əmr edilir. Həmçinin Quranda iman gətirənlərin bilərəkdən və ya bilmədən günah edə biləcəkləri də bildirilir. Belə bir hal hətta insanın Allah qarşısındakı acizliyinin, hər bir mövzuda, o cümlədən günah sahibi olmamaq, Allahın əmr və qadağalarını yerinə yetirmək kimi mövzularda da Allaha möhtac olduğunun bir göstəricisidir. Möminin vəzifəsi isə həmin səhv və günahını müəyyən etdiyi zaman peşman olub bundan çəkinmək, tövbə və istiğfar (Allahdan bağışlanma) edərək, eyni günahı yenidən etməməyə diqqət yetirməkdir. Yoxsa özünü səhvsiz, günahsız göstərmək, təmizə çıxarmaq deyil... Çünki belə bir davranış Allahın sevmədiyi davranışdır:

«Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da, sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!»

«Nəcm» surəsi, 32

Özünü təmizə çıxarmağa çalışmaq cəhdinin səbəbi insanın başqa insanlar arasında özünü səhvsiz və qüsursuz göstərərək ucaltmaq istəməsidir. Halbuki bunu edən bir insan nəinki yüksək yer əldə edir, hətta tam əksinə, Allahın dərgahında və möminlərin nəzərində alçalır, açıq-aşkar olmasa da, müəyyən bir mənada tanrılıq iddiasında olduğu üçün əsl möminlərin qəlbinə sıxıntı verir və onları narahat edir. O, möminləri aldadıb onların gözündə qiymət və üstünlük qazandığını güman etdiyi halda, aciz və idarəedilən bir varlıq olduğunu dərk edə bilmir. Bir müddət sonra özü də həqiqətən qüsursuz olduğuna inanır və gündən-günə onu daha da alçaldan davranışlara təhrik edir. Özünü təmizə çıxaran insan özünü günahsız gördüyü üçün Allahdan bağışlanma diləməyə, Allaha yalvarıb Ondan əfv diləməyə lüzum görmür. Öyünən, təkəbbürdən əziyyət çəkən bir insan olur. Özü özünə quyu qazır. Səmimi bir mömin isə öz acizliyini, qüsurunu bildiyi üçün daim Allahdan bağışlanma diləyir, Allahın rəhmətini və rizasını qazanmağı umur. Bu halda Allah da onun qüsurlarını örtür, günahlarını bağışlayır, onu həqiqi mənada təmizləyir, üstün bir mövqeyə gətirir:

«Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr. Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!»

«Nisa» surəsi, 49