Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

Möminin bütün dəyər ölçüləri Qurana əsaslanır. Sevgi də bunlardan biridir. Mömin yalnız Allahı və Allahın sevdiklərini sevir. Allahın və möminlərin düşmənlərinə qarşı isə böyük bir kin və nifrət hissi bəsləyir. Bu, Allahın Quranda müəyyən etdiyi açıq və qəti hökm olmaqla bərabər əlbəttə ki, səmimi mömin imanının səmimi nəticəsi olaraq başqa cür hərəkət etməz. Bu, möminin duyduğu səmimi imandan irəli gələn hərəkətdir və o bunu sidq-ürəklə edir. İmanının dərəcəsi artdıqca, onun Allaha və möminlərə duyduğu sevgi hissi də artır. Buna görə də bir möminin hətta ən yaxın adamları üçün bu ölçüdən kənar anlayışa malik olması mümkün deyildir. Ayədə bu hal belə izah edilir:

«Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir...»

«Mücadələ» surəsi, 22

Lakin hər şeyə rəğmən bəzən Quran hökmləri, ümumiyyətlə, iman və İslamla yenicə tanış olmağa başlayan insanlarda keçmişdə yaşadıqları yanlış sevgi və dostluq anlayışlarının davam etməsi meyli ola bilər. Əsasən bilik çatışmazlığından və imanla bağlı baxışların hələ tam olaraq qəlbə həkk edilməməsi səbəbindən irəli gələn bu hərəkətin nə qədər yanlış olduğu Quranda belə bildirilir:

«Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi də yurdlarınızdan çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda səy göstərmək üçün çıxmısınızsa, Mənim düşmənlərimi dost tutmayın. Siz onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yoldan azmışdır!»

«Mümtəhinə» surəsi, 1

Ayədəki bu açıq və qəti xəbərdarlıqdan sonra hələ də əvvəlki sevgi anlayışını davam etdirən, Qurana uyğun xarakteri mənimsəməyən bir insanın yarı yolda qalacağı bildirilir. Əgər bu insan azğın ruh halını gizlədib müəyyən maraqları naminə möminlərin arasında özünü təmizə çıxarmağa çalışsa belə, Allah bunu gec-tez ifşa edəcəkdir. Bir ayədə belə bildirilir:

«Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdən səy göstərənləri, Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!»

«Tövbə» surəsi, 16