Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: Əmin-amanlıq və qorxu xəbərini yaymamaq

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

Quran əxlaqına əməl olunan bir cəmiyyətdə müsəlmanların zərər və ya mənfəətləri ilə birbaşa və ya dolayısı ilə əlaqədar olan hər bir xəbər və məlumatın həmin xəbərdən ən doğru nəticəni çıxaracaq səlahiyyətli və məsul insanlara çatdırılması Allahın qəti əmridir. Quranda belə xəbərlər «əmin-amanlıq və ya qorxu xəbəri» kimi göstərilir. Ayədə belə buyrulur:

«Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər bunu Peyğəmbərə və ya özlərindən olan əmr sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslər bilərdilər. Əgər Allahın lütfü üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, şeytana uyardınız»

«Nisa» surəsi, 83

Ayədə qınanan xəbərin insanlar arasında yayılmasının bir çox mənfi cəhətləri var. Birincisi, həmin xəbər lazım olan əsas yerlərə çatmayacaq və ya təhrif olunaraq çox fərqli şəkildə çatacaq. Buna görə də təcili qərarın qəbul edilməsini tələb edən məsələlərlə bağlı tədbirlərin görülməsi yubadılaraq, vaxtında lazımi tədbirlər görülməyəcəkdir. Bu da nəticə etibarilə İslamın və ya müsəlmanların bəzi maraqlarının ziyana uğramasına gətirib çıxaracaqdır. İkincisi isə bəlkə də İslamın faydası baxımından gizli qalmalı, yayılmamalı olan bir xəbərin yayılması dini inkar edən müşrik, münafiq kimi İslam əxlaqına qarşı mübarizə aparanların bundan xəbərdar olmalarına, bu xəbərdən müsəlmanların əleyhinə istifadə etmələrinə səbəb olacaq. Və ya ən azı bu xəbərə əsaslanan gizli bir tədbirin görülməsi mümkünsüz olacaqdır. Buna görə də bu qəbildən olan xəbərlər onu ən doğru və ən gözəl şəkildə şərh edəcək, onunla bağlı ən doğru qiymətləndirmələr aparacaq və ən düzgün qərar qəbul edib lazımi tədbirləri görəcək səlahiyyətli və məsul insanlara tezliklə çatdırılmalıdır. Bir mömin, yaşadığı şəraitdə üzləşdiyi qorxu və əmin-amanlıq xəbərlərini olduqca həssas bir şəkildə ayırd etməsi və vaxt itirmədən lazımi yerlərə çatdırması üçün ağıl və sayıqlığa malik olması vacib şərtdir. Belə bir anlayışa malik olan möminlərin sayının artması isə Quran əxlaqının yayılmasına əhəmiyyətli dərəcədə təsir edə bilər.