Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: Qəzəbi boğmaq

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

Quranda möminin öz hirsini cilovlaması əsəbin səbəb ola biləcəyi müxtəlif xəta və zərərlərdən qorunmaq baxımından ideal bir davranış kimi göstərilir:

«Onlar bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər»

«Ali-İmran» surəsi, 134

Bəzən insanın əsəbiləşməsi yaradılışdan gələn bir davranış olsa da, ayədə möminin həmin davranışı davam etdirməməsinin, onu cilovlamasının vacib olduğu göstərilir. Çünki qəzəb insanın əqli funksiyalarını pərdələyən, onun hadisələri sağlam şəkildə qiymətləndirib doğru qərar qəbul etməsinə mane olan amildir. Belə olan halda da insanın Allahın hökmlərinə lazımi şəkildə əməl etməsi də təhlükə qarşısında qalır. Həqiqətdən və ədalətdən uzaqlaşma Quranda qəzəbin səbəb olduğu zərərlərindən biri kimi göstərilir. Çünki qəzəbin ağılı pərdələməsi nəticəsində edilən dəyərləndirmələr və verilən qərarlar emosional olur ki, bu da Qurana uyğun olan ədalətli nəticəni vermir. İnsanlara, xüsusən də möminlərə qarşı bəzi şəxsi məsələlərə görə duyulan qəzəb dərhal aradan qaldırılmalı, şəfqət və mərhəmət hissi əsas götürülməlidir. Qəzəblənən əsəbi insan haqsızdırsa (onun əsəbiləşməyə onsuz da heç bir haqqı yoxdur), özünün haqsız olduğunu qəbul edib səhvini düzəltməlidir. Əgər haqlıdırsa, yenə də hirsini cilovlamalı və ayənin bildirdiyi kimi, qarşı tərəfi bağışlamalıdır. Bura qədər bəhs etdiklərimiz gündəlik həyatda möminlərin başına gələ biləcək hallardandır. Bunlardan başqa, arada heç bir şey olmadığı halda yerli-yersiz əsəbiləşib qəzəblənən insanlar da vardır ki, onlar təvəkkül, insanların və hadisələrin tamamilə Allahın nəzarətində olması kimi əsas məsələləri lazımi qədər dərk edə bilməmişlər. İmanın zəifliyindən irəli gələn bu qüsurlar onların ruhunda əsəbilik kimi əks olunmuşdur. Onlar daim əsəbi vəziyyətdə olduqlarına görə hirslərini cilovlamaqda acizdirlər. Buna görə də onlar özlərinin hər şeydən öncə imani baxımdan olan problemlərini həll etməlidirlər. Həmçinin burada mömin insanın İslam dininə duyduğu sevgisindən irəli gələn əsəbiliyini də başqaları ilə qarışdırmamaq lazımdır. Möminlərə qarşı bir haqsızlıq və zülm ediləndə, Allaha, dinə, müsəlmanlara qarşı hər hansı bir həqarət və ya hücum olanda, möminin bunlara qəzəblənməsi onun imanından irəli gələn haqlı və doğru bir davranışdır. Bu qəzəb möminlərin mübarizə şövqünü artıran, onların mübarizəsini stimullaşdıran rəhmani bir duyğudur.