Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

Müsəlmanların Allaha və Onun dininə olan bağlılıqları heç bir şərtə söykənmədən tam bir səmimiyyətə bağlıdır. Bu səbəbdən də müsəlmanın din əxlaqına uyğun yaşamaqdakı şövqü, əhval-ruhiyyəsi, gücü, qətiyyəti şəraitin dəyişməsindən asılı deyildir. Bu, çox mühüm Quran əxlaqıdır. Bu mövzunu izah edərkən Quranda müsəlmanın iki əsas xüsusiyyətinə diqqət yetirilməlidir. Birincisi, müsəlman üzləşdiyi istənilən çətin şəraitdə sarsılmamalı və problemlərə görə əhval-ruhiyyəsini pozmamalıdır. İkincisi isə müsəlmanın sahib olduğu imkanlara görə lovğalığa və təkəbbürə qapılmaması ilə bağlıdır. Allah müsəlmanların bu xüsusiyyətini bir ayədə belə bildirir:

«Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!»

«Hədid» surəsi, 23

İnsan öz həyatında nələrlə qarşılaşacağını əsla bilməz. İnsan bəzən ən gənc yaşında heç gözləmədiyi xəstəliyə tutula bilər və ya bir qəza nəticəsində ömrünü yataq xəstəsi kimi başa vura bilər. Bütün mülkünü itirə və ya qarşılaşdığı hadisələr heç ehtimal etmədiyi şəkildə baş verə bilər. Belə bir vəziyyətdə Allaha imanı zəif olan insanlar ümidsizliyə qapılır və düşdükləri bu vəziyyətlərə görə üsyan edirlər. Allahın onlara verdiyi bütün nemətləri bir anda unudur və Allaha olan sevgi və etibarlarını bir anda itirə bilirlər. Əsl müsəlmanların fərqi məhz bu yerdə ortaya çıxır. Çünki müsəlmanlar Allaha qeyd-şərtsiz iman gətirirlər. Onların Allaha olan sevgi və etibarları başlarına gələn hadisələrə görə dəyişmir. Allahın hər şeydə bir gözəllik və xeyir yaratdığını bilir və başlarına gələn, gözlənilməz hadisələr qarşısında yalnız səbir edərək təvəkkül edirlər. Onların Allahın ağlına, mərhəmətinə, ədalətinə etibarları tam və qətidir. Bu səbəbdən də nəyi itirmələrindən asılı olmayaraq, bunu bir itki saymaz və buna görə məyus olmazlar. Bundan əlavə, Quranda həqiqi müsəlmanların olduqca dinamik və bəzən də çətinliklərlə dolu olan həyat keçirdikləri bildirilir. Haqqı təbliğ və müdafiə edən hər bir müsəlman, təbii ki, haqqın ortaya çıxmasından narahat olan insanların əngəl və təzyiqləri ilə qarşılaşacaq. Müsəlmanların insanları dəvət etdiyi gözəl əxlaqı öz mənfəətlərinə uyğun görməyən və din əxlaqının yaşanmasını istəməyən insanlar, əlbəttə ki, olacaqdır. Məhz bu insanlar bəzən sözlə, bəzən də əməli surətdə müsəlmanların dini əxlaqa əməl etmələrinə və insanları Quran əxlaqına dəvət etmələrinə mane olacaqlar. Bu maneələr əsnasında müsəlmanlar bəzən maddi itkiyə uğraya bilər, bəzən həyatları təhlükə ilə üzləşə bilər və ya yaşadıqları yerləri tərk etmək məcburiyyətində qala bilərlər. Lakin itki kimi görünən bütün bu hadisələr müsəlmanlara axirətdə böyük mülk, gözəllik, əzəmət və təmtəraq kimi geri qayıdacaq. Buna görə də müsəlmanlar başlarına gələn hər bir hadisəni sevinc və şövqlə qarşılayırlar. İnsanların həyatında gözlənilməz itkilər ola biləcəyi kimi, gözlənilməz böyük qazanclar da ola bilər. Allah dilədiyi insana Öz mülkünün qapılarını tam şəkildə aça bilər, ona uğur, hakimiyyət, vəzifə, qabiliyyət verə bilər. Belə bir vəziyyətdə Allah müsəlmanların sevinərək lovğalıq etməmələrinin vacibliyini bildirmişdir. Çünki insan mal-mülkdə, vəzifədə və ya hər hansı bir qazancda yalnız əmanət sahibidir. Belə ki, insana verilən hər şeyin əsas və yeganə sahibi Allahdır. Buna görə də insan özünə aid olan hər hansı bir xüsusiyyətə görə deyil, Allahın lütfünə və diləməsinə görə rahatlıq və qazanca malikdir. Belə ki, bunu bilən müsəlmanlar çox böyük nemətlərə və var-dövlətə malik olmalarına baxmayaraq, aciz olduqlarını əsla unutmaz, təkəbbürlük göstərməz və böyüklük iddiasında olmazlar. Sadəcə Allaha şükür edər və onlara verilən nemətlərin haqqını verməyə çalışarlar.