Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

«Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular. De: «Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!» («Cümə» surəsi, 11). Bu ayədə dinlə öz dünyəvi mənfəətləri arasında seçim aparan insanlardan bəhs edilir. Əsasən cahil cəmiyyətlərin din əxlaqına uyğun şəkildə yaşamaqdan yayınmasının bir neçə ortaq səbəbləri var. Ayədə bu səbəblərdən iki ən önəmlisinə - ticarət və əyləncəyə diqqət çəkilir. Ticarətə diqqət çəkilməsinin səbəbi maddi mənfəət məsələsinin insanların ən zəif cəhətlərindən biri olmasıdır. Belə ki, çox vaxt insanların bir qismi öz maddi mənfəətləri naminə dinin bir çox hökmlərinə məhəl vermirlər. Bu, özünü bəzən namaz kimi zahiri ibadətdə, bəzən əxlaqi davranışlarda, bəzən də dinin başqa bir hökmündə göstərir. İnsanların var-dövlətin artırılması ilə bağlı belə bir həris davranış nümayiş etdirməsinin səbəbi maddi zənginliyin bütün mövcud problemləri həll edəcək sehirli qüvvəyə malik olması inancıdır. İnsanlar əldə edə bilmədikləri və həsrətini çəkdikləri hər bir imkana bu zənginlik sayəsində qovuşa biləcəklərinə inanırlar. Bunların arasında səadət, daxili rahatlıq, əminlik, hətta ölümsüzlük vardır. Belə adamlar elə zənn edirlər ki, zənginlik onların hətta ölümlərini də gecikdirəcək və onları dünyada əbədi edəcəkdir. Bu səbəbdən də cahiliyyə dövründə yaşayan insanlar özlərinin bütün vaxt və imkanlarını səfərbər edərək, böyük ehtiras və həvəslə ticarətə qurşanırlar. Lakin onlar heç bir zaman həmin məqsədlərinə zənginliklə çata bilməzlər. Belə ki, bu günə qədər heç bir insanın mal-mülkü onun ölümünün və ya qocalmasının qarşısını ala bilməyib. Çünki bir insana fayda və ya xeyir vermə gücünə malik olan yeganə qüvvə mülkün həqiqi sahibi olan Allahdır. Bundan əlavə, zənginliklə əldə edilməsi arzulanan daxili rahatlığın, təhlükəsizliyin və xoşbəxtliyin yeganə şərti vicdanlı həyat sürməkdir. Vicdana uyğun olan yeganə həyat tərzi isə Quranda göstərilən modeldir. Ayədə dinin hökmlərinə etinasız yanaşmanın səbəbi kimi diqqət çəkilən ikinci məqam isə əyləncədir. Əylənmək də insanlar üçün böyük bir ehtirasdır. Əyləncənin bu qədər böyük bir ehtiras olmasının səbəbi də insanların buna qurtuluş və bəzi həqiqətlərdən xilas olmaq vasitəsi kimi baxmalarıdır. Bu adamlar vicdan əzabının onların ruhuna verdiyi sıxıntı və əzabı ölkə-ölkə gəzərək və ya çoxlu insanlarla tanış olaraq öz üzərlərindən ata biləcəklərinə inanırlar. Halbuki insanların dini hökmlərə etinasız yanaşaraq ticarət və əyləncə ilə çatmaq istədikləri hədəflər yalnız din əxlaqına uyğun şəkildə yaşayacaqları zaman əldə edə biləcəkləri hədəflərdir:

«O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar»

«Rəd» surəsi, 28

Eyni zamanda ayədə xatırladılan çox mühüm bir mövzu da vardır:

Allahın dərgahında əldə edilən hər şey əyləncə və ticarətdən daha xeyirlidir. Dünyanın ən gözəl evləri, avtomobilləri, mənzərələri, geyimləri, sənət əsərləri və ya ləl-cəvahiratları cənnətdə olan zənginliklə müqayisədə olduqca qiymətsiz və bəsitdir. Dünyanın əyləncəsi isə hər zaman az, yarımçıq və qüsurludur. Əyləncənin, coşqunun və səadətin həqiqi yeri isə Allahın ziyafət yeri kimi tərif etdiyi cənnətdir. Bu səbəbdən də müsəlmanlar dinin hər hansı bir hökmünü ticarət və əyləncəyə görə heç vaxt qulaqardına vurmaz və onları təxirə salmazlar. Allah möminlərin bu xüsusiyyətlərini Quranda belə bildirir:

«O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar»

«Nur» surəsi, 37