Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

Mömin insan Allahın və Onun elçisinin əmrlərini qəlbən və boyun əyərək yerinə yetirir, onun sözlərinə itaət edərkən qəlbində ən kiçik bir sıxıntı və şübhə hissi keçirməz. Mömin insan Allahın və Onun elçisinin hökm etdiyi hər şeyin ən doğru, ən yaxşı və ən xeyirli olduğunu bilir. Bəzən şeytan elçinin dediyindən fərqli işlər yerinə yetirməsini əmr etsə də, mömin ən xeyirli yolun öz elçisinin əmr etdiyi yol olduğunu bilərək hərəkət edir. Bu qəlbdən gələn səmimi münasibət isə möminin imanından qaynaqlanır. Əks halda, yəni zahirən itaət edib qəlbən tam səmimiyyətin olmaması isə ayələrdə bildirildiyinə görə, həmin insanın əslində iman gətirmədiyinin sübutudur:

«Xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar»

«Nisa» surəsi, 65

Bir insan İslamın və möminlərin gücündən çəkindiyi üçün zahirən itaətli davrana və deyilənləri qüsursuz olaraq yerinə yetirə bilər. Lakin həmin insanın qəlbi tam mənası ilə itaət etmədikcə, o, həqiqətən iman gətirmiş sayılmaz. Çünki belə bir davranış o insanın qəlbində hələ də Allah və elçisi haqqında bəzi şəkk-şübhənin olduğunu göstərir. Qəlbən, yaxud başqa sözlə, «batini» bir itaətə malik olmaması, yalnız fiziki itaət göstərməsi həmin insanın gördüyü işlərin də boşa getməsinə səbəb ola bilər. O, zahirən itaət etmiş kimi görünsə də axirətdə bunların əvəzini almaya bilər. Buna görə də mömin, öz dünyəvi mənfəətlərinə zidd olsa belə, Allahın elçisindən gələn hökmü qəlbdən gələn nəşə və sevinclə qarşılamalı, imanının və təslimiyyətinin ləzzətini sidqi-ürəklə hiss etməlidir. Haqq olan bir şeyin qarşısında sıxıntı çəkmək, şübhə və tərəddüd hissləri keçirmək imana zidd olan davranışdır.