Allah bütün insanlara elçilər ilə münasibətdə onlara maddi-mənəvi sıxıntı və əziyyət verə biləcək davranışları qadağan edib. Qəsdən olmasa da, başqa möminlər arasında təbii hesab edilən davranışları elçinin hüzurunda etmək bəzən əziyyət verən düşüncəsiz hərəkət ola bilər. Ayədə bildirilən çağırılmadan və ya xəbərsiz şəkildə elçini ziyarət etmək, təklif edilmədiyi halda orada olarkən yemək vaxtını gözləmək, yeməkdən sonra uzun söhbətə başlamaq kimi düşüncəsiz hərəkətlər də Allahın Quranda qadağan etdiyi davranışlardır:
«Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və yedikdən sonra söhbətə qapılmayıb dağılın. Bu, Peyğəmbərə əziyyət verir, amma o sizdən utanırdı. Lakin Allah doğru sözdən çəkinməz...»
Bir mömin bu kimi mövzularda elçiyə nəinki əziyyət verməməli və ona yük olmamalı, hətta hər zaman ona əlindən gələn dəstəyi və köməyi göstərməli, onun yükünü azaltmalıdır. Bu, möminin Quranda göstərilən ən mühüm vəzifələrindəndir.
Müsəlman olmağı və ya yerinə yetirilən xidmətləri ilə elçiyə minnət qoymaq Allah bir çox insanları dinin mənafeyi baxımından xidmətlərlə və başqa işlərlə vəzifələndirə bilər. Lakin həmin adamlar mömin də ola bilər, dini inkar edənlər də. Belə ki, şeytanların Süleymana xidmətçi olaraq təyin edilməsi Quranda bildirilən açıq həqiqətdir. İstər möminin, istərsə də dini inkar edən insanların hər biri hər hansı bir işin yerinə yetirilməsində bir vasitədir. Yeganə güc və iradə sahibi yalnız Allahdır. Allah da İslam dinini dünyada bir sıra sınaqlardan keçirməklə qüvvətləndirəcək və hakim qılacaq. Allah Öz ayələrində bütün bu həqiqətlərdən xəbərsiz olub müsəlman olduqlarına görə özlərini qiymətli bir varlıq kimi görənlərdən, müsəlman olmalarını İslam dini və elçi üçün böyük bir qazanc, Allahın bir lütfü kimi göstərənlərdən bəhs edir:
«Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: «Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər doğru deyirsinizsə, bilin ki, sizi imana müvəffəq etməklə əslində Allah sizin boynunuza minnət qoymuş olur!»«
Ayədə də qeyd edildiyi kimi, əslində bu məsələ insanların düşündüklərinin tam əksinədir: İslama daxil olan bir insan İslamı şərəfləndirməz, əksinə, İslam ona şərəf verər. Allah Quranın müxtəlif ayələrində İslama xidmət edən insanları Onun qəbul etdiyi əxlaqı yaşamağa çalışmayacaqları təqdirdə, onları daha xeyirli insanlarla dəyişdirə biləcəyindən bəhs edir. Bü düşüncəyə malik olan insanlar həmin ayələrin hökmünü pozmaqdan qorxmalı, bu xəbərdarlığı daha çox özlərinə aid etməlidirlər. Səmimi bir iman və niyyətlə, Allah rizasından başqa heç bir şeyi nəzərdə tutmadan İslama xidmət edən insanın əcrini, savabını isə Allah mütləq verəcəkdir.