Elçinin nəfsini öz nəfsindən üstün tutmaq, onu müdafiə edib dəstəkləmək Qurana diqqət yetirəndə Allahın seçdiyi elçilərin digər möminlərə nisbətən xüsusi və fərqli mövqeyə malik olduqlarını görürük. Elçilər Allahın yer üzərindəki xəlifəsi, İslam əxlaqının ən böyük təmsilçisi və möminlərin lideridirlər. Elçilər Allahın Öz qulları arasında ən çox razı olduğu, Ondan ən çox qorxub-çəkinən, Ona itaət etməkdə və təslim olmaqda hamıdan irəlidə gedən, hər bir sahədə möminlərə nümunə olan üstün əxlaqa malik insanlardır. Allah Öz elçilərinə xüsusi əhəmiyyət verir və onları bir çox ayələrlə qoruduğunu bildirir. Allah Öz elçilərinin mövqe və məqamını hər kəsdən üstün tutmuşdur. Bu səbəbdən də elçilər mömin cəmiyyətləri arasında ən əsas və mərkəzi məqama sahibdirlər. Mömin hər zaman və hər bir sahədə elçinin nəfsini öz nəfsindən üstün tutmalıdır. Bu mövzu Quranda belə bildirilir:
«Mədinəlilərə və onların ətrafında olan bədəvilərə Allahın Peyğəmbərindən geri qalmaq, ondan özlərini kənara çəkmək yaraşmaz...»
«Həqiqətən, Biz səni bir şahid, bir müjdəçi və qorxudan bir peyğəmbər olaraq göndərdik ki, Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız və səhər-axşam təqdis edib şəninə təriflər deyəsiniz!»