Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: Allahı xatırlamaqda

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

zəiflik göstərmək «Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir!» («Həşr» surəsi, 19). Bir insanın Allahı xatırlamaqda zəiflik göstərməsi Ona olan yaxınlığını azaldır. Din əxlaqına uyğun yaşamayan insanlar Allahı heç vaxt xatırlamadıqları, hətta günlərlə ağıllarına gətirmədikləri üçün halal-haramı gözləmədən hər cür günah iş tutmağı və Allahın əmrlərinə əməl etməməyi həyat tərzinə çevirirlər. Möminlər isə istər sözləri ilə, istərsə də ağıllarından keçirdikləri düşüncələri ilə bütün həyatları boyunca Allahı xatırlayıb zikr etməlidirlər. İnsanın bəzən unudaraq Allahı ağlından çıxarması hətta iman gətirən bir insanın da bilərəkdən, yaxud bilməyərəkdən müxtəlif xəta və günahlar işləməsinə səbəb ola bilər. Çünki Allahı xatırlamadan ötən müddət ərzində insanın hadisələri doğru şəkildə qavrayıb qiymətləndirməsində, yaxşını pisdən ayırmasında, hərəkət, davranış və danışıqlarında, Quranın hökmlərinə riayət edən düşüncəni rəhbər tutmasında ciddi qüsurlar meydana gələ bilər. Qurandan kənar hər bir davranış pozuntularının səbəbi Allahı xatırlamaq məsələsində yol verilən zəiflikdir. Allahın hökmləri qarşısında həssaslığını itirən insan bəzən elə səhvlər edir ki, sonradan vəziyyət düzələndə həmin səhvləri necə etdiyini heç özü də anlamır. Belə qeyri-adi səhvlər Allahı unutmamağın əhəmiyyətini göstərən xəbərdarlıq və işarələrdir. Unutqanlığın müddəti və dərəcəsi artdıqca, yol verilən səhvlərin sayı və əhatə dairəsi də artır. Allahı xatırlamaqda göstərilən qəflət və zəifliyin böyüklüyü və daimiliyi insanın imanı üçün böyük bir təhlükədir. Halbuki Allahı hər an xatırlamaq, Onun ayələrini düşünərək dərk etmək insanın ağlının və şüurunun daim açıq olmasını təmin edir. Belə olduğu zaman insan Quranın əmr və qadağalarına dəqiqliklə əməl edib onlara tabe olur. Allahı daim xatırlayan bir insan öz acizliyini daha yaxşı dərk edir, heç bir mövzuda yalnız özünə aid bir qüvvə və iradəyə malik olmadığını daha yaxşı anlayır.

Bunun da nəticəsi olaraq, daim Allaha dua edir və istədiyini yalnız Ondan diləyir. İstədiklərini yalnız Allahdan istəyir, hər bir işdə Allahı əsas sayır, özünü tamamilə Allaha təslim edir. İstənilən şərtlər altında özünü müstəqil və sərbəst sayıb lovğalanmır. Beləliklə də inanan insanların bütün hərəkətləri, davranışları, danışıqları Allahın himayəsi və nəzarəti altında olur. Nəticədə, Allah ona hər an necə, nə şəkildə davranmağın vacibliyini, ən doğru hərəkəti, ən gözəl sözü ilham edir. Ona «insanlar arasında getməyi üçün nur bəxş edir» («Hədid» surəsi, 28). Gözəl əxlaqa qovuşmasını təmin edir. Bunun əksinə olaraq, insan Allahı xatırlamaqdan uzaqlaşdıqca, tək-tənha və köməksiz qalır, doğru düşünmək, doğru qərar qəbul etmək qabiliyyətini itirir. Gördüyü işlər uğursuz olur və tərs gətirir. Çünki heç bir kəs Allahın yardımı və dəstəyi olmadan hər hansı bir məsələnin öhdəsindən gələ bilməz. Hər hansı bir problemi Allahdan asılı olmadan, öz qüvvəsi və iradəsi ilə həll edə, Quranda mədh edilən təqva sahibi bir mömin ola bilməz. Çünki o, elə lap əvvəldən Allahı unutmaqla ən böyük səhvi etmiş və qafillərdən olmuşdur. Allahı xatırlamaq bir mömin üçün çox əhəmiyyətli ibadətdir. İman gətirən hər bir insan gündəlik həyatının qarmaqarışıqlığı içində Allahı bir anlığa da olsa, öz düşüncəsindən çıxarmaz, Allahla olan mənəvi əlaqəsini bir an belə itirməz. Əks halda yuxarıda qeyd etdiyimiz çətinliklərlə qarşılaşacağını bilir.

Quranda bu mövzuya Allahın Musaya xatırlatmasında da diqqət yetirilir:

«Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin»

«Taha» surəsi, 42

Allah Fironu haqq dinə dəvət etmək üçün Musa və qardaşı Haruna Onu zikr etməkdə zəiflik göstərməmələrini xatırlatmışdır. Çünki yuxarıda da bildirildiyi kimi, Fironun qarşısında onları müvəffəq edəcək əsl qüvvə Allahdır. Bununla yanaşı Allahı az xatırlamaq münafiqlərin bir xüsusiyyətidir. Bu hal Quranda belə göstərilir:

«Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində Allah onları aldadır. Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini xalqa göstərər və Allahı olduqca az yad edərlər»

«Nisa» surəsi, 142

Allahı daim xatırlamağın üstünlüyü bəzi ayələrdə belə bildirilir:

«...Allahı zikr etmək, şübhəsiz ki, ən böyük ibadətdir. Allah nə etdiklərinizi bilir!»

«Ənkəbut» surəsi, 45

«Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!»

«Bəqərə» surəsi, 152