İnsan islamı tanımadan əvvəl, Quranın dili ilə desək “ cahil” sayılır, nəyin doğru, nəyin səhv, nəyin pis olduğu haqqında həqiqi məlumatı yoxdur. İslamı qəbul etdikdə isə bu elmi əldə edər, bütün keçmiş həyatından əl çəkər, Allahdan bağışlanma diləyər və tövbə edər. Allah sonsuz rəhməti olaraq islama səmimi qəlbdən üz tutan, keçmiş həyatında etdiyi günahlardan tövbə edib doğru yola yönələn insanın tövbəsini qəbul edəcəyini, keçmiş pis əməllərini yaxşı əməllərə çevirəcəyini vəd edir:
Ancaq tövbə edib iman edən və yaxşı işlər görənlər bundan istisnadır. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, mərhəmətlidir.
Tövbə etmək təkcə islamı qəbul edənlərin deyil, bütün möminlərin həyatı boyu davam etdirmələri lazım olan, Allahın sonsuz rəhmət və bağışlanmasına səbəb olan ibadətdir. Çünki heç bir mömin özünü xəta etməkdən və günah işləməkdən uzaq hesab edə bilməz.
Mömin Allahın hüzurunda ümidlə qorxu arasında bir ruh halındadır.
Ölənə qədər, axirətdəki vəziyyətinin necə olacağını bilmədiyinə görə heç bir şəkildə Allahın əzabından arxayın olmaz. Ancaq nə qədər pis vəziyyətdə olsa da, etdiyi günahlar nə qədər böyük və çox olsa da, heç vaxt Allahın rəhmətindən ümidini kəsməz.
Şeytanın ən böyük hiylələrindən biri də insanlara ümidsizlik aşılamaqdır.
Şeytanın və ya həyatını şeytanın ilhamı ilə yönləndirənlərin verdiyi “artıq ge cdir”, “ bundan sonra səni heç kim xilas e də bilməz”, “ onsuz da boynuna qədər günah içindəsən” vəsvəsələr insanları Allahın sonsuz bağışlama və mərhəmətindən uzaq tutmaq məqsədi daşıyır. Allah bir çox ayədə insanları şeytanın və tərəfdarlarının onları cəhənnəmə sürükləmək üçün qurduğu bu ümidsizlik tələsinə qarşı xəbərdar edir, onları tövbə etməyə və bağışlanma diləməyə çağırır.
De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir. Sizə əzab gəlməmişdən əvvəl Rəbbinizə dönün və Ona təslim olun! Yoxsa sonra sizə yardım olunmaz. Fərqində olmadığınız bir vaxtda qəflətən sizə əzab gəlmədən əvvəl Rəbbinizdən sizə nazil edilənin ən gözəlinə (Qurana) tabe olun!
Bu ayələri gördükdən sonra Qurana həqiqi iman edən hər kəsin heç bir şəraitdə şeytanın ümidsizlik tələsinə düşməsi qeyri-mümkündür. Ancaq Allahın əfvinə təvəkkül edib, “ Allah nədə olsa bağışlayar ” deyərək günahlarından əl çəkməyənlər, Allahın əmr və qadağalarına əməl etməyənlər isə şeytanın başqa bir tələsinə düşərlər. Və bu vəziyyətlərini islah etmədikcə, peşman olmadıqca və doğru yola yönəlmədikcə tövbələri qəbul olmaz. Çünki Allah Quranda hansı tövbələri qəbul edəcəyini bildirmişdir:
Allahın qəbul etdiyi tövbə yalnız bilmədən pis iş görən, sonra da dərhal tövbə edənlərin tövbəsidir. Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Nəticə etibarı ilə islamı səmimi və qətiyyətlə yaşamağa başlayan və keçmiş həyatını tərk edən insan keçmiş həyatında nə qədər pislik etmiş olsa da, bu etdiklərinə görə məsuliyyət daşımır. Şübhəsiz ki, bu dəyərləndirmə möminlər üçün də keçərlidir. Yəni islamı qəbul edən bir insanın əvvəlki həyatında etdiklərinin möminlər üçün heç bir əhəmiyyəti yoxdur. Gələcək həyatını Quran əxlaqına uyğun şəkildə qurmalıdır, çünki Allah qatında bundan məsul olacaq.