Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurandan cavablar: “Din əxlaqının tələblərini yerinə yetirməyə başlayan insan mütləq keçmiş ləzzətlərini tərk edərmi?”

Mündəricat
  1. Giriş
  2. “Din, Allah ilə bəndə arasındadır. Din əxlaqını başqalarına izah etməyə ehtiyac var?”
  3. “Din, həyatın sadəcə bir hissəsidir. Niyə həyatın hər anında Quran əxlaqının yaşanmasının vacib olduğunu düşünürsünüz?”
  4. “Quranın endirildiyi dövrlə indiki dövr çox fərqlidir. Quran ayələri indiki dövrə aiddir?”
  5. “Onsuz da mənim qəlbim təmizdir”
  6. “Mən hələ gəncəm, din əxlaqını gələcəkdə yaşayaram”
  7. “Quran əxlaqını mənimsəsəm, qarşılıq olaraq məndən nə gözlənilər?”
  8. “Niyə möminlər yeni tanış olduqları bir insana qarşı bu qədər qayğıkeş və sevgi dolu davranırlar?”
  9. “Möminlərə qarşı yayılan pis xəbərlərdə heç bir həqiqət yoxdur?”
  10. “Əgər Quran əxlaqı insanlara bu qədər gözəl və mükəmməl bir quruluş vəd edirsə, niyə bu qədər qarşı olanlar var?”
  11. “Hamı haqsızdır, bir tək inananlar doğrudur?”
  12. “Möminlər həmişə bərabər olmaq məcburiyyətindədirlər? İnsan tək başına din əxlaqını yaşaya bilməz?”
  13. “İslamda müəyyən təbəqə fərqi varmı? İnsanlar var-dövlətinə, statusuna və gözəlliyinə görə mühakimə olunurmu? İslam dini müəyyən qrup insanlara izah olunur?”
  14. “Müsəlmanların varlı, güclü və qüdrətli olması İslamın ümumi məntiqi ilə ziddiyyət təşkil edirmi?”
  15. “Din əxlaqının tələblərini yerinə yetirməyə başlayan insan mütləq keçmiş ləzzətlərini tərk edərmi?”
  16. “İnsan İslamı qəbul edib yaşamağa başlayanda keçmiş tanışları, dostları illə birlikdə ola bilməzmi?”
  17. “Din əxlaqını yaşamaq istəyirəm, amma ailəmdən və ətrafımdan pis reaksiya almaqdan qorxuram”
  18. “İslamı yaşamağa başladıqdan sonra keçmiş həyatımda etdiklərimə görə məsuliyyət daşıyırammı?”
  19. “Dini yaşamaq istəyirəm, ancaq bu gücü özümdə tapa bilmirəm”
  20. Nəticə: “Eşitdik və itaət etdik” deyə bilmək

Allah iman edən bəndələrinin ən gözəl həyat sürməsini istəyir. Quranda möminin gözəl həyat tərzi keçirəcəyi bildirilir:

Kişi və ya qadınlardan mömin olaraq kim yaxşı işlər görərsə, ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.

Nəhl surəsi, 97

Quranda halal və təmiz olan gözəl ruzidən istifadəyə təşviq edilir:

Ey iman edənlər! Allahın sizə halal etdiyi yaxşı və təmiz nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın! Şübhəsiz, Allah həddi aşanları sevməz.

Maidə surəsi, 87

İnsan, Allahın sərhədlərini qoruduğu müddət ləyaqətli, şən, sənət və estetikadan həzz alan, güclü ictimai əlaqələrə malik olmağı, cəmiyyətdə xasiyyətli olmağı qadağan edən heç bir hökm yoxdur. Allahın haram etdiyi şeylər Quranda bildirilmişdir. Peyğəmbərimizin nümunəvi həyatı və tövsiyələri də məlumdur. Bundan başqa, insanın öz fikrinə görə hökm verməsi Quranda pislənir:

Dilinizin uydurduğu yalana əsaslanaraq:

“Bu halaldır, bu isə haramdır”, deməyin! Yoxsa Allaha qarşı yalan uydurmuş olarsınız. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar!

Nəhl surəsi, 116

“... Yeyin, için, lakin israf etməyin! Şübhəsiz, Allah israf edənləri sevməz. De: “Allahın bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etdi?”

De: “Bunlar dünya həyatında, xüsusilə də qiyamət günündə möminlərə məxsusdur”. Biz anlayan bir qövm üçün ayələri belə bəyan edirik.

Əraf surəsi, 31-32

Möminlər kimi Allaha tam iman etməyən insanlar da dünya nemətlərindən bəhrələnirlər. Kafirlə mömin arasındakı fərq burada ortaya çıxır. İnkar edənlər Allahın onlara imtahan etmək üçün verdiyi pul, mal-mülk kimi nemətlərə bağlanır, Allahı unudur və Onun nemətlərinə nankorluq edirlər. Halbuki möminlər bu nemətlərin Allahdan gəldiyini bilərək bu nemətləri Allah yolunda ən gözəl şəkildə istifadə edərək Allaha yaxınlaşırlar. Bu mövzunun ölçüsü Quranda bu cür bildirilir:

Allahın sənə verdikləri ilə (Allah yolunda infaq edərək) axirət yurdunu istə! Dünyadakı nəsibini də unutma! Allahın sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et və yer üzündə fitnə-fəsad törətməyi düşünmə! Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz.

Qəsas surəsi, 77

Ancaq bütün bunlarla yanaşı, vurğulanması lazım olan başqa bir məqam da var: İnsan, Quran əxlaqını mənimsədikcə və Quranda bildirilən möminə xas xüsusiyyətlərə yiyələndikcə daha fərqli zövqlərin varlığını dərk edər. Məsələn, cahil cəmiyyətdə olan insan üçün həyatın ən böyük ləzzəti səyahət edib əylənməkdir. Halbuki, möminin həyatında daha üstün, daha nəcib və daha qalıcı ləzzətlər vardır. Allah rizası üçün çalışmaq, Allah dinini təbliğ etmək, Quran əxlaqının gözəlliklərini insanlara izah etmək, insanları pisliyə sürükləyən inkarçılara qarşı fikri mübarizə aparmaq kimi...

İnsan, Quranda bildirilən möminin əxlaqını daha çox yaşadıqca, imanla əldə edilən həqiqi ləzzətlərin cahiliyyə ləzzətlərindən qat-qat üstün olduğunu görər.