Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda sədaqət: Atalarının dininə sadiqdirlər

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyətin Yanlış Sədaqət Anlayışı
  3. Atalarının dininə sadiqdirlər
  4. Sədaqət göstərmək üçün mütləq üstünlük görmək istəyərlər
  5. Sədaqət göstərə bilmələri müəyyən şərtlərə bağlıdır
  6. Sədaqətin Əhəmiyyəti
  7. Sədaqətin Açarı: Allah Sevgisi və Allah Qorxusu
  8. Allah qorxusu
  9. Möminlər Allaha sadiqdirlər
  10. Allah yolunda “doğru” istiqamətdədirlər
  11. Allaha ibadət etməkdə qətiyyət göstərərlər
  12. Peyğəmbərə sadiqdirlər Peyğəmbərin Allahın elçisi olduğuna iman edərlər
  13. Peyğəmbərə itaət edərlər
  14. Qurana sadiqdirlər
  15. Quranda Möminlərin Göstərdikləri Sədaqət Nümunələri
  16. Fironun ailəsində imanını gizlədən insan
  17. Hicrət edən möminlər
  18. Nəticə

İnsanlar həyatlarını ətraflarından öyrəndikləri məlumatlara və yaşadıqları cəmiyyətdə tətbiq olunan adət-ənənələrə görə nizamlayırlar. Etdiklərinin yanlış olduğu onlara göstərildikdə və doğrular izah edildiyi halda, bəzi insanlar həyatlarını, fikirlərini və davranışlarını yenə də bu prinsiplərinə görə formalaşdırmağı seçirlər. Sahib olduqları yanlış dünya görüşü isə bu insanları yeniliklərə üz çevirən, hətta bunlara şiddətlə qarşı çıxan insanlar halına gətirir. Keçmişdən qalan bəzi qaydaların, fikir və düşüncələrin, deyilən sözlərin, tətbiq olunan müxtəlif adət-ənənələrin yanlış və mənasız olduğunu bilmələrinə baxmayaraq, bunları müdafiə edib, bunlara bağlı qalmaqda israr edirlər. Keçmişdən gələn bütün qaydaların daha məqbul və etibarlı olduğuna özlərini inandırmışlar. Yaşadıqları mühit, uyğunlaşmaq məcburiyyətində olduqları qaydalar və dəyərləndirmələr nə qədər dəyişsə də, bəzi insanlar bütün bu dəyişiklikləri “pislik” gözü ilə qiymətləndirirlər. Bu səbəbdən, həmişə bunların və bunlara bağlı olaraq da müsbət olan hər hərəkətin əleyhində olurlar. Həmişə atalarını nümunə götürür, qarşılaşdıqları hər şeyi atalarının tətbiqlərinə görə qiymətləndirir və onlara görə hərəkət edərlər. Bu səbəbdən, qədimdən qalan mədəniyyət və inanclarına əks olan hər düşüncəni böyük təhlükə hesab edirlər. Onlara inandıqlarından daha doğrusu gətirilsə belə, bunu heç anlamadan və ya anlamağa çalışmadan, hətta dinləmədən imtina edirlər. Özlərinə izah edilənləri böyük qəzəblə qarşılamaları və dinləməyi şiddətlə rədd etmələri bu insanların batil dinlərinə kor-koranə bağlandıqlarını açıq şəkildə göstərir. Allahın, Şüəra surəsində bildirdiyi kimi, cəmiyyətin öndə gələnlərinin onları Allaha iman gətirməyə çağıran İbrahim Peyğəmbərə verdikləri cavab bu insanların ata-babalarına korkoranə bağlandıqlarını göstərən nümunələrdəndir. Allah bu mövzunu Quranda belə bildirir:

“Onlara İbrahimin əhvalatını da oxu. Bir zaman o, öz atasına və tayfasına:

“Nəyə ibadət edirsiniz?”– demişdi. Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”. O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi? Yaxud sizə xeyir və ya zərər verirlərmi?” Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”. O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü – həm siz, həm də ulu babalarınız?”

Şüəra surəsi, 69-76

Quranda bəhs edilən bu hekayə insanların heç bir məlumata əsaslanmadan atalarına şüursuz şəkildə inandıqlarını göstərir. İbadət etdikləri bütlərin əsil mahiyyətini izah etdikdə etiraz etmələri və bu cür hərəkət etmələrinin tək səbəbinin də, ataları olduğunu irəli sürmələri, onların bütlərinə olan sadaqətlərinin tamamilə boş bir inancdan ibarət olduğunu ortaya qoyur.

Göründüyü kimi, batil sədaqət hissi bu insanların Allahın hökmlərinə qarşı çıxmalarına, bunları inkar etmələrinə, hətta din əxlaqını mənimsəyib yaymağa çalışan insanlara düşmən gözü ilə baxmalarına səbəb olur. Allah atalarının batil dininə qarşı duyduqları sədaqətə görə bu düşüncədə olan insanların hətta Peyğəmbərimiz-dən Quranın dəyişdirilməsi tələbində olduqlarını da bildirir:

“Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər:

“Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”.

Yunis surəsi, 15

Bu insanlar öz batil dinlərini yıxdığına görə Peyğəmbərimiz-dən Quranı “yeniləşdirməsini” və ya “dəyişdirməsini” tələb etmişlər. Öz batil dinlərinə qarşı duyduqları sədaqət onları Allahın ayələrinə itaət etməkdən yayındırmışdır. Buna görə də, əsrlər boyunca Allahın dinini təbliğ edib yayması üçün göndərilmiş elçilər qövmlərinin bu batil inanclarına olan sədaqətləri və qəzəbli davranışları ilə qarşılaşmışlar. Yalnız doğru və gözəl olana çağırdıqları üçün onların düşmənçiliyini qazanmış, müxtəlif təhdid və böhtanlara məruz qalmışlar. Elçilərə göstərdikləri mənfi reaksiyalar bu insanların “batil” dinlərinə çox ciddi şəkildə bağlandıqlarını və bu bağlılıqda da israrlı olduqlarını ortaya çıxarır. Allah bu insanları onları haqq dinə itaət etməyə çağıran elçilər üçün, "... Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir adamdır!...." (Səba surəsi, 43) deyərək onların yolundan üz çevirdiklərini bildirmişdir:

Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar:

“Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?

Bəqərə surəsi, 170

Cahillik inanclarını tətbiq etməkdə qətiyyət göstərən bu insanların başqa bir azğın rəftarları isə atalarının dininə itaət etmələrini özlərinə Allahın əmr etdiyini irəli sürmələridir. (Allahı tənzih edirik) Doğru olmadığını bilərək etdikləri çirkin davranışların “Allahın əmri” olduğunu söyləyərək atalarının azğın dininə əməl etmələrini məqbul hala gətirməyə çalışırlar. Ancaq əlbəttə, bu səmimiyyətsizliklərinə özləri də şahiddirlər. Əsil məqsədləri Allahın razılığını qazana bilmək deyil, nəfslərinin istəklərinə və maraqlarına uyğun həyat yaşaya bilməkdir. Bu səmimiyyətsizliklərini gizlətmək və öz cahil sistemlərini davam etdirə bilmək üçün bu cür azğın bəhanə irəli sürərlər. Yoxsa əlbəttə ki, özləri də Allahın əmr etdiyi əxlaqdan çox uzaq yaşadıqlarını və etdiklərini Allahın əmri olduğu üçün deyil, yalnız atalarının dini əmr etdiyi üçün tətbiq etdiklərini bilirlər.

Bu insanların düşüncələri din əxlaqını əsil qaynağından öyrənmədikləri, dillərini əyibbükdükləri və atalarının adət-ənənələrindən qopa bilmədikləri üçün çox qarışıqdır. Buna görə də Allahın qadağan etdiyi və çirkin qarşıladığı bir davranışın məqbul olduğunu iddia edirlər. Allah bu insanların bu cür səmimiyyətsiz davranışlarını Quranda belə bildirmişdir:

“Onlar yaramaz əməl etdikləri zaman:

“Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”

Əraf surəsi, 28

Bu fikirdə olan insanlar başlarına gələn hər hadisəni atalarını nümunə alaraq həll etməyə çalışdıqları üçün Allahdan və haqq dindən daima uzaqlaşarlar. Allah Quranda insanların bu yanılmasını belə açıqlayır:

Sonra pisliyi yaxşılıqla əvəz etdik. Nəhayət onlar firavanlıq içində yaşayarkən:

“Atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi”– dedilər. Biz də onları heç özləri də hiss etmədən qəflətən yaxaladıq.

Əraf surəsi, 95

Allah bu insanları sınamaq məqsədilə onların üzərindən pisliyi və çətinliyi qaldırmış və onlara rəhmətini çatdırmışdır. Ancaq bunun qarşılığında, səhvlərini anlayıb Allaha yönələcəkləri və şükür edəcəkləri halda, nankorluq edərək başlarına gələnləri keçmişdəki atalarının vəziyyətləri ilə müqayisə etmişlər. Çətinliyi üzərlərindən qaldırıb özlərinə nemət verənin Allah olduğunu təqdir edə bilməmiş, bunun ata-babalarından davam edən bir nizamın davamı olduğunu irli sürərək azğın rəftar göstərmişlər.

Onların bu cür yanlış düşüncəyə sahib olmalarının və bunun nəticəsində də həqiqi sədaqət anlayışı ilə hərəkət edə bilməmələrinin səbəbi, Allahın “Məgər (kafirlər) bu Söz (Quran) haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey mi gəldi?” (Muminun surəsi, 68) ayəsi ilə açıqladığı kimi, Quran ayələri ilə düşünməmələri və buna görə də Quranın özlərinə qazandıracağı həqiqi ağıldan məhrum qalmalarıdır.