Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda sədaqət: Allah qorxusu

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyətin Yanlış Sədaqət Anlayışı
  3. Atalarının dininə sadiqdirlər
  4. Sədaqət göstərmək üçün mütləq üstünlük görmək istəyərlər
  5. Sədaqət göstərə bilmələri müəyyən şərtlərə bağlıdır
  6. Sədaqətin Əhəmiyyəti
  7. Sədaqətin Açarı: Allah Sevgisi və Allah Qorxusu
  8. Allah qorxusu
  9. Möminlər Allaha sadiqdirlər
  10. Allah yolunda “doğru” istiqamətdədirlər
  11. Allaha ibadət etməkdə qətiyyət göstərərlər
  12. Peyğəmbərə sadiqdirlər Peyğəmbərin Allahın elçisi olduğuna iman edərlər
  13. Peyğəmbərə itaət edərlər
  14. Qurana sadiqdirlər
  15. Quranda Möminlərin Göstərdikləri Sədaqət Nümunələri
  16. Fironun ailəsində imanını gizlədən insan
  17. Hicrət edən möminlər
  18. Nəticə

Allah sevgisi sədaqətin yaşanması üçün çox önəmli xüsusiyyətdir, amma yalnız bu xüsusiyyət yetərli deyil. Allah sevgisi ilə yanaşı mütləq ki, Allah qorxusu da yaşanmalıdır. Allah qorxusu insanın Allahın əmr və qadağalarına qarşı olduqca ciddi olmasını, Onun bəyənməyəcəyi davranışlardan qətiyyətlə uzaq durmasını, şeytanın və nəfsinin təlqinlərinə qarşı güclü və iradəli olmasını təmin edir.

İnsan zəif olaraq yaradılmışdır. Allah bu həqiqəti “Allah sizin üçün (şəriət hökmlərini) yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır.” (Nisa surəsi, 28) ayəsi ilə insanlara bildirir. Nəfs və şeytan insana hər zaman pisliyi əmr edər. Bu şeytani təlqinlərə uymamaq üçün isə güclü iradə və qətiyyət lazımdır. Məhz Allah qorxusu insanın iradəsini daha güclü və möhkəm edir. Allah möminlərə Özündən qorxmalarını Quranda belə əmr edir:

Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.

Həşr surəsi, 18

Allah qorxusu insanı həyatının hər anında Allahın istədiyi kimi davranıb, Onu razı etmək üçün çalışmağa, şeytanın və nəfsin istəklərinə, onların hiylə və oyunlarına qarşı diqqətli və tədbirli olmağa sövq edir. Bu da insana bitməyən istəklərini həyata keçirməyə çalışan nəfsin və şeytanın bütün hiylələrini boşa çıxarır.

Buna görə şeytan və nəfs insanı əvvəlcə Allah qorxusundan uzaqlaşdırmağa çalışır. Allah qorxusu əvəzinə, əsas önəmli olanın qəlb təmizliyi olduğu kimi yanlış təlqinlərlə insanın Allahdan qorxub çəkinməsinə mane olmaq istəyər. Halbuki, Quranı oxuyub anlayan şüurlu bir insan şeytanın bu cür təlqinlərinin yalan olduğunu, tamamilə aldatma məqsədli olduğunu asanlıqla görər. Çünki Allah Quranda möminlərə Özündən qorxmalarını əmr etmişdir. Bu əmr Quranın bir çox ayələrində bildirilir. Allahın bildirdiyi bu ayələrdən bəziləri belədir:

...Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir.

Bəqərə surəsi, 196

... Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız.

Bəqərə surəsi, 203

Allah qorxusu möminin Allaha dərin sədaqətlə bağlanmasına səbəb olar. Allahın sevgisinin və razılığının ən çoxunu qazanmaq istədikləri, əks təqdirdə, Allahın əzabı ilə qarşılaşa biləcəklərini bildikləri üçün iman gətirənlərin bu sədaqətləri də daimi olur.