Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda sədaqət: Qurana sadiqdirlər

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyətin Yanlış Sədaqət Anlayışı
  3. Atalarının dininə sadiqdirlər
  4. Sədaqət göstərmək üçün mütləq üstünlük görmək istəyərlər
  5. Sədaqət göstərə bilmələri müəyyən şərtlərə bağlıdır
  6. Sədaqətin Əhəmiyyəti
  7. Sədaqətin Açarı: Allah Sevgisi və Allah Qorxusu
  8. Allah qorxusu
  9. Möminlər Allaha sadiqdirlər
  10. Allah yolunda “doğru” istiqamətdədirlər
  11. Allaha ibadət etməkdə qətiyyət göstərərlər
  12. Peyğəmbərə sadiqdirlər Peyğəmbərin Allahın elçisi olduğuna iman edərlər
  13. Peyğəmbərə itaət edərlər
  14. Qurana sadiqdirlər
  15. Quranda Möminlərin Göstərdikləri Sədaqət Nümunələri
  16. Fironun ailəsində imanını gizlədən insan
  17. Hicrət edən möminlər
  18. Nəticə

Möminlər Qurana görə hərəkət edərlər, ancaq Qurandan əvvəl endirilmiş haqq kitablara da inanar və hörmət edərlər. Çünki Allahın “O, sənə Kitabı həqiqət olaraq ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi” (Ali İmran surəsi, 3) ayəsində bildirildiyi kimi, Quran daha əvvəl göndərilmiş ilahi kitabları təsdiq edir. Buna bağlı olaraq bir mömin göndərilən bütün elçilərə də inanaraq Allahın “Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! (Nisa surəsi, 136) ayəsi ilə bildirildiyi kimi, heç birini digərindən ayırmaz. Ancaq möminlər Allahın qoruması altında olduğunu bildirdiyi Quranı özlərinə yol göstərici seçmişlər. Allah Quranda heç bir təhrifin olmadığını və qiyamətə qədər də qorunacağını bildirmişdir. Hicr surəsində Rəbbimiz belə buyurmuşdur:

Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.

Hicr surəsi, 9

Rəbbimizin mesaji olan Quran möminlər üçün çox əhəmiyyətlidir. Mömin Allahın özü üçün seçib bəyəndiyi dini və özünə əmr etdiyi məsuliyyətləri Qurandan öyrənir. Ehtiyac duyduğu ağıl üçün möminin bələdçisi yenə Qurandır. Həyatı boyu qarşısına çıxacaq bütün hadisələrdə hərəkətlərini Allahın Quranda bildirdiyi əmr və tövsiyələrə görə yönləndirir. Allah Quranın tək rəhbər olduğunu müsəlmanlara belə bildirmişdir:

"...Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik".

Nəhl surəsi, 89

"Bu (Quran), insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.

İbrahim surəsi, 52

Möminlər Allahın özlərinə öyüd verdiyi əxlaqı, əmrləri, qiyamət günündə və axirət həyatında qarşılaşacaqları həqiqətləri sadəcə Qurandan öyrənib, məlumat sahibi olurlar. Allahın “Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik” (Kəhf surəsi, 54) ayəsi ilə bildirildiyi kimi, bir möminin həyatı boyu ehtiyacı olan bütün məlumatlar Quranda mövcuddur. Buna görə də möminlər daim Quran oxuyar, Allahın ayələrinə iman gətirər və qarşılaşdıqları hər hadisəni Qurana görə dəyərləndirər. Allahın Quran ilə bildirdiyi hər şey möminlər üçün “bir hikmətdir” (Qamər surəsi, 5). Bu səbəbdən, möminlər Qurana “çox möhkəm sarılar” və Allahın bildirdiyi bütün hökmləri diqqətli şəkildə tətbiq etməyə çalışarlar. Allah möminlərin Qurana olan bu güclü bağlılıqlarını belə bildirmişdir:

Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır.

Bəqərə surəsi, 121

Kitabdan möhkəm yapışanlara və namaz qılanlara gəlincə Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik.

Əraf surəsi, 170

Allahın “Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir” (Ənam surəsi, 115) ayəsi ilə bildirildiyi kimi, Quran doğruluq və ədalət baxımından əksiksizdir. Bu səbəbdən, Quranı özünə rəhbər edən möminlər həyatlarının hər anında olduqca ən gözəl, ən hüzurlu və ən xoşbəxt şəkildə yaşayarlar.

Möminlərin Allahın onlara “hidayət, öyüd və şəfa” olaraq endirdiyi Qurana möhkəm bağlanmaları, onların imanlarını və Allah qorxularını artırır və Allaha yaxınlaşdırır. Allah Quranda bu həqiqəti belə xəbər vermişdir:

De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, (ayələr) oxunduğu zaman üzüstə səcdəyə qapanır və:

“Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər. Onlar üzüqoylu düşüb ağlayır və bu ayələr onların itaətini artırır.

İsra surəsi, 107-109

Dövlətə və millətə sadiqdirlər İman edən hər insanda olduğu kimi, ölkəmizdə də inanclı insanların dövlətimizə və millətimizə qarşı sadiq və itaətkar olmalarının əsas səbəbi Allahın Quranda bildirdiyi gözəl əxlaqı mənimsəmiş olmalarıdır. Quran əxlaqını yaşayan kimsələrin dövlətimizə bağlı olmalarının səbəbi də dövlətin bir parçası olmalarıdır.

Dövlət ortaq həyatı və mədəniyyəti olan bir cəmiyyəti formalaşdırmaq, qorumaq, rifah və hüzuru təmin etmək kimi məqsədləri olan və bu məqsədlərə çatmaq üçün ən ədalətli idarəetmə quruluşu olan qurumdur. Bu tərifdən də aydın olur ki, bir ölkədə olan insanların xoşbəxt, hüzurlu və rahat yaşaya bilmələri, milli birlik və bərabərliyin təmin edilməsi və nəticədə ölkədə nizamın və sakitliyin olması üçün dövlətin gücünə və nüfuzuna ehtiyac var. Dövlət ölkənin və millətin varlığı üçün ən önəmli qurumdur. İstər ölkənin təhlükəsizliyində, istər əmin-amanlıq və sülhün təmin edilməsində, istərsə də iqtisadi və sosial həyatda dövlətin rolu və əhəmiyyəti çox böyükdür.

Bu səbəblə, ölkəyə zərər vermək istəyən hər qrup əvvəlcə dövləti və dövlət hakimiyyətini hədəf alır. Tarix boyu parçalayıcı ideologiyaya sahib müxtəlif qruplaşma və kimsələr dövlətin mövcud nüfuzundan narahat olmuş və hər fürsətdə dövləti zəiflətmək və gücünü qırmaq üçün müxtəlif işlər görmüşlər.

Dövlətin fərqli sahələrdəki müdaxiləsindən və fəaliyyətlərindən narahat olan bu kimsələrin fikirlərini və məqsədlərini araşdırdıqda hamısının ortaq bir nöqtədə birləşdiyini görürük: Dini və dinin meydana gətirdiyi gözəl əxlaqı ortadan qadırmaq. Dövlət əleyhdarları olan bu kimsələr dövlətin unitar quruluşunu dağıdıb öz dinsiz ideologiyalarına görə formalaşdırdıqları bir sistemi yerləşdirməyə çalışırlar. Dinsizliyi mənimsədikləri üçün problemləri daim qəzəb və zorakılıqla həll etməyə çalışır və ölkədəki hüzuru və balansı pozmağı hədəfləyirlər. Şübhəsiz ki, bu vəziyyət həm ölkə, həm də ölkədə yaşayan insanlar üçün böyük təhlükə və təhdiddir. Bu səbəbdən, təhlükənin qarşısını almaq, sülh və hüzuru mühafizə etmək üçün hər vətəndaş dövlətə hörmət və bağlılıq göstərərək itaət etməlidir.

Ancaq bütün bunlardan daha vacib olan üzərində durulmalı bir nöqtə də var ki, bu da dövlətə itaətin, cəmiyyətdə görülən əxlaq anlayışına bağlı olmasıdır. Bir cəmiyyətdə mənfəətpərəstlik, üsyankarlıq, özbaşınalıq və hər şəraitdə ortaya çıxan “degenerasiya” qəbul edilsə, sevgi, şəfqət, fədakarlıq, ədalət və tolerantlıq kimi anlayışlar tərk edilsə, bu vəziyyətdə o cəmiyyətin vətəndaşlarının da dövlətə bağlı olduqları düşünülə bilməz. Bu səbəbdən də, dövlətə bağlılığın təməlində gözəl əxlaq dayanır. Quran əxlaqını yaşayan kimsələr bu həqiqətin şüurunda olan insanlardır. Mənəvi dəyərlərə bağlılıq və Quran əxlaqını yaşamaqla bərabər həm dövlət, həm də millətə bağlılığı gətirəcəyinin və nəticədə əhalinin həyat səviyyəsinin yüksələcəyinin fərqindədirlər.

Möminlər bu həqiqətin şüurunda olaraq böyük şövq və istəklə insanlara Quran əxlaqını anlatmağa çalışır və Quran əxlaqını yaşamağa dəvət edirlər. Belə bir cəhdin ölkənin və millətin xeyrinə olması onların bu mövzudakı istək və şövqlərinin əsas qaynağıdır.

Quran əxlaqının möminlərə və insanlara verəcəyi başqa bir gözəllik də itaətdir. Quran əxlaqı insanlara itaət xüsusiyyəti qazandırdığından Quran əxlaqının tətbiqi və insanlara izah edilməsi, dövlətin güclənməsində, əmin-amanlığın və hüzurun bərpa olunmasında çox əhəmiyyətlidir. Quran əxlaqının tətbiqi və yayılması dövlətin və millətin varlığı və birliyi üçün olduqca əhəmiyyətlidir. Bunun sayəsində, Quran əxlaqına görə yaşayan insanların yaratdığı cəmiyyət həm gözəl əxlaq göstərərək milli birliyi və bərabərliyi təmin edəcək, həm də dövlətə itaətin ən yüksək səviyyədə yaşandığı bir yerə çevirəcəkdir. İnsanlar daha mərhəmətli, şəfqətli, daha ədalətli və tolerant olacaq. Bu da milli birlik və bərabərliyi möhkəmləndirəcəkdir. Quran əxlaqının yayılması, hər bir vətəndaşın Quran əxlaqını yaşaması hər cür anarxiya, terror və əxlaqsızlığın ortaya çıxardığı degenerasiyanı aradan qaldıracaq və sülh, nizam və hüzur mühiti gətirəcəkdir. Allah Quranın bir çox ayəsində insanların formalaşdırdığı anarxiya və qarışıqlığı “fəsad” olaraq adlandırmış və insanların bundan çəkinmələrini əmr etmişdir:

...Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!

Bəqərə surəsi, 60

O dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir.

Bəqərə surəsi, 205

...Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu sizin üçün daha xeyirlidir.

Əraf surəsi, 85

Göründüyü kimi, iman edən kimsələr Quran əxlaqını yaşadıqları üçün dövlətə və millətə bağlı olan və böyük hörmət bəsləyən kimsələrdir. Dövlətin güclənməsi, milli birliyin və bərabərliyin təmin olunması üçün Quran əxlaqını insanlara izah edən və bu gözəl əxlaqı yaşamağa dəvət edən möminlər bundan böyük şərəf və xoşbəxtlik duyurlar.