Həyatı Quran ilə necə yaşamaq olar?: Allahın nankorları sevmədiyini bilmək, heç bir şərtdə nankor rəftar göstərməmək
Mündəricat
- Giriş
- Baş verən hər anın taledə olduğunu bilərək günə başlamaq
- Gün ərzində imtahan olduğumuzu dərk etmək
- Allahı ən səmimi hörmətlə tərifləyib ucaltmaq
- Gün ərzində hər mövzuda, heç bir qarşılıq gözləmədən, yalnız Allahın rizasını və məmnuniyyətini axtarmaq
- Allahın möminlərin vəlisi və köməkçisi olduğunu unutmamaq
- Allahın ağılımızdan keçənləri, düşüncələrimizi bildiyini unutmamaq
- Gün ərzində diqqətin həmişə Allahda olması, hər düşüncə və hərəkətdə Allaha yönəlmək
- Allahı çox anmaq, zikr etmək
- Bir birlik ilə üzləşəndə Allahı çox zikr etmək
- Allahı zikr etmək ən böyük ibadət olduğunu bilmək
- Qəlbimizin yalnız Allahı zikr etməklə məmnun olacağını bilmək
- Hər vəziyyətdə təvəkküllü ruh halı və rəftarı içində olmaq
- İmanda dərin qavrayış əldə etməyə çalışmaq
- Ölümü təfəkkür etmək, Allaha dönəcəyimizi unutmamaq
- Həyatın qısa olduğunu unutmamaq
- Hər cür çətinlikdən qurtaranın, hər çətinliyi sovuşduranın Allah olduğunu unutmamaq
- Gün ərzində hər mövzuda Allahın razılığının “ən çoxunu” seçmək, İslama xidmətə, fədakarlığa, lazım olanda çətin olana könüllü talib olmaq
- Allahın, ediləcək hər gözəl davranışın əvəzini qat-qat artıracağını bilərək hərəkət etmək
- Quran ilə həyat necə yaşanar
- Gözəlliyi, zənginliyi, elmi, bilgini və digər bütün xüsusiyyətləri verənin Allah olduğunu unutmamaq
- Möminləri, Allah yolunda mübarizədə çalışqan olmaları üçün təşviq edib dəstəkləmək
- Möminləri Allahın rizası ilə müjdələmək, şövqləndirmək
- Allahın yaxşılıq edənləri sevdiyini və onlara qat qat artıqlamasıyla əvəzini verəcəyini bilmək
- Yaxşılığı yalnız Allah rizası üçün etmək
- Yaxşılıq və təqva mövzusunda yardımlaşmaq
- Xeyirlərdə yarışmaq, təqvada lider olmaq üçün Allaha dua etmək
- Allah rizası üçün alınan məsuliyyətlərdən ləyaqət sahibi olmaq
- Allahın bütün kainatı və dünyadakı təhsili yaratmasındankı məqsədin sevgi olduğunu yaxşı qavramaq, Allaha və təcəllilərinə qarşı sevgi dolu olmaq
- Həmişə sülh tərəfdarı olmaq
- Qarşılaşdığı hadisələr qarşısında kədərlənməmək və sıxıntıya girməmək
- Allahın nankorları sevmədiyini bilmək, heç bir şərtdə nankor rəftar göstərməmək
- Hadisələr qarşısında əsəbləşməmək, qəzəbi yenmək
- Təcavüzkar və şübhəçi olmaqdan uzaq olmaq
- Sözün ən gözəlini seçərək danışmaq
- Müşriklərin və münafiqlərin eyni xüsusiyyəti olan səhv söz söyləməkdən, incidici sərt dil istifadə etməkdən çəkinmək
- Həmişə şəfqətli və həlim olmaq
- Tek başına da olsa güclü şəxsiyyət ilə İslamı ən səmimi şəkildə müdafiə edib yaşamaq
- Allah yolunda cəsur və qərarlı olmaq
- Hadisələr qarşısında təlaşlanmamaq, narahatlığa qapılmamaq
- İmanın sevinci və xoşbəxtliyi içində olmaq
- Allahın, dininə kömək edənlərə mütləq kömək edəcəyini bilmək
- Vəzifə bölgüsü etmək
- Hər vəziyyətdə vicdanınızın səsinə uyğun hərəkət etmək
- Edilən işləri müşavirə etmək
- Sahib olduğumuz nemətlərin imtahan vəsiləsi olduğunu unutmamaq
- Əmanətə xəyanət etməkdən çəkinmək, əhdə vəfa göstərmək
- Hər vəziyyətdə ədalətli davranmaq, şahidlik zamanı dürüst olmaq
- Ticarətdə diqqətli olmaq, haqsız qazanc əldə etməkdən çəkinmək
- Borcalan çətinlikdədirsə borcu bağışlamaq
- Borcun vaxtını yazmaq
- Hər şeyi yaradanın Allah olduğunu bilmək, feili dua niyyətiylə səbəblərə sarılmaq
- Heç bir zaman özünü yetərli görməmək
- Elmi və biliyi öyrədən Allahdır. Sahib olduğu biliyi özündən bilib kibir və əbəbsizliyə qapılmamaq
- Allahın lovğalananları sevmədiyini bilmək və heç bir halda lovğalanmamaq
- Hər yerdə və hər vəziyyətdə sağlam müsəlman şəxsiyyəti ilə hərəkət etmək
- Tələsməmək
- Haqqı söyləməkdən çəkinməmək
- Mətanətli və dayanıqlı olmaq
- İbadətləri eşqlə və şövqlə yerinə yetirmək. Mömində yorğunluq, bezginlik, tənbəllik olmaz
- Xidmətdə səmimi olmaq: Geri qalmaq üçün bəhanələr deməmək
- Möminlərin arasını düzəltmək, onları barışdırmaq
- Allahın bütün söhbətlərimizi eşitdiyini bilmək, fısıldaşmamaq
- Bilmədiyimiz hansısa mövzu haqqında danışmamaq, sui- zəndən, dedi-qodu və iftiradan çəkinmək
- Mübahisədən çəkinmək və möminlərlə münaqişəyə girməmək
- Boş işlərlə vaxt öldürməmək, boş danışıqlardan üz çevirmək
- Boş vədlərdən çəkinmək, etməyəcəyin şeyləri söyləməmək
- Boş qaldığında başqa işə yönəlmək
- Şükür edərək iş görmək
- Etmədiyi işlərlə öyünmək kimi səmimiyyətsiz rəftarlardan çəkinmək
- Nəfsini eqoistlik, qısqanclıq kimi pis xüsusiyyətlərdən təmizləmək
- Birlik olmaq, ayrılığa düşüb dağılmamaq
- İnsanların əksəriyyətinə tabe olmamaq
- Küfrə, xainlərə və münafiqlərə dəstək olmaqdan çəkinmək
- İnsanlardan qorxmamaq
- Güc və imkanlarına deyil yalnız Allaha güvənmək
- Qınanmaqdan qorxmamaq
- Xəsislik etməmək
- Malı və pulu yığmayıb Allah yolunda xərcləmək
- Nəfsi müdafiə edərək təmizə çıxarmağa çalışmaq yerinə Qurana görə təmizləmək lazımdır
- Asanlaşdırıcı və köməksevər olmaq
- Yalan danışmaqdan çəkinmək
- Ağlını istifadə edərək yaşamaq
- Hadisələri duyğusal deyil ağılla qiymətləndirmək
- Küfr əhlini dost etməmək
- Küfrə itaət etməmək
- Hər zaman Allahdan hər cür kömək etməsini diləyin
- Heç bir mövzuda ümidsizliyə qapılmamaq, hər vəziyyətdə ümitvar olmaq
- Allahın səmimi qullarına kömək edəcəyini unutmamaq
- Allahın səbir edənlərlə birlikdə olduğunu, səbir edənləri sevdiyini unutmamaq
- Qarşılaşılan müsibətlərdə, çətinlikdə, xəstəlikdə, hər şəraitdə gözəl səbir göstərmək
- Küfrə meyl göstərməmək
- Allahın sərhədlərini diqqətlə qorumaq, haramlara riayət etmək
- Gün ərzində Allaha yaxınlaşdıracaq vəsilələr axtarmaq
- Allahdan doğru-düzgün qorxub çəkinmək
- Səbəbləri düşünmədən bütün nemətlərin birbaşa Allahdan olduğunu bilmək
- Allaha dərin hörmət göstərmək
- Namazları diqqət göstərərək qorumaq və huşu içinde düzgün qılmaq
- Quran oxumaq
- Quran oxuduqda şeytandan Allaha sığınmaq
- Quran oxunduğu zaman dərhal susub dinləmək
- Allahın ayələrinə qarşı həssas və boyun əyici olmaq, ayələri saymamazlıq etməmək
- Quran ayələri üzərində düşünmək və Qurandan öyüd almaq
- Heç nə ilə Allaha şirk qoşmamaq
- Bağışlayıcı olmaq
- Yalnız Allahı və iman edənləri sirdaş, dost və vəli etmək
- İnkarçıların həyatını təqlid etməmək, dünya həyatının aldadıcılığına qapılmamaq
- Üstün olanın həmişə iman edənlər olduğunu dərk etmək
- Yaxşılığı əmr edib pis əməldən çəkindirmək
- İnsanlara yaxşı işlər görmələrini əmr edərkən özümüzü unutmamaq
- Dikbaş, üsyankar davranışdan çəkinmək
- Namaz qılınan məkanları, məscidləri təmir etmək
- Təmizliyə əhəmiyyət vermək: Evi, məscidləri, geyimləri təmiz saxlamaq
- Məscidlərə gedərkən yaxşı geyinmək
- Yeməklərin təmiz və gözəl olanını seçimək
- Allahın adının anıldığı yeməkləri yemək
- Ruzini verənin Allah olduğunu bilmək, ruzini Allahdan istəmək
- Möminlərin himayəsinin üzərimizdə məsuliyyət olduğunu bilmək
- İtirdiklərinizə kədərlənməmək, verilən nemətlərlə qürrələnməmək
- Edilən yaxşılığı başa vurmamaq
- Məscidlərdə, yığıncaqlarda möminlərə yer açmaq
- Yuxu mövzusunda vicdanlı davranmaq, ehtiyacı qədər yatmaq
- Allaha, hökmlərinə və elçilərinə könüldən itaət etmək
- Diqqətimizin həmişə açıq olması
- Aranı qarışdıran üslub və rəftardan çəkinmək, fəsad çıxarmamaq
- Mömin kimsəni qovmamaq
- Allaha, Qurana, müsəlmanlara sədaqət göstərmək
- Göstərilən gözəl əxlaqda, edilən xeyirli xidmətlərdə istiqrarlı olmaq
- Quranda bildirilən ibadət olaraq ehtiyat tədbirləri almaq
- Pisliyi ən gözəl şəkildə uzaqlaşdırmaq
- Davranış tərzində ən yüksək əxlaqı məqsəd qoymaq
- Xoş olmayan ləqəblər deməmək
- Din mövzusunda ağlı başında ciddi rəftar etmək, dinin oyun və əyləncə mövzusu ola bilməyəcəyini dərk etmək
- Allahın ayələrinin inkar edildiyi, lağ edildiyi, zarafatlar edildiyi mühiti tərk etmək
- Qaş-göz hərəkətləri ilə lağ edici rəftar göstərməmək
- Ana və ataya yaxşı davranmaq, yaşlılıq dövrlərində onları gözəlliklə sahiblənmək
- Yetimlərə gözəl davranmaq, onların haqlarına diqqət göstərmək
- Yetimə kömək etmək, yoxsulu doyurmaq üçün insanları təşviq etmək
- İstəyib dilənənlərin xətrinə dəyməmək
- İnfaq edərkən, insanlara nümayiş etməkdən və minnət etməkdən çəkinmək
- Malını gecə-gündüz, gizli-açıq, qıtlıqda və bolluqda infaq etmək
- Özünün sevdiyi gözəl və yaxşı olan şeyləri infaq etmək, bəyənmədiyi pis olanı başqasına verməkdən çəkinmək
- Allahın, infaqın əvəzini qat-qat artıracağını və böyük bərəkət verəcəyini bilmək
- Allaha adları ilə dua etmək
- Allaha yalvara-yalvara, içdən dua etmək
- Hikməti verənin Allah olduğunu unutmamaq və hikmət verməsi üçün Allaha dua etmək
- Dini təbliğ edərək insanları Allaha, islama dəvət etmək
- Əgər fayda verəcəksə, öyüd verib təbliğ etmək
- Dini təbliğdən ödəniş tələb etməmək
- Dini mövzularda heç kimi məcbur etməmək, təzyiq etməmək
- İsmətlərini qorumaq
- Evlərə girərkən salam vermək
- Evlərə icazə almadan və ev xalqına salam vermədən girməmək
- Salam veriləndə eynisi ilə və ya daha gözəli ilə cavab vermək
- Evlərə qapılarından daxil olmaq
- Qonaqpərvər olmaq, qonağa soruşmadan və yubatmadan gözəl yeməklər qonaq etmək
- İnsanlara qarşı lovğalanmamaq, hərəkətində, rəftarında, üslubunda həmişə alçaqkönüllü və təvazökar olmaq
- Qışqıraraq danışmamaq
- Gözəlliklər qarşısında “MaşaAllah” deyərək Allahı ucaltmaq
- Gələcəkdə ediləcək hər şey üçün “İnşaAllah” deyərək Allahı ucaltmaq və ancaq Allah istəsə, edə biləcəyini yadda saxlamaq
- Gələcəyə dair mövzuda “İnşaAllah” demeyi unutduğunda Allahı zikir etmək
- Allahın işarə etdiyi və araşdırmağımızı, düşünməyimizi istədiyi mövzulara yönəlmək
- İslama, Qurana xidmətdə heç bir şəkk-şübhəyə düşmədən ciddi səy göstərmək
- Allah yolunda mübarizə üçün hazırlıq etmək
- Allah yolunda lazım olduğu kimi və Quran ilə mübarizə aparmaq
- Allah yolunda mübarizədə heç vaxt istəksiz, şövqsüz rəftara girməmək
- İslam əxlaqını yaşamaqda ağır davranmamaq, zəiflik göstərməmək
- Yer üzündən fitnə qalxana qədər və din islam olana qədər mübarizə aparmaq
- Allah yolunda mübarizə aparan möminlərə Allahın kömək edəcəyini unutmamaq
- Lazım olduqda Allah üçün hicrət etmək, hicrət edənlərə sığınacaq vermək
- Günah etməkdən diqqətlə çəkinmək
- İsraf etməmək
- Rəftar və düşüncələrində şeytanın təsirinə girməkdən çəkinmək
- Şeytanın hiyləsinin zəif olduğunu, səmimi iman edənlər üzərində təsirinin olmayacağını bilmək
- Allahın nemətlərini həmişə xatırlamaq, anlatmaq və Allaha şükür etmək
- Allahdan bağışlanma diləmək və tövbə etmək
- Səhər vaxtı bağışlanma diləmək
- Digər müsəlmanlar üçün dua edərək bağışlanmalarını diləmək
- Allaha ümid edərək və qorxaraq dua etmək
- Allah yolunda səyahət etmək
- Əsas yurdumuzun Axirət olduğunu heç vaxt unutmadan hazırlıq etmək
- Yalnız Allaha qulluq etmək

Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir. Həqiqətən, Allah heç bir nankor xaini sevmir.
Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız sizdən uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur! Allahın sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz. Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə dənizdə sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz.
Sizə həyat verən, sonra öldürəcək, daha sonra dirildəcək məhz Odur. İnsan, həqiqətən də, nankordur.
Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədilər.
Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə küfr etməyin!
Onların bağışlanması üçün dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları doğru yola yönəltməz.
Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar.
Beləliklə, Biz səni özündən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir ümmətə göndərdik ki, onlar Mərhəmətli Allahı inkar etdikləri halda, sənə vəhy etdiyimizi onlara oxuyasan. De:
“O, mənim Rəbbimdir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən yalnız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”.
O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.
O zaman Rəbbiniz bildirmişdi:
“Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir”.
Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü.
Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız. Bəlanı sizdən sovuşdurduqdan sonra sizlərdən bəziləri Rəbbinə şərik qoşur.
Onlar Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər deyə belə edirlər. Hələlik əylənin! Tezliklə biləcəksiniz.
Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.
Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi:
“Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!”
Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar. Bu ona görədir ki, Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər və hələlik əylənsinlər. Amma tezliklə biləcəklər.
Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?
Əgər Biz bir külək göndərsək və onlar əkini saralmış görsələr, bundan sonra mütləq nankorluq etməyə başlayarlar.
Dağların saldığı kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. Allah onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri küfrlə iman arasında orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər.
Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı?
Kafirləri isə Cəhənnəm odu gözləyir. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq.
Əgər üzlərini çevirsələr, unutma ki, Biz səni onlara nəzarətçi təyin etməmişik. Sənin vəzifən ancaq təbliğ etməkdir. Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən.
Müşriklər Allahın qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar və şəriklər qoşdular). Həqiqətən, insan açıq-aydın nankordur.
Allah əmr edib deyəcək:
“Atın Cəhənnəmə hər bir inadcıl kafiri,
Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.
Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!
Qoy ölsün kafir insan! O necə də nankordur!
Onlara nə olub ki, iman gətirmirlər və onlara Quran oxunduqda səcdə etmirlər? Əksinə, küfr edənlər haqqı yalan sayırlar.
Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur. Özü də bunun şahididir.