Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Həyatı Quran ilə necə yaşamaq olar?: Giriş

Mündəricat
  1. Giriş
  2. Baş verən hər anın taledə olduğunu bilərək günə başlamaq
  3. Gün ərzində imtahan olduğumuzu dərk etmək
  4. Allahı ən səmimi hörmətlə tərifləyib ucaltmaq
  5. Gün ərzində hər mövzuda, heç bir qarşılıq gözləmədən, yalnız Allahın rizasını və məmnuniyyətini axtarmaq
  6. Allahın möminlərin vəlisi və köməkçisi olduğunu unutmamaq
  7. Allahın ağılımızdan keçənləri, düşüncələrimizi bildiyini unutmamaq
  8. Gün ərzində diqqətin həmişə Allahda olması, hər düşüncə və hərəkətdə Allaha yönəlmək
  9. Allahı çox anmaq, zikr etmək
  10. Bir birlik ilə üzləşəndə Allahı çox zikr etmək
  11. Allahı zikr etmək ən böyük ibadət olduğunu bilmək
  12. Qəlbimizin yalnız Allahı zikr etməklə məmnun olacağını bilmək
  13. Hər vəziyyətdə təvəkküllü ruh halı və rəftarı içində olmaq
  14. İmanda dərin qavrayış əldə etməyə çalışmaq
  15. Ölümü təfəkkür etmək, Allaha dönəcəyimizi unutmamaq
  16. Həyatın qısa olduğunu unutmamaq
  17. Hər cür çətinlikdən qurtaranın, hər çətinliyi sovuşduranın Allah olduğunu unutmamaq
  18. Gün ərzində hər mövzuda Allahın razılığının “ən çoxunu” seçmək, İslama xidmətə, fədakarlığa, lazım olanda çətin olana könüllü talib olmaq
  19. Allahın, ediləcək hər gözəl davranışın əvəzini qat-qat artıracağını bilərək hərəkət etmək
  20. Quran ilə həyat necə yaşanar
  21. Gözəlliyi, zənginliyi, elmi, bilgini və digər bütün xüsusiyyətləri verənin Allah olduğunu unutmamaq
  22. Möminləri, Allah yolunda mübarizədə çalışqan olmaları üçün təşviq edib dəstəkləmək
  23. Möminləri Allahın rizası ilə müjdələmək, şövqləndirmək
  24. Allahın yaxşılıq edənləri sevdiyini və onlara qat qat artıqlamasıyla əvəzini verəcəyini bilmək
  25. Yaxşılığı yalnız Allah rizası üçün etmək
  26. Yaxşılıq və təqva mövzusunda yardımlaşmaq
  27. Xeyirlərdə yarışmaq, təqvada lider olmaq üçün Allaha dua etmək
  28. Allah rizası üçün alınan məsuliyyətlərdən ləyaqət sahibi olmaq
  29. Allahın bütün kainatı və dünyadakı təhsili yaratmasındankı məqsədin sevgi olduğunu yaxşı qavramaq, Allaha və təcəllilərinə qarşı sevgi dolu olmaq
  30. Həmişə sülh tərəfdarı olmaq
  31. Qarşılaşdığı hadisələr qarşısında kədərlənməmək və sıxıntıya girməmək
  32. Allahın nankorları sevmədiyini bilmək, heç bir şərtdə nankor rəftar göstərməmək
  33. Hadisələr qarşısında əsəbləşməmək, qəzəbi yenmək
  34. Təcavüzkar və şübhəçi olmaqdan uzaq olmaq
  35. Sözün ən gözəlini seçərək danışmaq
  36. Müşriklərin və münafiqlərin eyni xüsusiyyəti olan səhv söz söyləməkdən, incidici sərt dil istifadə etməkdən çəkinmək
  37. Həmişə şəfqətli və həlim olmaq
  38. Tek başına da olsa güclü şəxsiyyət ilə İslamı ən səmimi şəkildə müdafiə edib yaşamaq
  39. Allah yolunda cəsur və qərarlı olmaq
  40. Hadisələr qarşısında təlaşlanmamaq, narahatlığa qapılmamaq
  41. İmanın sevinci və xoşbəxtliyi içində olmaq
  42. Allahın, dininə kömək edənlərə mütləq kömək edəcəyini bilmək
  43. Vəzifə bölgüsü etmək
  44. Hər vəziyyətdə vicdanınızın səsinə uyğun hərəkət etmək
  45. Edilən işləri müşavirə etmək
  46. Sahib olduğumuz nemətlərin imtahan vəsiləsi olduğunu unutmamaq
  47. Əmanətə xəyanət etməkdən çəkinmək, əhdə vəfa göstərmək
  48. Hər vəziyyətdə ədalətli davranmaq, şahidlik zamanı dürüst olmaq
  49. Ticarətdə diqqətli olmaq, haqsız qazanc əldə etməkdən çəkinmək
  50. Borcalan çətinlikdədirsə borcu bağışlamaq
  51. Borcun vaxtını yazmaq
  52. Hər şeyi yaradanın Allah olduğunu bilmək, feili dua niyyətiylə səbəblərə sarılmaq
  53. Heç bir zaman özünü yetərli görməmək
  54. Elmi və biliyi öyrədən Allahdır. Sahib olduğu biliyi özündən bilib kibir və əbəbsizliyə qapılmamaq
  55. Allahın lovğalananları sevmədiyini bilmək və heç bir halda lovğalanmamaq
  56. Hər yerdə və hər vəziyyətdə sağlam müsəlman şəxsiyyəti ilə hərəkət etmək
  57. Tələsməmək
  58. Haqqı söyləməkdən çəkinməmək
  59. Mətanətli və dayanıqlı olmaq
  60. İbadətləri eşqlə və şövqlə yerinə yetirmək. Mömində yorğunluq, bezginlik, tənbəllik olmaz
  61. Xidmətdə səmimi olmaq: Geri qalmaq üçün bəhanələr deməmək
  62. Möminlərin arasını düzəltmək, onları barışdırmaq
  63. Allahın bütün söhbətlərimizi eşitdiyini bilmək, fısıldaşmamaq
  64. Bilmədiyimiz hansısa mövzu haqqında danışmamaq, sui- zəndən, dedi-qodu və iftiradan çəkinmək
  65. Mübahisədən çəkinmək və möminlərlə münaqişəyə girməmək
  66. Boş işlərlə vaxt öldürməmək, boş danışıqlardan üz çevirmək
  67. Boş vədlərdən çəkinmək, etməyəcəyin şeyləri söyləməmək
  68. Boş qaldığında başqa işə yönəlmək
  69. Şükür edərək iş görmək
  70. Etmədiyi işlərlə öyünmək kimi səmimiyyətsiz rəftarlardan çəkinmək
  71. Nəfsini eqoistlik, qısqanclıq kimi pis xüsusiyyətlərdən təmizləmək
  72. Birlik olmaq, ayrılığa düşüb dağılmamaq
  73. İnsanların əksəriyyətinə tabe olmamaq
  74. Küfrə, xainlərə və münafiqlərə dəstək olmaqdan çəkinmək
  75. İnsanlardan qorxmamaq
  76. Güc və imkanlarına deyil yalnız Allaha güvənmək
  77. Qınanmaqdan qorxmamaq
  78. Xəsislik etməmək
  79. Malı və pulu yığmayıb Allah yolunda xərcləmək
  80. Nəfsi müdafiə edərək təmizə çıxarmağa çalışmaq yerinə Qurana görə təmizləmək lazımdır
  81. Asanlaşdırıcı və köməksevər olmaq
  82. Yalan danışmaqdan çəkinmək
  83. Ağlını istifadə edərək yaşamaq
  84. Hadisələri duyğusal deyil ağılla qiymətləndirmək
  85. Küfr əhlini dost etməmək
  86. Küfrə itaət etməmək
  87. Hər zaman Allahdan hər cür kömək etməsini diləyin
  88. Heç bir mövzuda ümidsizliyə qapılmamaq, hər vəziyyətdə ümitvar olmaq
  89. Allahın səmimi qullarına kömək edəcəyini unutmamaq
  90. Allahın səbir edənlərlə birlikdə olduğunu, səbir edənləri sevdiyini unutmamaq
  91. Qarşılaşılan müsibətlərdə, çətinlikdə, xəstəlikdə, hər şəraitdə gözəl səbir göstərmək
  92. Küfrə meyl göstərməmək
  93. Allahın sərhədlərini diqqətlə qorumaq, haramlara riayət etmək
  94. Gün ərzində Allaha yaxınlaşdıracaq vəsilələr axtarmaq
  95. Allahdan doğru-düzgün qorxub çəkinmək
  96. Səbəbləri düşünmədən bütün nemətlərin birbaşa Allahdan olduğunu bilmək
  97. Allaha dərin hörmət göstərmək
  98. Namazları diqqət göstərərək qorumaq və huşu içinde düzgün qılmaq
  99. Quran oxumaq
  100. Quran oxuduqda şeytandan Allaha sığınmaq
  101. Quran oxunduğu zaman dərhal susub dinləmək
  102. Allahın ayələrinə qarşı həssas və boyun əyici olmaq, ayələri saymamazlıq etməmək
  103. Quran ayələri üzərində düşünmək və Qurandan öyüd almaq
  104. Heç nə ilə Allaha şirk qoşmamaq
  105. Bağışlayıcı olmaq
  106. Yalnız Allahı və iman edənləri sirdaş, dost və vəli etmək
  107. İnkarçıların həyatını təqlid etməmək, dünya həyatının aldadıcılığına qapılmamaq
  108. Üstün olanın həmişə iman edənlər olduğunu dərk etmək
  109. Yaxşılığı əmr edib pis əməldən çəkindirmək
  110. İnsanlara yaxşı işlər görmələrini əmr edərkən özümüzü unutmamaq
  111. Dikbaş, üsyankar davranışdan çəkinmək
  112. Namaz qılınan məkanları, məscidləri təmir etmək
  113. Təmizliyə əhəmiyyət vermək: Evi, məscidləri, geyimləri təmiz saxlamaq
  114. Məscidlərə gedərkən yaxşı geyinmək
  115. Yeməklərin təmiz və gözəl olanını seçimək
  116. Allahın adının anıldığı yeməkləri yemək
  117. Ruzini verənin Allah olduğunu bilmək, ruzini Allahdan istəmək
  118. Möminlərin himayəsinin üzərimizdə məsuliyyət olduğunu bilmək
  119. İtirdiklərinizə kədərlənməmək, verilən nemətlərlə qürrələnməmək
  120. Edilən yaxşılığı başa vurmamaq
  121. Məscidlərdə, yığıncaqlarda möminlərə yer açmaq
  122. Yuxu mövzusunda vicdanlı davranmaq, ehtiyacı qədər yatmaq
  123. Allaha, hökmlərinə və elçilərinə könüldən itaət etmək
  124. Diqqətimizin həmişə açıq olması
  125. Aranı qarışdıran üslub və rəftardan çəkinmək, fəsad çıxarmamaq
  126. Mömin kimsəni qovmamaq
  127. Allaha, Qurana, müsəlmanlara sədaqət göstərmək
  128. Göstərilən gözəl əxlaqda, edilən xeyirli xidmətlərdə istiqrarlı olmaq
  129. Quranda bildirilən ibadət olaraq ehtiyat tədbirləri almaq
  130. Pisliyi ən gözəl şəkildə uzaqlaşdırmaq
  131. Davranış tərzində ən yüksək əxlaqı məqsəd qoymaq
  132. Xoş olmayan ləqəblər deməmək
  133. Din mövzusunda ağlı başında ciddi rəftar etmək, dinin oyun və əyləncə mövzusu ola bilməyəcəyini dərk etmək
  134. Allahın ayələrinin inkar edildiyi, lağ edildiyi, zarafatlar edildiyi mühiti tərk etmək
  135. Qaş-göz hərəkətləri ilə lağ edici rəftar göstərməmək
  136. Ana və ataya yaxşı davranmaq, yaşlılıq dövrlərində onları gözəlliklə sahiblənmək
  137. Yetimlərə gözəl davranmaq, onların haqlarına diqqət göstərmək
  138. Yetimə kömək etmək, yoxsulu doyurmaq üçün insanları təşviq etmək
  139. İstəyib dilənənlərin xətrinə dəyməmək
  140. İnfaq edərkən, insanlara nümayiş etməkdən və minnət etməkdən çəkinmək
  141. Malını gecə-gündüz, gizli-açıq, qıtlıqda və bolluqda infaq etmək
  142. Özünün sevdiyi gözəl və yaxşı olan şeyləri infaq etmək, bəyənmədiyi pis olanı başqasına verməkdən çəkinmək
  143. Allahın, infaqın əvəzini qat-qat artıracağını və böyük bərəkət verəcəyini bilmək
  144. Allaha adları ilə dua etmək
  145. Allaha yalvara-yalvara, içdən dua etmək
  146. Hikməti verənin Allah olduğunu unutmamaq və hikmət verməsi üçün Allaha dua etmək
  147. Dini təbliğ edərək insanları Allaha, islama dəvət etmək
  148. Əgər fayda verəcəksə, öyüd verib təbliğ etmək
  149. Dini təbliğdən ödəniş tələb etməmək
  150. Dini mövzularda heç kimi məcbur etməmək, təzyiq etməmək
  151. İsmətlərini qorumaq
  152. Evlərə girərkən salam vermək
  153. Evlərə icazə almadan və ev xalqına salam vermədən girməmək
  154. Salam veriləndə eynisi ilə və ya daha gözəli ilə cavab vermək
  155. Evlərə qapılarından daxil olmaq
  156. Qonaqpərvər olmaq, qonağa soruşmadan və yubatmadan gözəl yeməklər qonaq etmək
  157. İnsanlara qarşı lovğalanmamaq, hərəkətində, rəftarında, üslubunda həmişə alçaqkönüllü və təvazökar olmaq
  158. Qışqıraraq danışmamaq
  159. Gözəlliklər qarşısında “MaşaAllah” deyərək Allahı ucaltmaq
  160. Gələcəkdə ediləcək hər şey üçün “İnşaAllah” deyərək Allahı ucaltmaq və ancaq Allah istəsə, edə biləcəyini yadda saxlamaq
  161. Gələcəyə dair mövzuda “İnşaAllah” demeyi unutduğunda Allahı zikir etmək
  162. Allahın işarə etdiyi və araşdırmağımızı, düşünməyimizi istədiyi mövzulara yönəlmək
  163. İslama, Qurana xidmətdə heç bir şəkk-şübhəyə düşmədən ciddi səy göstərmək
  164. Allah yolunda mübarizə üçün hazırlıq etmək
  165. Allah yolunda lazım olduğu kimi və Quran ilə mübarizə aparmaq
  166. Allah yolunda mübarizədə heç vaxt istəksiz, şövqsüz rəftara girməmək
  167. İslam əxlaqını yaşamaqda ağır davranmamaq, zəiflik göstərməmək
  168. Yer üzündən fitnə qalxana qədər və din islam olana qədər mübarizə aparmaq
  169. Allah yolunda mübarizə aparan möminlərə Allahın kömək edəcəyini unutmamaq
  170. Lazım olduqda Allah üçün hicrət etmək, hicrət edənlərə sığınacaq vermək
  171. Günah etməkdən diqqətlə çəkinmək
  172. İsraf etməmək
  173. Rəftar və düşüncələrində şeytanın təsirinə girməkdən çəkinmək
  174. Şeytanın hiyləsinin zəif olduğunu, səmimi iman edənlər üzərində təsirinin olmayacağını bilmək
  175. Allahın nemətlərini həmişə xatırlamaq, anlatmaq və Allaha şükür etmək
  176. Allahdan bağışlanma diləmək və tövbə etmək
  177. Səhər vaxtı bağışlanma diləmək
  178. Digər müsəlmanlar üçün dua edərək bağışlanmalarını diləmək
  179. Allaha ümid edərək və qorxaraq dua etmək
  180. Allah yolunda səyahət etmək
  181. Əsas yurdumuzun Axirət olduğunu heç vaxt unutmadan hazırlıq etmək
  182. Yalnız Allaha qulluq etmək

Ətrafınızı dərk edib mühakimə etməyə başladığınız andan bu günə qədər yaşadıqlarınızı düşünün. Hadisələrin sizə necə təsir etdiyini, ümid edilmədik vəziyyətlə qarşılaşdığınızda nə reaksiya verdiyinizi, insanları tanımağa başladıqca nələr yaşadığınızı, yaşadıqlarınızdan hansı dərslər çıxardığınızı xatırlamağa çalışın. Kim bilir neçə dəfə tərəddüddə qaldınız. Neçə dəfə təəccübləndiniz, nə edəcəyinizi bilmədiniz. Tez zamanda çıxış yolu axtardınız amma uzun müddət tapa bilmədiniz. Kimə etibar edəcəyinizi bilmədiyiniz üçün yaralandınız. Verdiyiniz səhv qərarlardan peşmanlıq duydunuz amma doğrusunun nə olduğunu da tam çözə bilmədiniz. Əksər zaman tərəddüd içində qaldınız və böyük ehtimalla buna bənzər duyğuları gələcək üçün də yaşayırsınız. Nələrlə qarşılaşacağınızı bilməməyin narahatlığını hiss edir, bundan sonra həyatınızı necə yönləndirəcəyinizə heç cür qərar verə bilmirsiniz. Bəs bir nəfər sizə “varlığınızı dərk etdiyiniz andan son nəfəsinizə qədər, həyatınızın hər anında sizə yüz faiz doğru olan yolu göstərəcək rəhbər olduğunu” söyləsə ... Üstəlik bu rəhbərin kasıb zəngin, işəgötürən işçi, müdir məmur, müəllim şagird, şəhərli kəndli hər kim olursa olsun hər kəs üçün eyni dərəcədə yaxın, əlçatan, aydın olan və asan olduğunu xəbər versə ... Şübhəsiz bu, həyatınızda duyduğunuz ən gözəl müjdə, ən yaxşı xəbər olacaqdır.

Bu Quran, insanın özünü, ətrafındakıları, həyatını və yaşadıqlarını ən doğru şəkildə şərh edən və ən gözəl yolu tapmasını təmin edən rəhbərdir. Allah insanı Quranla birlikdə, iç-içə yaşayacaq şəkildə yaratmışdır. Quran bir çox insanın düşündüyünün əksinə yalnız ibadətlərin nələr olduğunu izah edən kitab deyil. Həyatın hamısını əhatə edir. Hər yaşdan, hər mövqedən, hər insanın yaşadığı hər an ilə əlaqədar müraciət edəcəyi ən etibarlı qaynaqdır. İmtahana çata bilməyən şagirdin, iş yerində yüksələn insanın, etdiyi yatırımda uğursuz olub iflas edənin, qatıldığı yarışmada birinci olanın, evdə uşaqlarıyla dialoq qurmaqda çətinlik çəkən ananın, əhəmiyyətli yığıncağa qatılan zəngin iş adamının həmin an müraciət edəcəyi kitabdır. Quran müsəlman üçün çörək kimi, su kimi hər an yanında olması lazım olan nemətdir.

İnsan ancaq Qurana tam olaraq tabe olduğunda sağlam düşünə bilər, doğru mühakimə edər və gözəl olanı həyata keçirər. Qurandan uzaqlaşdıqca həyatı qarma-qarışıq olur. Bir insan Qurana nə qədər əməl edirsə o qədər etidallı və hüzurludur. Qurandan uzaqlaşmağa başladıqca sarsılmağa və məhv olmağa başlayar. Ağılı və ruhu sakit ola bilməz. Buna baxmayaraq müsəlmanların bir çoxu Quranı ya heç oxumamış ya da yalnız bəzi ayə və ya surələri mənasını heç bilmədən Ərəb dilində əzbərləmişdir. Halbuki hər müsəlman, Quranı mütləq öz dilində oxumalıdır. Üstəlik yalnız bir dəfə deyil, hər gün. Çünki Quran oxunub kənara qoyulmaq üçün deyil, həyata keçirilməsi üçün vardır. İnsan hər anında Quranı həyatına tətbiq edib etmədiyini ya da hansı nisbətdə həyata keçirdiyinə nəzarət etməlidir.

Bir çox insan İslamın 5 şərti, 32 fərzi olduğunu eşitmişdir, ancaq Quranın hamısının müsəlmana fərz olduğundan xəbəri yoxdur. Quranın hər ayəsi müsəlman üçün fərzdir. Namaz qılmaq, oruc tutmaq necə fərzdirsə, bağışlayıcı olmaq, hirsini məğlub etmək, gözəl söz söyləmək, səbir göstərmək, özü üçün yaşamamaq, təvəkkül etmək, canlı və əzimli olmaq, İslamı təbliğ etmək, müsəlmanlarla birlikdə hərəkət etmək, dağılıb ayrılmamaq, hər zaman etidallı olmaq, təkəbbürlü olmamaq, səmimiyyətdə qərarlı olmaq kimi ayələrdə izah edilən əxlaq və davranışların hamısı fərzdir. Müsəlman necə namazına diqqət göstərirsə Quranı başdan sona yaşamağa da eyni diqqəti göstərməlidir.

Quranda bildirilən əxlaq və davranış xüsusiyyətlərinin yanında, Peyğəmbərlərin həyatının izah edildiyi hekayələrdə və keçmiş cəmiyyətlərdən verilən nümunələrdə də hər müsəlmanın özünə dərs çıxarması lazım olan bir çox yön vardır. Bu hissələrə baxaraq, küfrlə elmi mübarizənin necə olmasını, bu mübarizə zamanı nələrlə qarşılaşa, hansı üsullardan istifadə edilərsə təsirli olacağını öyrənir. Yenə əvvəlki mömin cəmiyyətlərin həyatından, möminlərin arasına girən iki üzlü münafiqlərin necə xainliklər edə biləcəyini, nə cür xarakter pozuqluğu və hansı əlamətləri göstərəcəyini anlar və buna görə diqqətini açıq tutar. Münafiqlərin yanında imanı zəif kəslərin, fasiqlərin, müşriklərin və dinsizlərin xarakterləri, məntiq formaları, reaksiyaları haqqında məlumat əldə edər. Özündən fərqli düşünən, inanan, yaşayan insanlara necə davranması lazım olduğunu anlar.

Quran, möminin fərdi həyatını olduğu kimi ictimai həyatını, zövqlərini, həyat keyfiyyətini də formalaşdırar. İncəsənətin, gözəlliyin, təmizliyin, keyfiyyətin, nəzakətin tərifləndiyi Quran ayələri, möminə necə dünya inşa etməsini göstərir.

Qısacası Quran, mömin üçün həyatının bütünlüklə əhatə edən rəhbərdir. Möminin dünyada aldığı ruh təhsilinin dayaq nöqtəsidir. Əgər mömin Quranın tək ayəsini həyatına tətbiq etməkdə zəiflik göstərirsə, o nöqtədən mənəvi xəstəlik yaranma təhlükəsi vardır. Məsələn, çox fədakar, kömək sevər, çalışqan davranır amma gözəl sözlü olmaqda geri qalırsa bir müddət sonra bu vəziyyət onu incəlikdən, mərhəmətdən və dostluqdan uzaqlaşdıra, sevgisiz və soyuq ruh halına soxa bilər. Soyuq ruh insanı qəlbin qatılaşmasına apara bilər və görünüşdə müsəlman olmanın tələblərinə görə yaşayarkən, müsəlman olmanın ruhundan və istiliyindən tamamilə qopa bilər. Ya da müsəlmanları çox sevdiyini söyləyib sevginin əlaməti olan gözəl sözlər söyləyər və komplimentlər söyləyərkən, öz rahatlığını müsəlmanların rahatlığından daha üstün görən birinin həqiqi sevgini yaşaması mümkün olmayacaq.

Buna görə də, Allahın razı olduğu səmimi dindarlığı yaşamağın sirri, Quranı tamamilə tətbiq etməkdir. Hər müsəlman hər dəqiqə özünü nəzarət etməli, hansı nöqtələrdə Quranı daha yaxşı tətbiqi lazım olduğunu təsbit etməli və nöqsan tapdığı yönləri tez zamanda yerini doldurmalıdır. Çox qısa qaldığımız bu dünyada, ruhumuzu cənnət keyfiyyətinə çatdırmaq və Allahın sevgisinə layiq olmaq üçün dini var gücümüzlə, tam Allahın istədiyi kimi yaşayan səmimi dindarlar olmamız lazımdır. Bu səyin duası olaraq, Quran ayələrinin gündəlik həyatda necə tətbiq edəcəyimizi görmək və unutmamaq üçün bu rəhbərdə ayələr müxtəlif mövzu başlıqları altında toplanmışdır. Beləcə, gün ərzində qarşılaşdığımız hər hadisədə, “Burada Allah necə davranmamızı istəyər?” sualının cavabını Qurana görə vermək və tətbiq etmək daha asan olacaq. İnsan unutmağa, dalğınlığa və ya detallara ilişib əsas məsələdən uzaqlaşmağa meyllidir. Allah bu rəhbəri, hər unutduğumuzda yenidən xatırlamağımız, hər dəqiqəmizi Allahın razılığının ən çoxunu axtararaq keçirməmiz üçün vəsilə etsin.

…”Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”

Bəqərə surəsi, 286

Rəhman və Rəhim olan Allahın adıyla