Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

İslam'ın İnanç Esasları: Məqsəd Allahın məmnuniyyətini qazanmaqdır

Mündəricat
  1. Ön söz
  2. Allahdan başqa ilah yoxdur
  3. Allah hər yeri əhatə etmişdir
  4. Allah insana çox yaxındır
  5. Allah hər şeyi bir qədər ilə yaratmışdır
  6. Allah hər şeyə qadirdir
  7. Allah hər şeyi bilir və görür
  8. Hər varlıq Allaha boyun əymişdir
  9. Allah haqqındakı batil inanclar
  10. Allaha şirk qoşmadan iman
  11. Allahın böyüklüyünü təqdir edə bilmək
  12. Allahın sonsuz böyüklüyü və qüdrəti
  13. Allah sevgisi və Allah qorxusu
  14. Quran yol göstəricidir
  15. Allahın endirdiyi kitablara və peyğəmbərlərinə iman
  16. Mələklərə iman
  17. Dünya həyatının keçiciliyi
  18. İnsan imtahan olunur
  19. Ölüm son deyil
  20. Axirətə iman
  21. Qiyamətə iman
  22. Diriliş
  23. Hesab günü
  24. Cənnət və cəhənnəm
  25. Məqsəd Allahın məmnuniyyətini qazanmaqdır
  26. Günah və tövbə
  27. İbadətlərdə dəqiqlik göstərmək
  28. Din əxlaqı insanın yaradılışına uyğundur
  29. Möminlər birlik və bərabərlik içində olmalıdır
  30. Son söz

De: “Mənə, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur."

Zumər surəsi, 11

İnsanın, Yaradıcımız olan Allahın sonsuz qüdrətinin fərqinə çatdıqdan sonra Onu unudaraq həyat sürməsi, özünü aldatmasından başqa bir şey olmaz. Allahın insandan istədiyi, Onun razılığını hədəfləmək və Onun üçün yaşamaqdır. İnsanı yaradan, ona ruzisini və hər şeyi verən, ona sonsuz olan axirəti verəcək olan Allahdır. Bu düşünüldüyündə, insanın başqalarının razılığını qazanmaq və ya nəfsini təmin etmək məqsədiylə yaşaması böyük bir nankorluqdur. Bu nankorluğun cəzası isə əbədi cəhənnəmdir.

Məhz insan bu həqiqətlə qarşı-qarşıyadır. Ya həyatını Allahın rizası üzərində quracaq və beləcə, Onun razılığını və cənnətini qazanacaq, ya da cəhənnəmə gedən bir yolu seçəcək. Üçüncü seçim haqqı yoxdur. Bir ayədə bu həqiqət çox açıq şəkildə belə ifadə edilir:

Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.

Tövbə surəsi, 109

Quranda əmr edilən gözəl əxlaq da tamamilə Allah rizası üzərində qurulmuşdur. Məsələn, Allahın bəyəndiyi bir rəftar olan fədakarlıq, əgər qarşılığında bir gözlənti və ya bir göstəriş məqsədi yoxsa, yalnız Allahın razılığı üçün edilərsə qiymətlidir. Quranda möminlərin gözəl əxlaqının yalnız Allah rizası üçün olduğu belə izah edilir:

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər və deyərlər:

“Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik!

İnsan surəsi, 8-9

Bir insan üçün ola biləcək ən böyük xoşbəxtlik və şərəf, Rəbbimiz olan Allahın özündən razı olmasıdır. Allah verdiyi bütün nemətlərlə qullarını Özündən razı edər. Bir ayədə Allahın razılığını qazanmış və Allahdan razı olmuş möminlərin mükafatı belə izah edilir:

Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür!.

Beyyinə surəsi, 8

Allah rizası, yalnız müəyyən ibadətlər və ya müəyyən zamanlar üçün deyil, həyatın hamısı üçün keçərlidir. Aşağıdakı ayədə, bir möminin bütün həyatının tək bir məqsədə istiqamətli olması lazım olduğu belə bildirilir:

De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

Ənam surəsi, 162