Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

İslam'ın İnanç Esasları: Diriliş

Mündəricat
  1. Ön söz
  2. Allahdan başqa ilah yoxdur
  3. Allah hər yeri əhatə etmişdir
  4. Allah insana çox yaxındır
  5. Allah hər şeyi bir qədər ilə yaratmışdır
  6. Allah hər şeyə qadirdir
  7. Allah hər şeyi bilir və görür
  8. Hər varlıq Allaha boyun əymişdir
  9. Allah haqqındakı batil inanclar
  10. Allaha şirk qoşmadan iman
  11. Allahın böyüklüyünü təqdir edə bilmək
  12. Allahın sonsuz böyüklüyü və qüdrəti
  13. Allah sevgisi və Allah qorxusu
  14. Quran yol göstəricidir
  15. Allahın endirdiyi kitablara və peyğəmbərlərinə iman
  16. Mələklərə iman
  17. Dünya həyatının keçiciliyi
  18. İnsan imtahan olunur
  19. Ölüm son deyil
  20. Axirətə iman
  21. Qiyamətə iman
  22. Diriliş
  23. Hesab günü
  24. Cənnət və cəhənnəm
  25. Məqsəd Allahın məmnuniyyətini qazanmaqdır
  26. Günah və tövbə
  27. İbadətlərdə dəqiqlik göstərmək
  28. Din əxlaqı insanın yaradılışına uyğundur
  29. Möminlər birlik və bərabərlik içində olmalıdır
  30. Son söz

O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir

Yasin surəsi, 78-79

Diriliş, ölümdən sonra yenidən yaradılışdır. Ölüm yox olmaq demək deyil. Allah, dünyanı insanı sınamaq üçün yaratmışdır və bu imtahan mühitində insanın sonsuz həyatını necə keçirəcəyi müəyyənləşdiriləcəkdir. Hər insan ölümüylə birlikdə axirət həyatına addım atacaq, Allah onu yeni bir bədənlə yaradıb dünyadakı işlərinə görə cənnətə və ya cəhənnəmə daxil edəcəkdir. İnsanların dirildilməsi Allah üçün çox asandır. Bir ayədə qiyamət günü insanların kütləvi şəkildə dirildiləcəyi belə izah edilir:

Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir. O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə carçıya doğru çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır.

Qaf surəsi, 43-44

Bəzi insanlar Allahın ölüləri necə dirildəcəyini soruşar və buna həqiqətən şübhə duyarlar. Halbuki, insanı ilk dəfə o hələ heç bir şey deyilkən yaratmış olan Allahdır və Allah ilk əvvəl yoxdan yaratmış olduğu insanı yenidən diriltməyə qadirdir. Allah bu həqiqəti Quranda belə xəbər verir:

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. Bunun səbəbi Allahın Haqq olmasındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir. (Həcc surəsi, 5-6)

Allah, insanları necə dirildəcəyinə bir nümunə təşkil etməsi baxımından, hamımızı şahid tutduğu bir təbiət hadisəsini necə yaratdığına diqqət çəkər. Allah, quruluqdan ölmüş, səmərəsiz, artıq münbit olmayan bir torpağı, yağış yağdıraraq dirildib canlandırar və məhsul verdirər. Məhz insanları ölümlərindən sonra diriltmək də Allah üçün bu şəkildə asandır:

Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə dirildəcəyik. Bəlkə, düşünüb ibrət alasınız (Əraf surəsi, 57) Allah üçün hər şey asandır. Bütün insanların yaradılması və dirildilməsinin, tək bir insanınkı kimi olduğu Quranda belə xəbər verilmişdir:

Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir.

Loğman surəsi, 28