Peyğəmbərimizin Zeydin Həyat Yoldaşı ilə Evliliyi
Ateist dostların ən çox ilişdiyi ayələrdən biri Peyğəmbərimizin övladlığı olan Zeydin həyat yoldaşı ilə evlənməsi mövzusudur. Bu ayəyə baxaraq Quranın Hz Məhəmmədin şəxsi mənfəətləri istiqamətində yazdığı bir Kitab olduğunu deyirlər. (Haşa)
Əvvəla, ateistlərin ateizmi çox yaxşı bilmədikləri qənaətindəyik. Çünki ateizm ədəbiyyatında “əxlaq” anlayışı yoxdur və əxlaqı əsaslandıra bilmir. Ateizm və əxlaq arasında əsla bir korrelyasiya qurula bilməz. Ateizm əxlaq qaydalarına dair “yaxşı və pis” heç bir görüş bildirə bilməz. Heç bir qiymətləndirmə apara bilməz. Çünki əxlaq qaydaları din əsaslıdır. Din fəzilətli insanlar yetişdirmək üçün var. İnsanın yaradılışına ən uyğun həyat tərzini təqdim edir.
Peyğəmbərin övladlığı olan Zeydin həyat yoldaşından ayrıldıqdan sonra evlənməsi də əxlaqsızlıq deyil. Ən yaxın dostunuzun və ya yaxınınızın boşandığı həyat yoldaşı ilə evlənməyiniz qədər təbiidir. Etiraf etməsə də, bir çox adam dostunun və s... həyat yoldaşını bəyənə də bilər. Bu anormal deyil, əxlaqsızlıq da deyil. Əxlaqsızlıq, o xanım evli ikən onunla münasibət yaşamağınızdır.
Yaxın vaxtlara qədər homoseksual deyiləndə insanlar ləqəblər qoyardı. Amma indi güclü təlqinlə cəmiyyətdə bu vəziyyət normallaşdı. Halbuki bu, Quranda müsəlmanların “nifrətlə qarşı olduqları” bir feldir və iyrənc bir münasibətdir, hər müsəlman bu vəziyyətdən Allaha sığınır. Bu cür münasibətləri normal görüb ”bu onların seçimi və azadlığıdır” deyərək müdafiə edənlərin peyğəmbərin övladlığının həyat yoldaşı ilə evlənməsinə bu qədər ilişməsi maraqlı bir vəziyyətdir. Üstəlik Zeyd peyğəmbərimizin öz övladı da deyil. Heç bir qan bağı yoxdur yəni.
Digər mövzuya gəldikdə; Müvafiq ayə hadisə olub bitdikdən sonrasını izah edir. Yəni ayə gəlir, bundan sonra Zeyd həyat yoldaşından boşanır kimi bir vəziyyət yoxdur. Ayənin ilk hissəsinə baxaq; ”Xatırla ki, sən Allahın özünə nemət verdiyi və sənin də özünə nemət verdiyin şəxsə: “Həyat yoldaşını yanında saxla və Allahdan çəkin” deyirdin; insanlardan çəkinərək Allahın aşkara çıxaracağı şeyi öz nəfsində gizli saxlayırdın; halbuki Allah Ondan çəkinməyinə daha çox layiq idi. ” (Əhzab surəsi 37) Peyğəmbər Zeydə öyüd verir. ”Həyat yoldaşını yanında saxla və Allahdan çəkin”. Həyat yoldaşını yanında saxlaması üçün öyüd verdiyinə görə aralarında anlaşılmazlıq olması ehtimal olunur.
Müvafiq ayənin ikinci hissəsinə baxaq; ”Artıq Zeyd ondan əlaqəsini kəsəndə, Biz onu səninlə evləndirdik; ki, beləliklə, övladlıqları onlardan əlaqələrini kəsdikləri (qadınları boşadıqları) zaman, onlarla evlənmək mövzusunda möminlər üzərinə bir çətinlik olmasın. Allahın əmri yerinə yetirilmişdir.” (Əhzab surəsi 37) İlk hissədə Peyğəmbər Zeydə həyat yoldaşını yanında saxlaması üçün öyüd vermişdi. Amma bu baş verməmiş və Zeyd həyat yoldaşından ayrılmış. Ayrıldıqdan sonra Peyğəmbərlə evlilik baş vermiş. Və evlilik baş verdikdən sonra ayə gəlmiş. Çünki ayə olmuş və bitmiş bir hadisəni izah edir. Olacaq bir vəziyyəti yox. O zaman ateistlərin müdafiə etdiyi kimi, Peyğəmbərin öz nəfsi üçün belə bir ayə uydurması söz mövzusu olmur (haşa).
Onsuz da peyğəmbər belə bir niyyətdə olsaydı və Quranı özü yazsaydı (haşa), ”Bundan sonra (başqa) qadınlar və bunları başqa həyat yoldaşları ilə dəyişdirmək -gözəllikləri sənin xoşuna gəlsə belə- sənə halal olmaz; ” (Əhzab surəsi, 52) ayəsi ilə evliliklərinə sərhəd qoymazdı. (Ən doğrusunu Allah bilir)