Quranda Düşünmə Orqanı Nə Üçün Qəlbdir?
Bu vəziyyət ərəb dilinin xüsusiyyətindən qaynaqlanır. Hər dilin özünəməxsus bir ifadə tərzi var. Akıl sözü türkcəyə keçmiş ərəb sözüdür. Akıl sözünün əsl mənası “bağlamaq”dır. Ağıllı insan səhv etməmək, düzgün davranmaq üçün özünü bağlayır. Türkcədə akıl sözünün qarşılığı “us” sözüdür. Uslu uşaq dediyimiz zaman tərbiyəli və gözəl davranan uşağı nəzərdə tuturuq.
Ağıllanma, uslanma, yaxşı davranma daha çox qəlbə bağlı davranışlardır. Yaxşı xasiyyətli insanların da, pis xasiyyətli insanların da beyinləri var. Amma pis davranıb başqalarına zərər verən kəsə ”beyinsiz” yox, “qəlbsiz” deyirik. Səhv edib özü-özünə zərər verən kəsə də ”qəlbsiz” yox, “beyinsiz” deyirik.
İçimizdəki beyinsizlərin etdiklərinə görə bizi həlak edəcəksənmi?.. (Əraf surəsi, 155)
“Doğrusu budur: Bizim beyinsizlərimiz Allaha qarşı ‘bir yığın cəfəng şeylər’ demişlər.” (Cin surəsi, 4)
Bir sıra beyinsiz insanlar: “Onları əvvəlki qiblələrindən döndərən nədir?” “ (Bəqərə surəsi, 142)
Çərkəzcədə də, eynilə ərəbcədə olduğu kimi, düşünmək və anlamaq işi qəlbə bağlanır. Bu, dilin quruluşundakı bir xüsusiyyətdir. Quran çərkəzcə ensəydi, düşünmə orqanı olaraq “qəlb” sözü istifadə olunacaqdı. Amma türkcə ensəydi, “beyin” sözü istifadə olunardı.
Cəmiyyətdə ağıl və zəka eyni kimi düşünülür. Zəka beynin içindəki təşkilatlanma ilə əlaqəli bir vəziyyətdir. Ağıl isə bir insanın vicdanını sonuna qədər istifadə edərək həyatının hər anında Allahın ən razı qalacağı və Qurana ən uyğun olan davranışı seçməsi və bunun nəticəsində də bütün həyatını əhatə edən bir düşüncə və davranış mükəmməlliyi qazanmasıdır. Beyinlə əlaqəli zəka ilə qəlbin dərk etməsi və vicdanla əlaqəli ağıl fərqli anlayışlardır.
Allah ayədə ”… Qəlblər yalnız Allahın zikri ilə mütməin (razı) olur.” (Rəd surəsi, 28) deyir. Başqa bir ayədə qəlbləri razı olan və öyüd alanların təmiz ağıl sahibi möminlər olduğunu bildirir. Ağlın təmiz olması nəfsin deyil, vicdanın önə çıxması ilə əldə edilən bir xüsusiyyətdir. Vicdan da beyinlə deyil, qəlbin dərki ilə əlaqəli bir vəziyyətdir. Nəfs vicdanın əksi olan bir anlayışdır. Nəfs və vicdan daim toqquşur. Vicdanı ilə hərəkət etməyən kəslərin ”…Qəlblərində xəstəlik var…” (Bəqərə surəsi, 10) Nəfsi önə keçirdikləri üçün vicdanlarının səsini eşitməz olurlar və ”Beləliklə, qəlblərinin üzərini möhürləmişdir, artıq onlar dərk etmirlər.” (Münafiqun surəsi, 3)
Ağlın/vicdanın qəlbdə olduğu və “ağılsız”ların qəlbləri qapalı olduğu üçün ağıl edə bilmədikləri bir ayədə belə ifadə edilir:
Yer üzündə gəzib dolaşmırlarmı ki, beləliklə, onların özü ilə ağıl edə biləcək qəlbləri və eşidə biləcək qulaqları olsun? Çünki doğrusu, gözlər kor olmaz, ancaq sinələrdəki qəlblər korşalır. (Həcc surəsi, 46)
Qəlbləri var, bununla dərk edib-anlamırlar, gözləri var, bununla görmürlər, qulaqları var, bununla eşitmirlər. (Əraf surəsi, 179)