Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda 5 Naməlum Mövzusu Varmı?

Loğman surəsində keçən bir ayəyə və bu mövzuda rəvayət edilən bir hədisə əsaslanaraq 5 mövzunun qətiyyən bilinə bilməyəcəyi söylənilir. Lakin günümüzdəki texnoloji inkişafların işığında bilinə bilməyəcəyi iddia edilən mövzulardan bəzilərinin bilindiyi ortaya çıxır. Səhv yozumlarla yola çıxıldıqda elm ilə Quran ayələri arasında bir ziddiyyət varmış kimi zənn edilə bilər. Əvvəlcə bu iddianın mənbəyi olan hədisi və ayəni görək, sonra da iddianı dəyərləndirək.

Bu iddiaya əsas olan bir rəvayət mövcuddur. Buna görə bir bədəvi peyğəmbərin yanına gələrək 5 mövzunu soruşur. Bu suallar bunlardır: “ Qiyamət nə vaxt qopacaq?, Nə vaxt yağış yağacaq?, Arvadım nə vaxt doğacaq?, Harada öləcəyəm? Və Sabah nə qazanacağam?

Hədislərə görə Loğman surəsinin 34 ayəsi bu suallar üzərinə nazil edilmişdir. Və bəzi ənənəvi müfəssirlər ayədə bu 5 sualın cavabının heç kim tərəfindən bilinə bilməyəcəyi söylənilir.

Lakin günümüzdə Ana bətnində olan döl texnoloji imkanlarla bilinir və ya yağışın nə vaxt yağacağı alimlər tərəfindən müəyyən edilə bilir.

Peyğəmbərimizə aid edilən hədisə əsaslanaraq yozum edilən müfəssirlərin yozumuna görə Quran bunların bilinə bilməyəcəyini söyləyir.

Loğman surəsindəki ayə diqqətlə oxunduqda vəziyyətin çox fərqli olduğu görüləcəkdir. Loğman surəsindəki ayə belədir:

إِنَّ ٱللَّهَ عِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَيُنَزِّلُ ٱلْغَيْثَ وَيَعْلَمُ مَا فِى ٱلْأَرْحَامِ وَمَا تَدْرِى نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِى نَفْسٌۢ بِأَىِّ أَرْضٍ تَمُوتُ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌۢ

‘’ Qiyamətin nə vaxt gələcəyi barədə bilgi Allahın yanındadır. Yağışı O yağdırır, Bətnlərdə olanı bilir. Heç kim sabah nə qazanacağını bilməz, heç kim hansı yerdə öləcəyini də bilməz. Şübhəsiz Allah hər şeyi bilir, hər şeydən xəbərdardır.” (Loğman surəsi, 34)

Ayəyə görə Qiyamətin bilgisi Allah qatındadır. Yağışı yağdıran Allahdır, amma ayədə nə vaxt yağacağı bilinməz kimi bir ifadə yoxdur. Quranda bildirilməyən bir mövzu uydurma və ya yanlış anlaşılan hədislərin təsiri altında, ayələrdə bildirilirmiş kimi yozulur. Yenə eyni şəkildə ayədə bətnlərdə olanı Allahın biləcəyi açıqlanır. Lakin başqa heç kim bilə bilməz deyə bir ifadə ayədə yoxdur. Ana bətnindəki uşağın vəziyyəti, cinsiyyəti, DNT analizləri ilə genetik quruluşu, daşıdığı genetik xəstəliklər və s. hər şey bilinə bilir. Ayədə bunların bilinə bilməyəcəyi kimi bir ifadə yoxdur.

Ayənin davamında bilinə bilməyəcək iki şey bildirilir. Bunlar sabah nə qazanacağımız və harada öləcəyimiz məsələsidir.

Deməli, Qurana yönəlik bir tənqid edilərkən, ənənəvi yozumlara bağlı qalaraq deyil, Quran mətninə baxaraq tənqid edilməsi düzgün olar. Belə edildikdə iddia edilən ziddiyyətin, bir ziddiyyət olmadığı, sadəcə yanlış bir yozumun məhsulu olduğu anlaşılacaqdır.