Qurana Görə Miras Bölgüsü Nəyə Görə Aparılır?
Miras bölgüsü ilə bağlı iki ayədə ziddiyyət olduğu iddiası vardır. Bu iddiaya görə Bəqərə surəsinin 180-ci ayəsində vərəsəyə vəsiyyətin haqq olduğu deyilərkən, Nisa surəsinin 11 və 12-ci ayələrində isə miras bölgüsündə bəzi nisbətlər bildirilir. Ayələr diqqətlə oxunduqda, iki hadisə arasında ziddiyyət olmadığı görülür. Ayələr belədir.
Sizdən birinə ölüm yaxınlaşdıqda, bir mal qoyacaqsa ana-ataya, yaxınlara, uyğun şəkildə vəsiyyət etməsi fərz edildi. Bu, fəzilətlilər üçün bir vəzifədir. (2 Bəqərə surəsi – 180)
Allah sizə uşaqlarınız haqqında öyüd verir. Kişi qadının iki qatı pay alır. Vərəsələr yalnız qadın olub iki nəfərdən çox olarlarsa, tərəkənin üçdə ikisi onlarındır. Uşaq yalnız bir qadındırsa, tərəkənin yarısı onundur. Ölən şəxs arxasında uşaq qoymuşsa, ana və atasının hər birinə altıda bir düşür. Uşağı yoxdursa və ona yalnız ana və atası vərəsə olursa, bu halda anasına üçdə bir pay düşür. Qardaşı varsa, bu halda anasına altıda bir düşür.
Bütün bu bölgü nisbətləri, ölənin etdiyi vəsiyyətdən və borcların ödənilməsindən sonra gəlir. Analarınız, atalarınız və uşaqlarınızdan hansının sizə daha faydalı olduğunu bilə bilməzsiniz. Bu, Allahın qanunudur. Allah Biləndir, Müdrikdir.
Uşaqları yoxdursa, xanımlarınızın qoyduğu mirasın yarısı sizindir. Uşaqları varsa, qoyduqlarının dörddə biri sizindir. Bu pay, borclarının ödənilməsindən və etdikləri vəsiyyətdəki payların bölüşdürülməsindən sonradır. Uşaqlarınız yoxdursa, qoyduğunuzun dörddə biri onlarındır. Uşaqlarınız varsa, qoyduğunuzun səkkizdə biri onlarındır. Bu pay, borclarınızın ödənilməsindən və etdiyiniz vəsiyyətdəki payların bölüşdürülməsindən sonradır.
Miras qoyan kişinin və ya qadının uşağı və həyat yoldaşı olmayıb bir qardaşı və ya bir bacısı varsa, bu halda hər birinə altıda bir düşür. Bundan çox olarlarsa, üçdə biri bölüşürlər. Bu bölgü vəsiyyətdəki payların bölüşdürülməsindən və borcların ödənilməsindən sonra tətbiq edilməlidir ki, heç kimə zərər verilməsin. Bu, Allahdan bir vəsiyyətdir. Allah Bilir, Şəfqətlidir. (4 Nisa surəsi, 11-12)
Bəqərə surəsinin 180-ci ayəsində vəsiyyət etməyin bir haqq olduğu, hər kəsin ölümündən sonra mallarının bölüşdürülməsi üçün vəsiyyət edə biləcəyi ayədə bildirilir. Lakin bir insan vəsiyyət etmədən ölə bilər. Bu halda isə bu şəxsin qoyduğu malların necə bölüşdürüləcəyi Nisa surəsindəki ayələrdə ifadə edilmişdir. Bu ayələr arasında hər hansı bir ziddiyyət olması söz mövzusu deyil. İki ayədə fərqli vəziyyətlərə görə miras hüququ haqqındakı hökmlər bildirilir.