Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Hz. Məryəm Hz. Harunun Bacısıdırmı?

Quran qətiyyən Allahın sözüdür, qorunmuş bir Kitabdır və bizzat Allah tərəfindən açıqlanmışdır (Hud surəsi, 1) İçində heç bir ziddiyyət və uyğunsuzluq yoxdur. Qurana iman etməyən kəslər tərəfindən gətirilən ziddiyyət iddiaları Quranın Allah kəlamı olduğuna daha da möhkəm bir qəbulla iman etməyimizə vəsilə olan mövzulardır. Gətirilən ziddiyyət iddiaları çox səthi və çürük dəlillərlə doludur. Bunlardan biri də Quranda “aləmlərə nümunə qadın” olaraq bildirilən Hz. Məryəmlə bağlı olandır.
Ayədə: “Ey Harunun bacısı, sənin atan pis bir adam deyildi və anan da azğın, həyasız (bir qadın) deyildi.” (Məryəm surəsi, 28) buyurulur. Hz. Məryəm üçün “Ey Harunun bacısı” ifadəsi işlədilir. Ziddiyyət sanılan da məhz budur, yəni Hz. Məryəmin Hz. Harunun bacısı olduğu zənni. Hz Musanın qardaşı olan Harun Hz. Məryəmdən təxminən 1200 il əvvəl yaşamışdır və necə olur ki, ikisi qardaş-bacı kimi vəsf edilir?

“Ey Harunun bacısı” deyilərək “Harunun nəslindən gələn” kəs nəzərdə tutulmuşdur. Bu ayələri oxuyan kəslərin ağlında belə bir təəssürat var. Hz. Harun Yəhudiliyi təmsil edir və Bəni-İsrail nəslindən bir kəsdir, halbuki Hz Məryəm Xristiandır, necə olur ki, qardaş-bacı kimi vəsf edilirlər.

Hz. Harun nə qədər Bəni-İsrail nəslindəndirsə, Hz Məryəm də o qədər Bəni-İsrail nəslindəndir. Hz. Məryəmin Hz İsanın anası olması ilə onun da Bəni-İsrail olduğu unudulur və ya gözdən qaçır. Ayədə də nəzərdə tutulan bu iki kəsin eyni nəsildən gəlmələri və peyğəmbər əxlaqını davam etdirmələridir. Özü ilə eyni dövrdə yaşayan kəslərin də qəbul etdiyi kimi, Hz. Məryəm dürüstlüyü, imanı və iffəti ilə bütün cəmiyyətlərə nümunə bir qadın idi. İnsanların Hz Məryəmin atasız hamilə qalmasına təəccüblənməsi və onun iffətsizlik etdiyi zənni ilə “belə mübarək nəsildən gələn bir kəs kimi necə olur ki, belə bir şey edirsən” mənasında verdikləri bir reaksiyadan bəhs edilir. Peyğəmbər nəslinə və əxlaqına istinad edərək “Harunun bacısı” ifadəsini işlədirlər. Deməli, burada heç bir ziddiyyət yoxdur, nəzərdə tutulan nəsil və peyğəmbər əxlaqıdır. Qurandakı ümumi anlatım da bu istiqamətdədir. Peyğəmbərlər cəmiyyətlərinə “qardaşları” olaraq göndərilmişlər, buradakı “qardaşları” ifadəsi eyni nəsildən olduqları üçündür.

إِنَّمَا ٱلْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا۟ بَيْنَ أَخَوَيْكُمْ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

Möminlər ancaq qardaşdırlar… (Hücurat surəsi, 10)

وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًا قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ إِنْ أَنتُمْ إِلَّا مُفْتَرُونَ

“Ad (xalqına da) qardaşları Hudu (göndərdik). Dedi ki: “Ey qövmüm, Allaha ibadət edin, sizin Ondan başqa ilahınız yoxdur. Siz yalan olaraq (tanrılar) düzəldənlərdən başqası deyilsiniz.” (Hud surəsi 50)